çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət verilməsi təsdiqləndi

Image


Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət verilməsi təsdiqlənib.

Bu, Prezident İlham Əliyevin Torpaq, Mülki, Vergi və Mənzil Məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləmə nəzərdə tutulur.

İcra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən "Elektron icra informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrine) SMS-lə göndərildikdən sonra 7 iş günü ərzində o, əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət edildikdə icra məmuru 1 iş günü müddətində qərar qəbul edir və borcluya əmlakın satılması üçün 2 ay müddət verilir. Borclu bu müddətdə əmlakı icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərinin yalnız 80 %-dən az olmayan qiymətə sata bilər.

Notarius vasitəsi ilə rəsmiləşdirilən əmlakın alqı-satqı əməliyyatlarının aparılması üçün icra məmurunun sözügedən qərarı "Elektron icra informasiya sistemindən "Elektron notariat informasiya sisteminə göndərilir və əmlak satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına göndərir.

Notarius vasitəsi ilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür.

Əmlak bu müddətdə açıq bazarda satılmadığı halda elektron hərraca çıxarılır.

Borclunun üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmeti isə əvvəlcə qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif edilir. Bu halda tələbkara öz iradə ifadəsinin bildirilməsi üçün təklifi aldıqdan sonra 7 iş günü müddət verilir və tələbkar əmlakı qəbul etdikdə bu hal protokolla rəsmiləşdilir. Həmin protokol imzalandıqdan sonra dərhal "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat" informasiya sisteminə göndərilir. Tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun "Elektron notariat" informasiya sistemine göndərildiyi günden 5 iş günü müddətində rəsmiləşdirə bilər. Həmin əmlak üzərində hüquqların rəsmiləşdirilməsi qeyd olunan protokol əsasında "Notariat haqqında" qanunun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir.

Borclu üzərinə həbs qoyulmuş əmlakı tələbkar qəbul etmədiyi, yaxud verilmiş müddətin ötürüldüyü hallarda şəxsən açıq bazarda satmaq üçün icra məmuruna müraciət edə bilər. Belə müraciet olduqda 1 iş günü ərzində icra məmuru bu barədə qərar qəbul edir və borcluya əmlakın qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80%-den az olmayan qiymətə satılması üçün 2 ay müddət verir.

Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar "Elektron icra informasiya sistemindən "Elektron notariat" informasiya sisteminə göndərilir.

Qeyd edilən müddətdə və qaydada borclu satmadıqda həmin əmlak elektron hərraca çıxarılır.

Tələbkarın qəbul etmədiyi ipoteka predmeti, yaxud icra sənədinə əsasən satılmalı olan əmlak isə birbaşa elektron hərraca çıxarılır.

Dəyəri 5 000 manatdan az olan daşınar əmlak "Dövlet satınalmaları haqqında" qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsi ilə də satıla bilər.

Elektron hərracın keçirilməsi barədə sifariş "Elektron icra" informasiya sistemi vasitəsi ilə formalaşdırılır və hərrac müvafiq informasiya sistemi vasitəsi ilə avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir.

Sifariş yerləşdirildiyi gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir (tez xarab olan məhsullara münasibətdə layihədə qısaldılmış müddətlər müəyyən edilmişdir).

İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin ən azı 85 %-ni (minimum satış qiyməti), təkrar elektron hərracda isə ən azı 65 %-ni (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir.

Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir.

Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir.

Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) həmin müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə növbəti yuxarı qiymət təklif etmiş şəxs elektron hərracın qalibi hesab olunur.

Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və əmlakı elektron hərracın predmeti olan əmlakı elektron hərracın qalibinin alması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər.

İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 7 iş günü müddətində əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur.

Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda elektron hərracın nəticələri avtomatik olaraq ləğv olunur.

Elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrde qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol "Elektron icra informasiya sistemindən Elektron Hökumət Informasiya Sistemi vasitəsilə müvafiq reyestrlərə ötürülür.

Hərracda satılmış, yaxud tələbkarın əldə etdiyi daşınmaz əmlakın təhvil verilməsi ilə bağlı alıcı (elde eden) və borclu, yaxud maraqlarına toxunan digər şəxslər arasında mübahisə yarandıqda əmlakı əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru boşaldır və ona təhvil verir.

Təkrar elektron hərracda satılmayan emlak onun bazar qiymətinin 65%-1 həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya verilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

Elektron hərracın keçirilməsi ilə bağlı xərcləri hərracın qalibi, hərracda satılmayan əmlakı tələbkar əldə etdikdə ise o, ödəyir. Hərracın baş tutmadığı digər hallarda hərrac xərcləri hərracda iştirak haqları hesabına kompensasiya edilir.

Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı ve elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləğini Nazirlər Kabineti təsdiq edir.

Üzərinə həbs qoyulmuş dövlət əmlakı icra məmurunun sifarişi əsasında yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərrac təşkilatı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada salır.

Dəyişikliklə həmçinin aşağıdakı məsələlər tənzimlənib:

- icra məmurlarının icra ödənişinin alınması barədə qərarlarının müstəqil icra sənədi kimi müəyyən edilməsi və onların icrası qaydasının tenzimlənməsi;

- borcludan tutulmuş pul məbləğinin tələbkarın tələbinin təmin olunması ilə yanaşı, həm də icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, İcra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş. cərimələrin ödənilməsi üçün istifadə edilməsi;

- könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləğini borclunun qismən ödəməsi halında icra ödənişinin borcun qalan hissəsindən, vaxtaşırı ödənişlər üzrə icra ödənişinin yığılmış borc məbləğindən hesablanmaqla tutulması;

- icra ödənişinin borcludan tam və ya hissə-hissə tutulması imkanı;

- icraatın dayandırılması qaydasının təkmilləşdirilməsi, icraata xitam verilməsi ilə bağlı icra məmurunun və icra qurumunun rəhbərinin hərəkətləri üçün müddətlərin konkretləşdirilməsi;

- borcun qalan hissəsindən, vaxtaşırı ödənişlər üzrə icra ödənişinin yığılmış borc məbləğindən hesablanmaqla tutulması; - icra ödənişinin borcludan tam və ya hissə-hissə tutulması imkanı; icraatın dayandırılması qaydasının təkmilləşdirilməsi, icraata xitam verilməsi ilə bağlı icra məmurunun və icra qurumunun rəhbərinin hərəkətləri üçün müddətlərin konkretləşdirilməsi.

Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı Fərman imzalayıb.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:40
Qazaxıstanda saxlanan Azərbaycan əsilli rep azadlığa buraxıldı

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ