çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Rusiya Bakı ilə təyyarə gərginliyinə görə üzərinə məsuliyyəti götürmək istəmir - şok səbəb...

Image


Abutalıb Səmədov: “Rusiyanın bu cür davranışının bir səbəbi də hakimiyyətdə olan şəxslərin cinayətkar aləmin üzvləri kimi davranmalarıdır”

Azərbaycan hesab edir ki, Rusiya “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarədə baş vermiş faciəli hadisəyə görə məsuliyyəti üzərinə götürməlidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.

“Ola bilsin ki, ikitərəfli münasibətlərdə anlaşılmazlıq yaranıb və gərginlik artıb. Belə hallar qonşu dövlətlər arasında zaman-zaman baş verir. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası ilə başladı. Hadisə Rusiyanın ərazisində, onun hava məkanında baş verib və biz necə olduğunu bilirik – bu artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Rusiya niyə məsuliyyəti üzərinə götürüb gərginliyə son qoymaq istəmir?

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiya hakimiyyətinin keçmiş Sovetlər İttifaqına daxil olan respublikalara münasibətini 2022-ci ilin iyununda prezident Putin açıq şəkildə ifadə etdi. “Putin dedi ki, bizim missiyamız Rusiya torpaqlarını toplamaq və Rusiyanı möhkəmləndirməkdir. Rusiya torpaqları dedikdə, təbii ki, keçmiş Sovetlər İttifaqına daxil olan respublikaları nəzərdə tuturdu, Baltikyanı respublikaları çıxmaq şərti ilə. Bu səbəbdən də Rusiya hakimiyyəti müstəqil dövlətlərə öz ərazi vahidləri kimi yanaşır, onları dövlət kimi qəbul etmək istəmir, onların hər hansı bir müstəqil davranışı, müstəqil addımı Kremldə ciddi gərginlik yaradır, narazılıq doğurur. Azərbaycan hakimiyyəti son illər kifayət qədər müstəqil siyasət aparır və bu bəzən Rusiyanı qıcıqlandıran səbəbə çevrilir”.

A.Səmədovun sözlərinə görə, Rusiya Ukraynanı yaşanmaz hala gətirmək üçün ilk növbədə onun energetika sistemini sıradan çıxarmağa çalışır. “Bu məqamda Azərbaycan Ukraynaya ardıcıl olaraq generatorlar, elektrik avadanlıqları göndərir. Təbiidir ki, Rusiya bu cür yardımı çox ciddi narazılıqla qarşıladı. “Mən Ukraynanı yaşanmaz vəziyyətə gətirmək istəyirəm, siz kömək edirsiz ki, Ukraynada həyat davam etsin”- Rusiyanın mahiyyəti budur. Çox təəssüf ki, Rusiya normal dövlətə çevrilə bilməyib. Baxmayaraq ki, keçən ilin avqustunda Putinin Azərbaycana dövlət səfəri olmuşdu, çox gözəl qarşılandı, səfər iki gün davam etdi. Dekabr ayında təyyarəmiz vuruldu və Rusiya hakimiyyəti yenə mahiyyətini ortaya qoydu. Bugünə qədər də məsuliyyəti öz üzərinə götürməyib, üzr istəməyib, təzminat verməyib. Müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışır və bu cür hadisə birinci dəfədir baş vermir, Rusiya daim bu cür davranır. Bu Rusiya üçün xarakterik olan bir davranış tərzidir. Dövlətlər də Rusiyanın çəkisini nəzərə alıb bəzən onun qəbulolunmaz davranışını sükutla qarşılamaq məcburiyyətində qalıblar. Yeri gəlmişkən, biz də Rusiyaya kifayət qədər səbr göstərmişik. Putinin Qarabağ müharibəsinin başlanması barədə bəyanatlarını biz səbrlə qarşıladıq. Baxmayaraq ki, Putin tarixi təhrif edib deyib ki, Qarabağ hadisələri Sumqayıt hadisələrindən sonra başlayıb. Ondan sonrakı dövrdə ATƏT-in Minsk qrupunun təkliflərini təhrif etdi və Azərbaycan hakimiyyətini töhmət altında qoydu. Guya biz beş rayonun qaytarılmasına və iki rayonun Ermənistanın nəzarətində qalmasına razılıq vermişik. Halbuki belə bir şey olmayıb. Madrid prinsiplərinə əsasən beş rayon qaytarılandan sonra Qarabağda plebisit keçirilməsi nəzərdə tutulurdu və ondan sonra da geridə qalan iki rayon qaytarılmalı idi. Buna da heç bir reaksiya vermədik. “İsgəndər-M” raketi ilə bağlı dəfələrlə müraciət etdik ki, bu raket Ermənistana necə gəlib? Cavab vermədilər. Orda da səbr etdik. Təbiidir ki, səbrin də bir həddi var və Rusiya artıq bütün hədləri keçib. Bu səbəbdən də Azərbaycan hakimiyyətinin ortaya qəti mövqe qoyması və qəti şəkildə Rusiyanın beynəlxalq hüquqa əməl etməsini tələb etməsi mövqeyi tamamilə anlaşılandır, düzgün mövqedir. O da açıq şəkildə bəyan olunub ki, növbəti addım beynəlxaq məhkəməyə müraciət etmək olacaq. Bu proses uzun sürən prosesdir, ancaq başqa bir yolumuz da yoxdur. Rusiyanın bu cür davranışının bir səbəbi də hakimiyyətdə olan şəxslərin cinayətkar aləmin üzvləri kimi davranmalarıdır. Normal siyasətçilər kimi davranmırlar. Hər addımda onların kifayət qədər şübhəli keçmişi özünü açıq-aydın göstərir. Dövlətlərin bir-birindən narazı olması, bir-birinə qarşı müəyyən sanksiyalar tətbiq etmələri dünya təcrübəsində geniş yayılıb. Ancaq Rusiyanın davranışı bu praktikaya qətiyyən uyğun deyil. Bazarlarda yoxlama aparmaq, insanlara əziyyət vermək, səhər açılmamış evlərə hücum edib vətəndaşları qətlə yetirmək, onlara işgəncələr vermək, dünənə qədər dəyərli saydığı vəzifə sahiblərini işdən azad etmək -bütün bunlar Rusiyada kimlərin hakimiyyətdə olduğunu və onların təfəkkür tərzini açıq şəkildə ortaya qoyur. Rusiya hakimiyyəti keçmiş müttəfiq respublikaları - bu gün müstəqil dövlətləri öz ərazisinə birləşdirmək planından imtina etməyib. Biz bu addımların qarşısını almağa həmişə hazır olmalıyıq. Hələ ki, Ukrayna müharibəsi gedir, Rusiyanın hər hansı kəskin addım atmaq imkanı yoxdur. Bütün gücünü Ukrayna müharibəsinə yönəldib. Ancaq Ukrayna müharibəsi bitdikdən sonra Rusiya hakimiyyətindən hər cür zorakılıq, hər cür qanuna, beynəlxalq hüquqa zidd davranış gözləmək mümkündür. Biz buna hər gün hazırlaşmalıyıq”.

A.Səmədovun fikrincə, Türkiyə başda olmaqla, türki dövlətlərilə əməkdaşlığımızı möhkəmləndirməli, Çinlə münasibətlərimizi daha da yaxınlaşdırmalıyıq, ABŞ-la, İsraillə, Azərbaycana yaxşı münasibət göstərən digər Qərb dövlətləri ilə əlaqələrimizi daha da inkişaf etdirməliyik, ordumuzu möhkəmləndirməliyik, əhalini mümkün təhlükələrdən xəbərdar etməliyik. “Azərbaycan kifayət qədər ciddi sınaq qarşısındadır və bu sınaqdan çıxmaq, dövlətçiliyimizi qorumaq və möhkəmləndirmək üçün bizim hər birimiz əlimizdən gələni etməliyik”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ