çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

"Sosial Tədqiqatlar Mərkəzindən ayrılmağıma onlar daha yaxşı aydınlıq gətirə bilər" - Rusiya adamı kimi adı hallanan sabiq deputat danışdı...

Image


"Həftə içi" saytının keçmiş millət vəkili Elşad Mirbəşirlə bağlı yazısını olduğu kimi təqdim edirik.

Regionun geopolitik mənzərəsində mərkəzçi rolunda çıxış edən Azərbaycan dövlətinin yaratdığı reallıqlar qərbdən şərqə, şimaldan cənuba doğru bu bölgədə marağı olan bütün qüvvələri narahat etməkdədir. Artıq Qərb dövlətlərinin, Şimal qonşumuzun narahatlığı təkcə ölkəmizə qarşı Fransada qəbul olunan açıq qərəzli qətnamə ilə deyil, həm də ölkənin ictimai-siyasi həyatında mühüm rola malik siyasətçilərin, ziyalı kəsimin “casus” ləkəsi ilə sıradan çxarılmasına, ən əsası daxili sabitliyin pozulmasına yönəlik cəhdlərlə diqqət çəkir. Qərbin, Avropa İttifaqının ölkə daxilində hansısa qruplardan istifadə edərək sabitliyi poza biləcəyi ilə bağlı ehtimallar bundan əvvəl də irəli sürülürdü. Lakin prosesin məhz ölkənin siyasi elitası üzərindən gerçəkləşəcəyi ehtimalı sabit deyildi. Görünən odur ki, Qərbin təsiri ilə “cəhənnəmə gedən” Rusiya öz yanında Azərbaycan siyasilərini, ziyalılarını da götürmək istəyir.

Xəbər verdiyimiz kimi, Day.az saytında iyulun 24-ü Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi ilə paralel Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, guya Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub. Yazıda həmin şəbəkənin rəhbəri olan Ramiz Mehdiyevdən, eləcə də ordu rəhbəri olmuş Nəcməddin Sadıqovun, həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Azad Rəhimov, Eldar Mahmudovun oxşar aqibətlə üzləşdiyi yazılıb. Eyni zamanda Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Eləcə də Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun vəzifəsindən azad edilməsi və bu kontekstdə keçmiş deputat Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib. Hətta E.Mirbəşirin Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırılmasından danışılıb. Guya Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil, Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirlərdir.

Hafta.az məlum saytda ictimai-siyasi səhnədən uzaqlaşdırıldığı iddia edilən Elşad Mirbəşirin daim ictimaiyyət qarşısında açıq çıxışları ilə gündəmdə olduğunu nəzərə alaraq, məsələ ilə bağlı fikirlərini öyrəndi.

Professor barəsində səslənən iddiaların əksinə olaraq yenə də demokratik və məntiqli çıxışı ilə münasibətini bildirməkdən çəkinmədi. O, bu məlumatları absurd, əsassız ittihamlar adlandırmaqla yanaşı, xüsusi təşkil olunduğunu dedi:

“Hansısa şəbəkənin üzvü olmağımla bağlı yayılan məlumatlar tamamilə absurddur, qərəzlidir. Mən hər zaman açıq şəkildə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış etmişəm. Bu mövqeyimi də belə əsaslandırmışam ki, Rusiya regionda kifayət qədər təsirli, güclü olan qonşumuzdur və Azərbaycan-Rusiya münasibətlərinin xarakteri bütövlükdə regionda çox təsirli amil rolunda çıxış edir. Bu mənim mövqeyimdir və hər zaman televiziya və saytlar vasitəsi ilə iki ölkə arasında münasibətlərin inkişafının tərəfdarı olmuşam. Məsələlərə kiminsə yandaşı kimi deyil, bir professor kimi yanaşmışam. Kimlərsə bunu bir alət kimi mənə qarşı yönəltməyə çalışırsa, deməli hansısa sifarişlə hərəkət edirlər.

Azərbaycanla Rusiyanın strateji müttəfiqlik sazişinin olmasını heç kəs unutmamalıdır. Mən hər zaman Rusiya ilə bağlı möveyimi onunla əsaslandırmışam ki, Azərbaycan bütün qonşu dövlətlərlə sülh, əməkdaşlıq şəraitində münasibətlər qurur. Bununla yanaşı, Rusiyada çoxsaylı soydaşımız yaşayır, orada həyatlarını, fəaliyyətlərini qurublar. Bundan başqa Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Türkiyə və Avropa İttifaqından sonra bu əlaqələr 3-cü yerdə dayanır. Azərbaycan kənd təsərrüfatı məhsullarının realizə olunduğu yer Rusiya bazarıdır. Bütün hallarda iki ölkə arasında münasibətlərin yaxşı olması həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin korlanması bütövlükdə regiona yaxşı heç nə vəd etmir. Rusiya Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir. Həmişə hesab etmişəm ki, yalnız bərabərhüquqluluq prinsipi, milli maraqların qorunması çərçivəsində region ölkələri ilə konstruktiv münasibətlərə malik olmalı, əməkaşlığımızı inkişaf etdirməliyik. Hesab edirəm ki, bu, sağlam məntiqə söykənərək sərgilənən mövqedir. Bu mövqeyimi öz maraqları naminə ləkələyib dövlətə qarşı bir alət kimi istifadə etməyə çalışanların hansı oyunlar oynadığı bəllidir. Daxili sabitliyi pozmaq!”

E.Mirbəşir qərb siyasi dairələrinin keçmiş sovet ölkələrini hər zaman özlərinin geosiyasi mübarizəsinin alətinə çevrməyə çalışdığını deyib:

“Bu reallıqıdır. Məsələn, Qərb Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir, hərtərəfli yardım göstərir, milyardlarla maliyyə ayırır, silah-sursat, texnika ilə yardımlar göstərir. Amma bizim torpaqlarımız 30 il işğalda qalan zaman azad olunması üçün nə 1 dollar yardım göstərdi, nə də hərbi sahədə dəstək verildi. Əksinə, 1992-ci ildə işğala məruz qalan Azərbaycan olsa da, ölkəmizə qarşı 907-ci düzəliş qəbul edildi. Halbuki, bunu Ermənistana qarşı etmək lazım idi. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edirdi. Və 907-ci düzəliş qəbul olunanda Ermənistan Azərbaycan ərazisini işğal etməklə yanaşı bir neçə yaşayış məntəqəmizdə qanlı terror törətmişdi. Bütün bunlar göz qabağında idi, amma 907 ci düzəliş qəbul olundu. Sual olunur: Bir dövlətin ərazi bütövlüyü məsələsi vacibdir, digər dövlətinki vacib deyil? Deməli, ikili standartlar var və ayrı-ayrı xalqlar, dövlətlər geosiyasi ambissiyaların qurbanına çevrilib. Rusiya-Ukrayna müharibəsində də mövqeyim bu olub ki, Ukrayna dövləti bir resurs kimi istifadə olunur. Bugünkü reallıqlar bunu sübut edir”.

E.Mirbəşir qeyd edib ki, bu gün Azərbaycan qonşu dövlətlərlə sağlam, konstruktiv münasibətlər qurur. Ona görə də Azərbaycanı təhlükəsizlik adası adlandırırlar:

“Dövlətimizin “təhlüksəzilik adası” olması dövlət başçımızın həyata keçirdiyi müdrik, praqmatik siyasətin nəticəsidir. Bundan sonra atılacaq addımların ölkəmizi dünyanın ən təhlükəsiz və sabit obrazını özündə saxlayacağına əminəm. Ona görə də haqqımda səsləndirlən iddiaları rədd edirəm, absurddur və qərəzlidir”.

E.Mirbəşir Milli Məclisdən guya uzaqlaşdırılması ilə bağlı yazılanları da gülünc saydı: “Deputat mandatı heç kim üçün əbədi deyil. Sadəcə olaraq parlamentin səlahiyyət müddəti bitdi, növədənkənar parlament seçkiləri təyin olundu və namizədliyim irəli sürülmədi. Verilən qərara da hörmətlə yanaşıram. Ümumiyətlə, parlamentdə yeni simaların olmasına təqdirəlayiq yanaşıram. İctimai-siyasi həyatdan uzaqlaşdırılmağıma gəldikdə isə, bu ümumiyyətlə yalandır. Mən harda olursa olum, xalqıma, prezidentimə xidmət edəcəm. Məni belə ittihmlarla yolumdan çəkindirmək qeyri-mümkündür. Hər bir addımım, sərgilədiyim mövqe dövlətim, xalqım üçündür. Çünki dövlətimi də, xalqımın hər bir nümayəndəsini də sevirəm və onlar üçün fədakalığa hazıram. Sosial Tədqiqatlar Mərkəzindən ayrılmağıma gəlincə, buna onlar daha yaxşı aydınlıq gətirə bilər. Bütün hallarda adımın o siyahıda hallanması qərəzlidir, təşkil olunub”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ