şənbə günü, 25 iyul 2026
     

Azərbaycanda bəzi məmurların belə kobud səhvi təsadüf deyil - Sumqayıt nümunəsi...

Image


İlqar Hüseynli: “Məmurların kobud davranışının səbəbləri cəzasızlıqdır, digər tərəfdən öz rəhbərinin mövqeyinə arxayın olmaqdır”

Bəzi məmurlar xalqın xidmətçisi olmaq, öz vəzifəsini layiqincə yerinə yetirmək əvəzinə neqativ işlərlə məşğul olur, əməyi, zəhməti ilə çörək qazanan vətəndaşa qarşı qeyri-insani rəftar sərgiləyir. Bir neçə gün əvvəl Sumqayıt İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovun vətəndaşa qarşı atdığı xoşagəlməz addım hələ də müzakirə olunur. Sosial şəbəkələrdə, mətbuat orqanlarında Sumqayıtda keçirilən reyd zamanı S.Bədəlovun satıcılardan birinin məhsullarını müsadirə etməsi, satıcıya “vətəndaşın hərəkət etdiyi səkidə məhsul satırsansa, bu, artıq sənin deyil, apar, qoy maşına...” deməsi ciddi tənqid olunur.

Məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib.

Z.Fərəcov İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib.

Ekspertlər deyirlər ki, S.Bədəlovun davranışı yeganə nümunə deyil, onun kimi hərəkət edən məmurlar az deyil, bu da məmurların öz vəzifələrini layiqincə icra edə bilməməsi, daha doğrusu, o vəzifəyə layiq olmaması ilə bağlıdır.

Məmurun belə kobud səhvə yol verməsinin səbəbi nədir?Özü də icra məmurunun səhv edərək vətəndaşın əmlakınl qanunsuz zəbt etməsi, mənimsəməsi çox pis nümunədir. Bu nədən irəli gəlir ki, məmur belə hərəkətə yol verir?

““Onsuz da biz nə etsək də arxamızda böyük bir icra strukturu dayanır və hər şey edə bilərik” deyirlər”

Ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, ilk növbədə küçə ticarətinin qanunvericilikdə əks olunub olunmamasına baxmaq lazımdır. O, vurğuladı ki, qanunvericiliyə görə, 6 dövlət qurumunun küçə ticarətində əhalinin məşğul olmasına icazə vermək səlahiyyəti var. İ.Hüseynlinin sözlərinə görə, buna icazə verən qurumlardan biri icra hakimiyyətləridir, biri İqtisadiyyat Nazirliyidir, biri bələdiyyələrdir və sair. “Söhbət qanunla icazə verilən yerdən gedir. Əgər qanunsuz küçə ticarəti varsa və hansısa bir dövlət qurumu reydlər zamanı belə hallara rast gəlirsə sadəcə olaraq həmin yerdə ticarətlə məşğul olmağın yasaq olduğu mikro sahibkara, vətəndaşa proflaktik olaraq izah etməlidir. Bu vətəndaşa izah olunduqdan sonra inzibati tədbir yalnız ondan ibarət ola bilər ki, oradan onun məhsulları özü tərəfindən yığışdırılaraq istədiyi yerə aparsın. Vətəndaşa bununla bağlı tövsiyyə xarakterli fikir bildirmək olar. Bu vəziyyətdə isə ümumiyyətlə bizim dediyimiz qanunla nəzərdə tutulan halların heç biri yoxdur. Birincisi, biz məsələtə Sumqayıt olayı ilə bağlı yanaşsaq orada məmur alma qutularını səkiyə qoyan sahibkara deməli idi ki, o məhsulları dükanın içərisinə qoysun. Burada küçə ticarətindən söhbət getmir, meyvə-tərəvəz alveri ilə qanuni məşğul olan bir dükandır. Sadəcə olaraq bir neçə qutu məhsulunu dükanının qarşısındakı səkiyə qoyub. Ona başa salmaq lazım idi ki, səkinin üstünə məhsul qoymaq, səkini tutmaq olmaz. Ondan tələb olunmalı idi ki, o məhsulu dükanının içinə qoysun. Amma biz orada bu halları müşahidə etmədik. O məhsulların səkiyə qoyulması qanunsuzdurmu? Əgər vətəndaşların gediş-gəlişinə mane olursa bu qanunsuzdur. Yəni o məhsulları səkiyə qoymaq olmaz. Biz orada nəyi müşahidə etdik? Qanunsuz hərəkətin icraçısı olaraq biz icra hakimiyyətinin nümayəndəsini, o qoçunu müşahidə etdik. Çünki onun hərəkəti qanunla təsbit olunmuş hüquq deyildi ki, icra hakimiyyətinə verilsin. Bu sadəcə olaraq qoçuluq idi, hərbə-zorbalıq idi. Onun o məhsulları götürüb öz maşınına qoydurub özü ilə aparmasına heç bir qanun icazə vermir. O məmurun vətəndaşın malını müsadirə etmək haqqı-hüququ yoxdur...”

İ.Hüseynli qeyd etdi ki, bəzi məmurların bu cür kobud davranmasının başlıca səbəbi cəzasızlıq mühitidir: “Məmurların kobud davranışının səbəbləri cəzasızlıqdır, digər tərəfdən öz rəhbərinin mövqeyinə arxayın olmaqdır. Əgər məmur fikirləşirsə ki, onun rəhbəri olduğu qurum kifayət qədər güc arsenalına malikdir və o hər şeyi edə bilər. Bundan dolayı icra hakimiyyətlərinin gücünə olan o arxayınçılıq var, icra hakimiyyətləri barədə “onlar hər şey edə bilər” kimi təsəvvür formalaşıb. Yəni “onsuz da biz nə etsək də arxamızda böyük bir icra strukturu dayanır və hər şey edə bilərik” deyirlər. Bu arxayınçılıq, vətəndaşlara qarşı baş verən sayğısızlıq, daxilindəki təkəbbür, vəzifə səlahiyyətlərindən sui-istifadə-səbəblər bunlardır. Məmurun belə kobud hərəkətə yol verməsinin səbəbləri sırasında bunlardan başqa heç nə görə bilmirəm. Eyni zamanda insanın daxilində olan eqozim, psixoloji emosional gücə hakim olma kimi psixi pozğunluq, bütün bu faktorlar təsir edir ki, məmur bu hərəkəti etsin. Bir də ki, Sumqayıtdakı həmin məmur ilk dəfə deyil belə kobud hərəkət edib. Sumqayıtda ticarətçilərə qarşı onun aqressiv davranışını tez-tez müşahidə edirik. Sosial şəbəkələrdə onun haqqında belə materaillar yayımlanır. Bu son hadisədə daha aqressiv davranış sərgiləyib”-deyə İ.Hüseynli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

25.07.2026 / 17:20
Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir

25.07.2026 / 16:48
Husilər Aramco şirkətini vurdu - Səudiyyənin iki şəhərinə uçuşlar dayandırıldı...

25.07.2026 / 16:21
Rusiyadan Azərbaycana onlayn pul köçürmələri dayandırıldı...

25.07.2026 / 16:07
Ukrayna Tümendə neft zavodunu vurdu - güclü yanğın başladı...

25.07.2026 / 15:54
Husilər Səudiyyəni təhdid etdi – bunu cavabsız qoymayacağıq...

25.07.2026 / 15:41
ABŞ-dan sonra daha iki Körfəz ölkəsi İrana hücum etdi – ŞOK İDDİA...

25.07.2026 / 15:16
Siz deməyin 50 min il əvvəl ermənilərin babaları Ermənistan yaylasında daş alətlər düzəldirmişlər...

25.07.2026 / 15:00
Tramp ABŞ konstitusiyasını heçə saydı - yenidən prezidentliyə namizəd olacağam...

25.07.2026 / 14:48
70 illik ömür yolu – Fazil Şükürov...

25.07.2026 / 14:36
Gədəbəydə avtoxuliqanlıq edən sürücülər saxlandı

25.07.2026 / 14:27
HƏSƏN BƏY ZƏRDABİNİ ANARKƏN

25.07.2026 / 14:05
Prezident İlham Əliyev Milix Yevdayevi təltif etdi

25.07.2026 / 13:50
Ukraynada “uşaq böhranı” getdikcə dəhşətli şəkil alır...

25.07.2026 / 13:34
Əsrin boşanması – milyarder həyat yoldaşına 644 milyon dollar təzminat ödəyəcək...

25.07.2026 / 12:57
Polis Şüvəlanda əməliyyat keçirdi, çətənə yetişdirən şəxs saxlandı

25.07.2026 / 12:40
TÜRKPA ABŞ Nümayəndələr Palatasının qanun layihəsini pislədi...

25.07.2026 / 11:25
DİN bir gündə 45 kq-dan çox narkotik ələ keçirdi

25.07.2026 / 11:06
Narkoman və “alkaş” Səudiyyə şahzadəsinin London otelində ölümünü 6 ay gizlədiblər...

25.07.2026 / 09:27
Rus qazından imtina edən Avropa ABŞ-dan asılı vəziyyətə düşür...

24.07.2026 / 22:17
Yaxın Şərqdə ABŞ-ın mühüm kəşfiyyat bazaları ifşa olundu - Rusiya məlumatlar sızdırdı...

24.07.2026 / 21:55
Rusiyaya qarşı ABŞ-ın “rüsum müharibəsi” başladı - Azərbaycan problemdən yan keçdi...

24.07.2026 / 21:39
Özgür Özəl 91 deputatla CHP-dən çıxdı - Kılıcdaroğlunun “mutlak butlan” planı iflas etdi(?)...

24.07.2026 / 21:25
ABŞ-İran müharibəsinə bölgənin bu dövlətləri də qoşula bilər...

24.07.2026 / 21:10
Kaliforniya erməniləri Trampçıların dəstəyilə Konqresdə Azərbaycana qarşı daha bir qətnamə çıxardılar...

24.07.2026 / 20:57
Senat İrana qarşı quru əməliyyatlara yaşıl işıq yandırdı... Tramp bölgəyə çoxli tibb işçisi gətirir...

24.07.2026 / 20:45
Marşal Fondu Azərbaycanın Orta Dəhlizinə yeni status verdi...

24.07.2026 / 20:31
ABŞ İranın ən böyük sahibkarlarından birinin "şəbəkəsinə" sanksiyalar tətbiq etdi

24.07.2026 / 20:27
Bakı Qızlar Universiteti bağlanır? - Universitet açıqlama yaydı...

24.07.2026 / 20:23
Yunanıstan “Axilles Qalxanı”na üz tutur

24.07.2026 / 20:16
Meşə yanğınları Fransada 60 min insanın qaçqın düşməsinə səbəb oldu

24.07.2026 / 19:53
Səhiyyə və təhsilə bu qədər vəsait qoyuruq, Dünya Bankı bizi niyə ermənilərdən və gürcülərdən “aşağı tutdu”...

24.07.2026 / 19:40
ABŞ-dan Ukraynaya kömür daşıyan gəmi Rumıniya sahillərində vuruldu...

24.07.2026 / 19:35
Gürcüstanın Kulevi Neft Emalı Zavodu da Rusiyanın “oduna yandı”…

24.07.2026 / 19:31
Ermənilərin məhkəməsində prokurorların çıxışı davam edir - FOTO

24.07.2026 / 19:22
Lavrov Moskvanın “istənilən halda” Ukraynada məqsədinə çatacağından əmindir…

24.07.2026 / 19:07
49 mindən çox içkinin tarixini dəyişib təkrar satışa çıxaracaqdılar - AQTA vaxtında yetişdi...

24.07.2026 / 18:52
AB Rusiyaya görə Gürcüstanın yeganə neft zavoduna da sanksiya tətbiq etdi...

24.07.2026 / 18:34
Tramp İranda sonu görünməyən müharibə risqi ilə üzləşir – Ağ Ev müşavirləri narahatdır...

24.07.2026 / 18:03
Tramp ABŞ-ın 60 ticarət tərəfdaşına yeni tariflər tətbiq etdi - bu, ədalətsizlikdir...

24.07.2026 / 17:47
İran Bəhreyndə “Amazon” məlumat mərkəzini vurdu...

24.07.2026 / 17:31
ABŞ da, İran da quru əməliyyatlara hazırlaşır... "200 əsgər İran əsirliyində..."

24.07.2026 / 17:16
Paşinyan siyasi rəqiblərini sahədə bir-bir dənləyir...

24.07.2026 / 17:08
Ermənipərəst rüşvətxor Menendes getdi, indi də onun davamçısı konqresmen Şerman iş başında - Milli Məclisdən ABŞ Konqresinə etiraz...

24.07.2026 / 16:55
Rusiyanın neft emalı zavodlarına zərbələr ABŞ və Avropaya da təsir etməyə başlayıb...

24.07.2026 / 16:31
“Dollar iynəsindən” xilas olan Rusiya bu dəfə "yuan qarmağına" keçdi

24.07.2026 / 15:53
Paşinyan katolikos Qaregini parlamentə buraxmadı...

24.07.2026 / 15:49
Ermənistanda "fermer inqilabı" gözlənilir...

24.07.2026 / 15:42
Tramp Səudiyyə ilə nüvə sazişini "İsraili tanımaq" tələbindən azad etdi...

24.07.2026 / 15:28
Rusiyanın sıxılmış qazı Afinanın sayəsində 21-ci sanksiyadan yaxasını hələlik qurtardı...

24.07.2026 / 15:13
"Moskva Krımın üzərindən keçəcək" - Zelenskinin yeni planları...

24.07.2026 / 15:02
Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

24.07.2026 / 14:41
Rusiya rəhbərliyindəki korrupsiyaya aid inanılmaz fakt: Dünyanın ilk kosmanavtının paltarının ABŞ-a satılması...

24.07.2026 / 14:10
Ukrayna Rusiyanın daha iki bölgəsində “Wildberries”in anbarlarını bombaladı...

24.07.2026 / 13:52
Rəşad Aslanov Azərbaycanın Türkiyədə səfiri təyin olundu...

24.07.2026 / 13:50
İtaliyadakı səfirimiz geri çağırıldı

24.07.2026 / 13:48
Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi

24.07.2026 / 13:46
Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı

24.07.2026 / 13:37
CHP-də ŞOK PARÇALANMA... Özgür Özel 91 deputatla yeni partiya qurur - parlamentdə çoxluğu da ələ keçirdilər...

24.07.2026 / 13:35
Yaxın Şərqdən neftin ixrac marşrutları bir-bir sıradan çıxarılır - dünya fəlakət astanasında...

24.07.2026 / 13:15
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatdı

24.07.2026 / 13:00
Qazaxıstanın Avropaya neft pəncərəsi bağlanır - əsas ümid Azərbaycanadır...

24.07.2026 / 12:20
“Sadə insan kimi tanınsam, daha yaxşıdır” - Taleh Yahyayev

24.07.2026 / 12:15
Montrö Konvensiyasına hücum başladı - Türkiyənin Qara dənizdə hakim mövqeləri hədəfdə...

24.07.2026 / 12:06
İrandan ABŞ-a neft mesajı - bizi yox, bahalı neftlə özlərini cəzalandırdılar...

24.07.2026 / 12:00
BMT-nin baş katibi vəzifəsinə dörd xanım, iki kişi namizəd var

24.07.2026 / 11:39
Dənizin dərinliyində İusos Xriatosun nəhəng heykəlini görün necə təmizlədilər?! - VİDEO

24.07.2026 / 11:24
Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan etdi

24.07.2026 / 11:04
Bakıda dəhşətli qəza - 20-dən çox yaralı var...

24.07.2026 / 10:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

24.07.2026 / 10:17
İran ABŞ-ın atəşkəs təklifini rədd etdi...

24.07.2026 / 09:41
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı

24.07.2026 / 07:04
ABŞ-da Mercedes-Benz satışları qadağan edilə bilər - Çin istehsalı olduğuna görə…

24.07.2026 / 05:28
Səudiyyə şahzadəsinin Londonda müəmmalı ölümü - səbəblər açılır…

24.07.2026 / 05:21
ABŞ-dan İrana 13-cü gecə zərbəsi…

23.07.2026 / 22:31
Venesuelanın 13 milyarddan çox neft gəliri ABŞ-da yoxa çıxdı...

23.07.2026 / 21:55
Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

23.07.2026 / 21:41
Cəbrayılda traktor minaya düşdü, bir nəfər yaralandı...

23.07.2026 / 21:26
Bolqarıstan prezidentinin təşəbbüsü ölkəni İran raketlərinə hədəf edə bilər...

23.07.2026 / 21:09
Şahdağ-Murğuz dağ qurşağının gündoğanı-günbatanı... Tərəkəmə elatının Baş yurd yerləri...

23.07.2026 / 20:42
Əliyevlə görüşdən sonra alman kansler Ermənistanla balans yaradır, ya sülh təşviq edir...

23.07.2026 / 20:26
Qırmızı dənizdə gərginlik... Tramp İrana ultimatum verdi - husilərin cəzasını onlar çəkəcək...

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ