çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Mehdiyevin ardınca Əsədovun da adı hallanmağa başlayıb...

Image


Oqtay Əsədov-Ramiz Mehdiyev xətti - köhnə sistemin kölgəsində gizlənən şəbəkə

Azərbaycan siyasətində illərlə pərdə arxasında davam edən proseslər var ki, bir vaxtlar yalnız qapalı dairələrin bildiyi bu məqamlar indi artıq mediaya, ictimai müzakirələrə sızır. İllərdir ki, yüksək dövlət postları tutmuş şəxslərin formalaşdırdığı güc əlaqələri tədricən üzə çıxmağa başlayır. Bu kontekstdə ən çox adı hallanan tandemlərdən biri də Oqtay Əsədov-Ramiz Mehdiyev xəttidir. Onlar uzun illər dövlətdə paralel strukturların mövcudluğu barədə yayılan şayiələrin, iddiaların və siyasi qaranlıq məqamların mərkəzində dayanıblar.

Bu əlaqələr sadəcə kabinet görüşləri, rəsmi toplantılar və ya sıradan dostluq münasibətləri deyildi. Mətbuatda yayılan məlumatlara görə, bu münasibət illərlə formalaşan koordinasiyalı siyasi-ictimai şəbəkənin təməli idi. Bu gün artıq həmin şəbəkənin fraqmentləri müxtəlif media resurslarında açılır, bu açıqlamalar istintaq materiallarından sızan məlumatlarla üst-üstə düşür və siyasi müşahidəçilərin təhlilləri ilə genişlənir.

Ramiz Mehdiyev Azərbaycan dövlətçilik sistemində uzun illər boyunca xüsusi çəkisi olan bir fiqur idi. Onun adı hakimiyyətin ən mühüm qərarlarının qəbul olunduğu mərhələlərə bağlı hallanırdı. Oqtay Əsədov isə eyni dövrdə parlament sədrliyinə qədər yüksəlmişdi. O, 15 ilə yaxın ölkənin qanunverici orqanına rəhbərlik etmişdi. Hər iki şəxsin dövlət sistemində tutduğu mövqelər onların ölkənin siyasi arxitekturasının mühüm sütunları sayılmasına imkan verirdi.

Lakin indi mediada iddia edilən budur ki, bu paralel yüksəliş təsadüfi deyilmiş. Sən demə, iki fiqur arasında dərin siyasi koordinasiya xətti mövcud olub. Əsədovun parlament sədri vəzifəsindən getməsindən sonra belə onun tez-tez Mehdiyevlə Akademiya binasında keçirdiyi görüşlər bu əlaqənin hələ də canlı olduğunu göstərən nümunələr kimi təqdim olunur.

Bu görüşlər sadəcə dostluq jesti idimi? İddialar belə demir. Bu təmaslar, görünür, daha strateji məqsədlər üçün idi, yeni model, yeni təsir xətti yaratmaq planları cızılırmış.

Media məlumatlarına görə, Ramiz Mehdiyev bir vaxtlar “Dövlət Şurası” adlı yeni idarəçilik modeli formalaşdırmaq niyyətində olub. Əgər bu iddia doğrudursa, bu struktur ölkədə idarəetmənin balansını dəyişə biləcək qədər ciddi bir proses olardı. Mümkün 50 nəfərlik bu “şura”nın məqsədi rəsmi hakimiyyət institutlarından kənarda əlavə təsir mərkəzi yaratmaq, ölkənin strateji qərarlarına nəzarət imkanını genişləndirmək məqsədi daşıyıb.

Ən diqqətçəkən məqam isə budur ki, həmin şurada ikinci ən mühüm fiqur kimi Oqtay Əsədovun adı keçir. Bu, təsadüfi seçim ola bilməzdi. Əsədovun həm siyasi nüfuzu, həm geniş iqtisadi imkanları, həm də Rusiyadakı biznes əlaqələri onu Mehdiyev üçün ideal tərəfdaşa çevirib.

Mətbuatda yer alan məlumatlara görə, Oqtay Əsədovun ailəsinin Rusiyada ciddi biznes aktivləri mövcuddur. Xanımı Zemfira Əsədovaya məxsus şirkətlər, müxtəlif biznes layihələri bu əlaqələrin sadəcə biznes deyil, mümkün siyasi dayaqlar da yaratdığı qənaətini formalaşdırır.

Bu mənzərəyə Mehdiyev şəbəkəsinin digər fiqurlarının da Rusiyada iqtisadi maraqlarının olduğunu əlavə etdikdə ortaya siyasi-iqtisadi tandemin daha geniş çevirəsı çıxır. Bu artıq şəxsi biznes deyil, paralel güc mərkəzinin iqtisadi dayaq nöqtələri kimi görünür.

İstintaq materiallarında və mediada Mehdiyev şəbəkəsinin tərkibində daha bir neçə tanınmış şəxsin adı çəkilir. Onların arasında keçmiş təhlükəsizlik naziri Eldar Mahmudov, iş adamı Əsabil Qasımov və başqa yüksək vəzifələr tutmuş şəxslər var. Bu adların eyni kontekstdə hallanması təkcə iki nəfərlik əlaqədən ibarət olmayan daha geniş bir modelin mövcud olmasını ehtimal etdirir.

Burada vacib məqam ondan ibarətdir ki, bu fiqurların hər biri öz dövründə ciddi təsir imkanlarına malik olub - biri təhlükəsizlik sistemində, ikincisi iqtisadi mühitdə, üçüncü isə siyasi sahədə əsas fiqur olub. Onların hər birinin təsir dairəsi bir-birini tamamlayırdı.

Mətbuatda Mehdiyevə qarşı irəli sürülən ittihamlar da birmənalı deyil. Burada dövlətə xəyanətdən tutmuş, külli miqdarda vəsaitlərin mənimsənilməsi və leqallaşdırılması kimi ağır maddələr var. Bu ittihamlar fərdi fəaliyyətləri əhatə etmir, daha çox təşkilatlanmış qrup təsiri bağışlayır.

Əgər bu iddiaların arxasında real faktlar dayanırsa, ortaya belə bir mənzərə çıxır - uzun illər dövlət strukturları içində paralel güc mərkəzi formalaşdırılıb. Bu mərkəz həm siyasi təsir, həm iqtisadi resurslar, həm də insan şəbəkəsi vasitəsilə özünə xüsusi mövqe yaradıb.

Hazırda rəsmi qurumlar bu iddiaların yalnız müəyyən hissələrini təsdiqləyib. Bir çoxu isə hələ də qeyri-müəyyənlik içindədir. Lakin məlum olan budur ki, şəxslərin siyasi mövqeləri, iqtisadi gücləri və uzun illər formalaşmış əlaqələri təsadüfi üst-üstə düşmürdü.

Bu hadisələr göstərir ki, Azərbaycanın dövlətçilik tarixində müəyyən dövrlərdə görünməyən, lakin siyasi kürsünü arxadan yönləndirməyə çalışan şəbəkələr mövcud olub. Əsədov-Mehdiyev xətti də məhz bu tarixi prosesin bir parçası kimi ortaya çıxıb.

Nəticə olaraq qeyd edək ki, iddiaların hansı hissəsinin təsdiqlənəcəyini zaman göstərəcək. Lakin bir şey artıq aydındır ki, keçmişin kölgəsində illərlə gizlənmiş siyasi atmosfer indi açılır və cəmiyyət bu proseslərin arxa planını daha aydın görməyə başlayır. Mehdiyev-Əsədov xətti təkcə iki şəxsin dostluğu deyil, bu, ölkənin siyasi tarixinə təsir edə biləcək alternativ güc arxitekturası kimi təqdim olunur.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ