Daşkənd Moskvada qarşısında, Rusiyada yoxlamalar zamanı miqrantların hüquqlarına və insan ləyaqətinə hörmət məsələsini yenidən qaldırıb.
Özbəkistan xarici işlər nazirinin müavini Olimjon Abdullayev 26 yanvarda Rusiya səfiri Aleksey Yerxovla görüşündə Rusiyada işləyən Özbəkistan vətəndaşlarının hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
Özbəkistan Xarici İşlər Nazirliyindən bildirilib ki, miqrasiya qanunvericiliyini pozanlar da daxil olmaqla, bütün Özbəkistan vətəndaşları yoxlamalar və reydlər zamanı ayrı-seçkiliyə, pis rəftara və ya alçaldıcı hərəkətlərə məruz qalmamalıdır.
Qeyd edilir ki, görüş zamanı tərəflər əmək miqrasiyasını nizamlamaq, konsulluq əməkdaşlığını gücləndirmək və bu məsələlər üzrə müntəzəm məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
TAHİR