çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Tramp 12 gün ərzində Putini "pis vuracaq"...

Image


Tural İsmayılov: “Bu bəyanat Trampın Putinə qarşı səbrinin tükəndiyini və daha konkret nəticələr tələb etdiyini göstərir”

ABŞ prezidenti Donald Tramp Rusiyaya verdiyi 50 günlük möhlətlə bağlı yeni açıqlama verib.

Tramp Ukraynada sülh prosesi ilə bağlı Rusiyaya verdiyi 50 günlük müddətin artıq etibarlı olmadığını açıqlayıb və bu müddəti 10-12 günə qısaltdığını bəyan edib.

“Mən yeni bir müddət təyin edəcəm - bu gündən etibarən 10 və ya 12 gün. 50 gün gözləməyin mənası yoxdur. Mən səxavətli olmaq istərdim, amma heç bir irəliləyiş görmürük" – deyə Tramp Şotlandiyada Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşdən sonra açıqlamasında bildirib.

Jurnalistlərin Putinlə təkbətək görüşün mümkünlüyü ilə bağlı sualını cavablandıran Tramp deyib ki, artıq Putinlə danışmaq ona o qədər də maraqlı deyil.

“O, belə gözəl söhbətlər edir, gözəl müzakirə aparır. Növbəti gecə hansısa şəhərə bir raketin atılması nəticəsində insanlar ölürlər”, - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya daha əvvəl verdiyi 50 günlük müddətin qısaldılacağını açıqlamışdı: “Mən 50 günü qısaldacağam, çünki düşünürəm ki, cavabı və nə baş verəcəyini artıq bilirəm”.

Rusiya prezidenti Putindən məyus olduğunu ifadə edən Tramp əlavə edib: “Mən prezident Putindən çox ciddi şəkildə məyus oldum”.

Rusiya ordusunun Ukraynaya hücumlarını davam etdirməsini tənqid edən Tramp, buna görə də müddəti qısaldacağını bildirib.

Xatırladaq ki, Tramp iyulun 14-də Moskvaya sərt xəbərdarlıq edərək, Ukrayna ilə 50 gün ərzində atəşkəs razılaşması əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarından gələn mallara 100 faizlik gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı. O, həmçinin NATO müttəfiqlərinin də töhfəsi ilə Kiyevə silah daşınmasının bərpa ediləcəyini vəd edib.

Tramp Rusiyanı deyəsən 50 gündən tez vura bilər.

Bu barədə ekspert nə deyir?

“Qısaldılmış vaxt çərçivəsi eyni zamanda beynəlxalq maliyyə bazarlarında da təlatüm yaradıb”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya daha əvvəl verdiyi 50 günlük müddəti qısaldacağını açıqlaması beynəlxalq diplomatiyada ciddi rezonans doğurub: “Bu bəyanat Trampın Putinə qarşı səbrinin tükəndiyini və daha konkret nəticələr tələb etdiyini göstərir. Trampın bu dəfə sadəcə çağırış etməsi yox, konkret tarix aralığını azaltması onun ultimativ diplomatiyasının yeni mərhələyə keçdiyini sübut edir. Ukrayna tərəfi bu bəyanatı alqışlayır və ABŞ-ın siyasi iradəsinin müharibənin dayandırılmasında mühüm təsir gücünə malik olduğunu düşünür. Rusiya tərəfi isə hələlik susqunluq nümayiş etdirir, bu da Kremlin çaşqın olduğunu göstərir. Moskva bir tərəfdən Trampın təzyiqlərinə reaksiya verməyə məcburdur, digər tərəfdən isə daxildə kompromisə meylli deyil. Qısaldılmış vaxt çərçivəsi eyni zamanda beynəlxalq maliyyə bazarlarında da təlatüm yaradıb, Rusiya birjalarında 1.8 faizlik geriləmə qeydə alınıb”. T.İsmayılov qeyd etdi ki, Trampın Şotlandiyada verdiyi bu bəyanat Avropa diplomatiyasını da hərəkətə keçirib. “İndi gözlənilir ki, Brüssel və Berlin də Vaşinqtonun təzyiqlərini dəstəkləsin. Onun “müharibəni 100 günə bitirəcəyik” vədi artıq operativ icra planı ilə müşayiət olunur. Vaxtın qısaldılması isə onun kompromiss deyil, nəticə yönümlü siyasət aparmaq istədiyini göstərir. Hərbi-siyasi balanslar növbəti günlərdə kəskin dəyişə bilər. Rusiya bu təzyiqi görməzliyə vurarsa, bu onun beynəlxalq təcridini daha da dərinləşdirə bilər. Tramp açıq şəkildə bildirir ki, “artıq gözləməyə səbəb yoxdur”. Bu, həmçinin Avropa üçün də xəbərdarlıqdır – passiv mövqe yolverilməzdir. Ukrayna üçün isə bu, danışıqlar masasındakı güc balansının dəyişməsi deməkdir. ABŞ bu dəfə sanksiya ilə deyil, zamanla oynayır. Tramp siyasi ritorikasını diplomatik təzyiqlə birləşdirərək Putinə qarşı psixoloji üstünlük qurmaq istəyir. Əgər bu müddətdə atəşkəs və ya danışıqlarda irəliləyiş baş verməzsə, Trampın növbəti addımı daha sərt ola bilər. Bu açıqlama dünya siyasətində yeni bir təzyiq mərhələsinin başlandığının göstəricisidir”-deyə T.İsmayılov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ