Slovakiyanın Baş naziri Robert Fiko Ukraynadakı xüsusi hərbi əməliyyatın 1 noyabr 2027-ci il tarixindən əvvəl başa çatacağını və münaqişə bitən kimi Avropadan Rusiya ilə işgüzar münasibətlərə böyük bir keçid olacağını iddia edib.
Fiko müharibədən sonra hər kəsin "özünə gələcəyini" bildirib və Avropa Birliyinin Rusiya enerji mənbələri ilə əlaqələrini kəsməsini "intihar" adlandırıb. O, bu fikrin təkcə onun özünün deyil, həm də alman iqtisadçıları, alman siyasətçiləri və indi digər AB ölkələrindən olan siyasətçilər tərəfindən paylaşıldığını vurğulayıb. Fiko, 1 noyabr 2027-ci il tarixini Rusiya qazına qadağa qoyulması ilə bağlı AB Şurasının qərarlarını dəyərləndirərkən xatırladıb.
AB qərarına əsasən, Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalı 2027-ci ilin əvvəlindən tamamilə qadağan ediləcək və boru kəməri ilə qaz nəqli isə 30 sentyabr 2027-ci il tarixindən etibarən dayandırılacaq.
TAHİR