Cümə günü, 16 oktyabr 2026
     

Paşinyan kilsə güruhunu əzə bilsə, ölkəni işığa çıxaracaq...

Image


Ermənistanda hakimiyyət və kilsə arasında qarşıdurma son günlərdə yenidən şiddətlənməkdədir. Erməni Apostol Kilsəsi artıq hakimiyyəti keşişlərə qarşı açıq düşmənçilikdə ittiham edir. Bu xüsusda kilsənin yaydığı bəyanatada qeyd olunur ki, ölkənin hakimiyyət orqanları ruhaniləri təqib etməklə, səlahiyyətlərindən sui-istifadə edərək, repressiyalar həyata keçirməklə, din xadimlərini və kilsə tərəfdarlarını nüfuzdan salmaqla Erməni Apostol Kilsəsini məhv etmək üçün bədnam plan həyata keçirir.

Qeyd edək ki, bu fonda bütün ermənilərin katolikosu II Qareginin sədrliyi ilə Erməni Apostol Kilsəsinin yepiskopları və yeparxiya rəhbərlərinin toplantısı keçirilib. Burada Araqatsotn yeparxiyasında baş verən hadisələrə xüsusi diqqət yetirilib. Bu kontekstdə yayılan bəyanatda qeyd olunur ki, baş verən hərəkətlər dindarların dini hisslərini təhqir edir, kilsə qapılarının bağlanmasına və ruhanilərin olmaması səbəbindən planlaşdırılan mərasimlərin (vəftiz, toy, yas mərasimləri) ləğv edilməsinə səbəb olur: “Baş verənlərə görə məsuliyyət uzun müddətdir kilsəyə və ruhanilərə qarşı nifrət və dözümsüzlük səpən, əsrlər boyu mövcud olan kilsə nizamına açıq şəkildə müdaxilə edən hazırkı hökumətin və şəxsən baş nazirin üzərinə düşür”. Din xadimləri məhkəmə və hüquq-mühafizə orqanlarını qanun çərçivəsində ciddi fəaliyyət göstərməyə, məmurların özbaşınalıqlarına yol verməməyə çağırır. Bəyanatda deyilir ki, dövlət institutları milli təhlükəsizliyə xidmət etməli, cəmiyyətin rifahına kömək etməli, qisas alətinə çevrilməməli, daxili qarşıdurmalara səbəb olmamalıdır. Yepiskoplar həmçinin din xadimlərini və möminləri imanda və duada sabit olmağa, təhdid və təhlükələrdən qorxmamağa, ədalətsizlik və qanunsuz hərəkətlərə var gücü ilə müqavimət göstərməyə çağırır: “Biz məhbusların azad edilməsi, ölkənin və Erməni Apostol Kilsəsinin qorunub saxlanması üçün dua edirik”. Qeyd edək ki, oktyabrın 15-də təhlükəsizlik qüvvələri Araqatsotn Yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan da daxil olmaqla 13 din xadimini saxlayıb. Yepiskop da daxil olmaqla üç saxlanılan şəxs barəsində cinayət işi başlanıb. Onlara vətəndaşları ictimai toplantılarda iştirak etməyə məcbur etmə ittihamı ilə yanaşı, “etibardan sui-istifadə etməklə özgənin əmlakını mənimsəmə, külli miqdarda və vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə” və “vəzifə mövqeyindən istifadə etməklə seçki hüquqlarının həyata keçirilməsinə mane olma” maddələri ilə ittiham irəli sürülüb. Erməni mediası yazır ki, hakimiyyətin ruhanilərə hücumu bütün yeparxiyanı iflic vəziyyətinə salıb. Burada istehza ilə diqqət ona yönəldilir ki, Mkrtiç Proşyanın işi o qədər "dövlət əhəmiyyətlidir" ki, onun üçün yaradılmış istintaq qrupu 54 müstəntiqdən ibarətdir. Yepiskopun vəkili Yerem Sarkisyan bildirib: “Bu 54 müstəntiq heç nəyi şansa buraxmadan Erməni Apostol Kilsəsi ilə bağlı məsələlər üzərində işləyir. Bu, Ermənistan üçün görünməmiş haldır”. Bununla belə, Proşyan adi yepiskop deyil, II Qareginin qardaşı oğludur. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan son bir neçə aydır ki, II Qareginini korrupsiyada və subaylıq andını pozmaqda ittiham edərək, dövlət çevrilişi cəhdində iştirakına eyham vuraraq onu istefaya məcbur etməyə çalışır. Onunla yanaşı, Araqatsotn yeparxiyasının kanserliyinin rəhbəri keşiş Qaregin Arsenyan bir ay müddətinə həbs edilib. Təhlükəsizlik rəsmiləri hesab edir ki, o, cinayətlərin törədilməsində Proşyana kömək edib. Qalan məhbuslara şahid statusu verilib.

Erməni Apostol Kilsəsi bildirir: “Araqotn yeparxiyasının başçısının, onun keşişlərinin və əməkdaşlarının qanunsuz cinayət təqibi hakimiyyətin başlatdığı mütəşəkkil anti-kilsə kampaniyasının növbəti təzahürüdür. Bu cür hərəkətlər açıq-aydın bədxah bir məqsəd güdür: kilsənin normal fəaliyyətini iflic etmək, onun nüfuzunu sarsıtmaq, ümumi cəmiyyət arasında qorxu mühiti yaratmaq”. Bundan başqa, Erməni Apostol Kilsəsi hesab edir ki, Ermənistan hakimiyyəti bu cür repressiv tədbirlərdən istifadə etməklə din azadlığı hüququnu kobud şəkildə pozur, dindarların dini hisslərini təhqir edir, nifrət toxumu səpmək və düşmənçilik salmaqda davam edir, sosial parçalanmanı dərinləşdirir. Buna baxmayaraq, kilsə öz təmsilçilərini təxribatlara boyun əyməməyə və keşişləri qorumağa çağırır.

Öz növbəsində, hakimiyyət orqanları Proşyanın evində apardıqları axtarışların nəticələri barədə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları avro, dollar, rubl və dram bağlamaları aşkar ediblər. Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan təhlükəsizlik fotolarından birində mövhumata görə şans gətirəcəyi ehtimal edilən iki dollarlıq əskinasa diqqət çəkib: “Bu insanlar Allaha inanmaq əvəzinə boş şeylərə inandıqları halda necə dəli olmayasan! Onlar İsa Məsihin davamçıları deyil, onlar Ceffersonun (iki dollarlıq əskinasda təsvir olunan üçüncü ABŞ prezidenti) davamçılarıdır”. Politoloq Tiqran Köçəryan hesab edir ki, hakimiyyət katolikosun ətrafını həbs etməklə kifayətlənəcək, lakin II Qaregini rahat buraxacaq: “Erməni ənənələrinə görə II Qareginə birbaşa hücum etmək çətindir. Bunun əvəzinə Paşinyan alternativ kilsə yaratmağa cəhd edə bilər”. Hazırda Erməni Apostol Kilsəsinin üç yeparxiyasının rəhbərləri hazırda dəmir barmaqlıqlar arxasındadır: Araqatsotndan Proşyan, Şirakdan Mikael Ajapaxyan və Tavuşdan Baqrat Qalstanyan. Ajapaxyan dövlət çevrilişinə çağırışa görə 2 il, Qalstanyan isə üsyan hazırlamağa görə 15 ilə qədər həbs cəzası ala bilər. Xatırladaq ki, oliqarx Samvel Karapetyan kilsənin müdafiəsi üçün ilk çıxış edənlərdən olub. Konkret olaraq o bəyan edib ki, parlament müxalifəti Paşinyanı sakitləşdirə bilməsə, başqa üsullara əl atacaq. Buna cavab olaraq Ermənistan hakimiyyəti Karapetyanı dövlət çevrilişinə çağırışda ittiham edib və həbs edib. Onu 5 ilə qədər həbs gözləyir. O, artıq 110 gündən çox dəmir barmaqlıqlar arxasında yatıb və oktyabrın 15-də onun həbs müddəti daha bir ay uzadılıb. Karapetyan həbsdə olduğu müddətdə Paşinyan ona məxsus olan “Ermənistanın Elektrik Şəbəkələri”nin milliləşdirilməsi prosesinə başlayıb.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ