Suriya Türkiyədən rəsmən hərbi dəstək istədi... - Türkiyə MN açıqladı...

Suriya hökuməti bütün terror təşkilatlarına, xüsusilə də İŞİD-ə qarşı daha effektiv mübarizə aparmaq üçün Türkiyədən rəsmən hərbi dəstək istəyib.
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, İsrailin son günlər, xüsusilə cənubdakı Sveyda bölgəsində intensivləşən hücumları, druz icması ilə Dəməşq administrasiyası arasında gərginliyi artırıb.
“Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması, sabitliyin təmin edilməsi və terror təşkilatları ilə mübarizədə qətiyyətli mövqeyini qoruyur.
Milli Müdafiə Nazirliyi olaraq Suriyanın yeni hökuməti ilə sıx əməkdaşlıq edirik. Suriya administrasiyası müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün Türkiyədən rəsmi dəstək istəyib.
Bu tələbə uyğun olaraq, Suriyanın müdafiə qabiliyyətini artırmaq üçün təlim, məsləhət və texniki dəstək vermək səylərimizi davam etdiririk.
Türkiyənin əsas məqsədi Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləmək və bölgədə davamlı sülhə nail olmaq üçün səylərə rəhbərlik etməkdir” – deyə nazirliyin açıqlamasında bildirilir.
TAHİR