çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Dünya münaqişələri mülki təyyarələr üçün ciddi təhlükə mənbəyinə çevrilir...

Image


Məlum olduğu kimi, 2024-cü ilin dekabrında Rusiyanın hava hücumundan müdafiə sistemi Azərbaycanın AZAL-a məxsus təyyarəsini vurub və təyyarə Qazaxıstanın Aktau yaxınlığında düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.

Bu hal indiyədək Rusiyanın yanaşması səbəbindən Bakı və Moskva arasında mübahisə predmeti olaraq qalır. Kreml hələ də bu hadisəyə görə məsuliyyətini qəbul edib üzərinə düşən addımları atmır.

Bu arada həmin təyyarəni vuran kapitan Dmitri Paladiçukun çəkdiyi audioyazılar və videogörüntülər yayımlanıb. Burada Paladiçuk Rusiya ordusunun fəaliyyət göstərdiyi şəraiti ətraflı təsvir edir. Səs yazısında Dmitri Paladiçuk nasaz texnika, təchizat çatışmazlığı, Rusiya ordusundakı nizamsızlıqdan söz açır. Onun sözlərinə görə, 274 saylı döyüş maşınının ekipajı Qroznıya Suriya kampaniyasından sonra pis texniki vəziyyətdə gəlib. Dmitri Paladiçuk vurğulayıb ki, "Pantsir"ə texniki qulluq göstərilməyib, termal kamera, radar və optik sistemlər nasaz olub. Amma bu faktlara baxmayaraq, Rusiya hələ də məsuliyyətini qəbul etmir. Belə halla isə əslində dünya boyu mülki təyyarələrlə bağlı xaos yaradır. Əslində, dünya boyu artan münaqişələr mülki təyyarələri ciddi təhlükəyə atır. Bu fonda daha bir nümunə Qırğızıstanla bağlıdır. Belə ki, bu ölkənin icarəyə götürdüyü yük təyyarəsi Sudanda onu hərbi təchizat təyyarəsi hesab edən üsyançılar tərəfindən vurulub. 2020-ci ildə İran tərəfindən vurulan “Ukraine International Airlines”in PS752 reysi və 2014-cü ildə Ukrayna üzərində Rusiyanın verdiyi raketlə məhv edilən “Malaysia Airlines”in MH17 reysi bu təhlükənin real olduğunu göstərən açıq siqnallar idi. Hər iki faciə göstərib ki, kommersiya təyyarələri getdikcə daha çox münaqişələrin yeni itkisinə çevrilmək riski ilə üz-üzə qalır. Bir vaxtlar sürət, təhlükəsizlik və əlaqələnmə möcüzəsi olan qlobal hava nəqliyyatı sistemi indi geosiyasi maraqların mürəkkəb şəbəkəsinə bənzəyir. Hər yeni münaqişə xəritəni yenidən formalaşdırır. Səmanın bağlanması, marşrutların dəyişdirilməsi, hava məkanının rədd edilməsi gecikmələri, emissiyaları və xərcləri artırır. İndi milyonlarla uçuş dar və tıxaclı hava dəhlizlərinə sıxışdırılıb. Eyni zamanda, hava məkanının böyük sahələri ya boşdur, ya da raketlər və pilotsuz uçuş aparatları ilə doludur. Bu dəyişiklik təsadüfi deyil. Son illərdə müharibələrin, regional qarşıdurmaların və hərbi gərginliklərin artması dünya səmasını Soyuq Müharibədən bəri heç olmadığı qədər təhlükəli və gözlənilməz vəziyyətə gətirib. Rusiyadan Yaxın Şərqə və Afrikanın müxtəlif bölgələrinə qədər uçuşa qadağan olunmuş zonaların sayı çoxalıb. Bu fakt isə beynəlxalq aviasiyanı böhrana salıb və hava nəqliyyatı ilə bağlı iqtisadiyyatı, təhlükəsizliyi və karbon izini yenidən formalaşdırıb.

Bu günlərdə Sankt-Peterburqdakı Pulkovo hava limanının bağlanmasından sonra qatar biletləri tükəndiyindən taksi sürücüləri Moskvaya gediş üçün 80 min rubla və ya 1025 dollara qədər pul tələb ediblər. Təkcə iyulun 6-da Şeremetyevo hava limanında 15 mindən çox sərnişin uça bilməyib, Kaluqa, Tambov və Pskovdakı kiçik hava limanları isə fəaliyyətlərini dayandırıb. Rusiya müdafiə rəsmiləri həmin gecə 120-yə qədər pilotsuz uçuş aparatını məhv etdiklərini iddia ediblər, onlardan bir neçəsinin Moskvadan cəmi bir neçə kilometr aralıda vurulduğu bildirilib. Səlahiyyətlilər hava məkanının təkrar-təkrar bağlanmasının səbəbi kimi xarici müdaxiləni göstəriblər ki, bu isə artıq adi hal alıb. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma başlamasından bəri ölkədə təhlükəsizlik səbəbilə hava limanlarının fəaliyyəti 600 dəfə müvəqqəti dayandırılıb.

Lakin hava limanında çıxılmaz vəziyyətdə qalmaq nə qədər çətin olsa da, səmada bu vəziyyətlə üzləşmək daha dəhşətlidir. 2025-ci ilin iyun ayında Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd hava bazasına İranın raket hücumundan sonra qonşu ölkələr hava məkanlarını dərhal bağlayıb. Pertdən Parisə uçan "Qantas" reysi 15 saat havada dövrə vurduqdan sonra eniş etmədən yenidən Avstraliyaya qayıdıb. Digər bir təyyarə isə marşrutunu dəyişərək Sinqapura yönləndirilib. 2025-ci ilin mayında Hindistanla Pakistan arasında yaşanan gərginlik də bu regionda əsas hava dəhlizlərinin bağlanmasına səbəb olub. Avropa ilə Cənub-Şərqi Asiya arasındakı reyslər daha uzun və bahalı marşrutlara yönləndirilib. Uçuş müddətləri 10 saata qədər uzanıb, təyyarələrin tanımadıqları hava limanlarında yanacaq üçün eniş etməsi adi hala çevrilib.

“Flightradar24”ün məlumatlarına görə, pilotlar artıq çox sıx hava dəhlizləri ilə üzləşirlər. Bu, təyyarələrlə dolu dar keçidlərdir, hər iki tərəfdə isə uçuşa qadağan zonaları yerləşir. Bu tıxacda uçmaq toqquşma riskini əhəmiyyətli dərəcədə artırır, bu arada çox yüklənmiş hava nəqliyyatı dispetçerləri mürəkkəb loqistika tapşırıqlarını icra edirlər. Qırmızı dəniz üzərində, Liviya, Sudan, Suriya və Saharaaltı Afrikanın bəzi bölgələri üzərində təhlükəsizlik narahatlıqları səbəbindən uçuşlar getdikcə daha çox istiqamət dəyişir. Münaqişə bölgələrində hava hərəkətinə nəzarət ya zəif işləyir, ya da ümumiyyətlə mövcud deyil. Pilotlar isə köhnəlmiş və ya alternativ kanallardan istifadə edərək havada dolama yolları əlaqələndirməlidirlər. Bütün bu marşrut dəyişiklikləri əhəmiyyətli ekoloji fəsadlara səbəb olur. Böyük Britaniyadakı Reading Universiteti və Fransadakı Pierre-Simon Laplace İnstitutunun son araşdırmasına görə, təkcə Rusiya hava məkanından yayınmaq bir il ərzində atmosferə əlavə 8,2 milyon ton karbon qazı buraxılmasına səbəb olub. Bu reyslər orta hesabla 13 faiz daha çox yanacaq sərf edib. Ən kəskin artım isə Avropa-Asiya və Şimali Amerika-Asiya istiqamətlərində müşahidə olunub. “Dublin City” Universitetinin aparıcı aviasiya tədqiqatçısı Viktoriya İvannikovanın 2024-cü ildə apardığı ayrıca araşdırma göstərib ki, Avropadan Asiyaya yönləndirilən uçuşların yanacaq xərcləri 39 faizədək artıb, karbon qazı emissiyası isə 40 faizədək çoxalıb. Bu isə artıq karbon izini azaltmaq təzyiqi altında olan sənaye üçün çox ağır nəticələrdir. Müharibələrin yaxınlığındakı regionlarda səma artıq yalnız kommersiya təyyarələrinə aid deyil. Hərbi fəaliyyət birbaşa mülki hava marşrutları ilə kəsişir. Fevralda Çin Tasman dənizində əvvəlcədən xəbərdarlıq etmədən hərbi-dəniz təlimləri keçirib. “Virgin Australia” şirkətinin pilotu istifadədə olmayan radio tezliyində xəbərdarlığı təsadüfən eşitdikdən sonra, kommersiya təyyarəsi havada olarkən marşrutunu dəyişmək məcburiyyətində qalıb.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ