Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla son telefon danışığı ilə bağlı ABŞ mətbuatında yeni bir iddia ortaya çıxıb.
“Washington Post” qəzetinin ABŞ-ın yüksək rütbəli rəsmilərinə istinadən verdiyi məlumata görə, Putin Ukraynadan Donetsk bölgəsinə tam nəzarəti Moskvaya təhvil verməsini tələb edib.
Məlumata görə, Putin Trampa çatdırıb ki, o, Donetsk bölgəsinə nəzarətin Ukraynadan Moskvaya tam təhvil verilməsini müharibənin dayandırılması üçün şərt kimi görür.
Trampın Putinin şərtinə necə cavab verdiyi ilə bağlı heç bir məlumat verilmir.
ABŞ rəsmiləri Putinin Rusiya-Ukrayna müharibəsində Moskvanın Kiyevi ələ keçirməsinə qarşı bufer zona rolunu oynamış Donetski ələ keçirməyə can atdığını və bu fikirdən hələ də əl çəkmədiyini vurğulayıblar və bu vəziyyətin müharibənin başa çatmasını çətinləşdirəcəyini qeyd etdiblər.
İki həftə sonra Macarıstanın paytaxtı Budapeştdə Putinlə görüşəcəyini açıqlayan Trampın bu məsələyə necə reaksiya verəcəyi hələ ki, bəlli deyil.
Bundan başqa, xəbər bildirilir ki, Putin Trampa Donetsk üzərində tam nəzarəti təmin etmək müqabilində qismən zəbt etdiyi Ukraynanın digər iki bölgəsi olan Zaporojye və Xersonun bir hissəsini təhvil verməyə hazır olduğunu bildirib.
Ukrayna rəsmiləri isə əvvəllər Moskvanın Donetsklə bağlı tələblərinə qarşı olduqlarını bəyan ediblər.
Bildirilib ki, bu tələblər avqustda Alyaskanın Ankoric şəhərində keçirilən danışıqlarla müqayisədə Moskvanın mövqeyinin müəyyən qədər daralması deməkdir.
TAHİR