Cümə axşamı günü, 22 oktyabr 2026
     

Putin İrana hərbi müdafiə dəstəyindən imtina etdi...

Image


Abutalıb Səmədov: "İndi məlum olur ki, İranda 60% zənginləşdirilmiş 408 kq uran var"

Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib ki, biz bir dəfə iranlı dostlarımıza hava hücumundan müdafiə sahəsində işləməyi təklif etmişdik, lakin tərəfdaşlar o qədər də maraq göstərmədilər.

Görüşdə Tehranla bağlanmış strateji tərəfdaşlıq sazişinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin və ya silahlarının İrana verilməsi imkanını nəzərdə tutub-tutmaması ilə bağlı suala cavabında Putin deyib: “Qeyd etdiyiniz sazişə gəlincə, onda strateji tərəfdaşlıq haqqında, müdafiə sahəsi ilə bağlı heç bir maddə yoxdur. İranlı dostlarımız bunu tələb etmir də. Fərdi çatdırılmalara gəlincə, bəli, əlbəttə, biz bu çatdırılmaları bir neçə dəfə etmişik, lakin bu, heç bir halda bugünkü böhranla əlaqəli deyil”.

İndiki şəraitdə Putinin belə bir yanaşma sərgiləməsi nədən xəbər verir, bu o deməkdirmi ki, Moskva bu muharibədə Tehranın yanında durmaq istəmir? Rusiya bu böhranda İrana kömək edəcəkmi?

Baki-xeber.com-un sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq sazişi uzun müddət müzakirə edildi və hazırlıq xeyli vaxt apardı: "Dəfələrlə rəsmi şəxslər bəyan etdilər ki, tərəfdaşlıq sazişi üzərində iş gedir. Son nəticədə məlum oldu ki, İranla Rusiya arasında imzalanan strateji tərəfdaşlıq haqqında saziş Rusiya ilə Şimali Koreya arasında bağlanan müqavilədən kəskin şəkildə fərqlənir. Hərçənd, Ukraynaya qarşı müharibədə, Şimali Koreya qədər olmasa da, İran da Rusiyaya xeyli kömək göstərdi. Amma Rusiya ilə İran arasında bağlanmış müqavilədə açıq şəkildə yazılıb ki, tərəflərdən birinə qarşı hərbi təcavüz olarsa, İran və Rusiya təcavüzkarın yanında yer almayacaq. Gözlənilirdi ki, tərəflər sazişə birgə müdafiə haqqında bənd salsınlar - NATO nizamnaməsinin 5-ci, Rusiyanin Şimali Koreya ilə imzaladığı müqavilənin 3-cü maddəsi kimi. Bu maddələrdə açıq şəkildə yazılır ki, tərəflərdən biri hər hansı dövlətlə müharibə vəziyyətində olarsa, digər tərəf ona hərbi yardım göstərəcək. Ancaq İran və Rusiya arasında olan sazişdə yalnız o nəzərdə tutulurdu ki, əgər İran və ya Rusiya kiminləsə hərbi qarşıdurma vəziyyətində olsa, digər tərəf rəqibin yanında yer almayacaq. İndiki şəraitdə İsraillə İran arasında müharibə gedir, həmin müqaviləyə əsasən Rusiya İsrailin yaninda yer almamaq öhdəliyi götürüb, İrana isə yardım etmək öhdəliyi yoxdur. Putin deyir ki, İran bizdən hərbi yardım istəməyib. Lakin göz qabağındadır kı, İranın hava hücümundan müdafiə sistemi, demək olar ki, yox dərəcəsindədir. İsrailin malik olduğu F-35 təyyarələri azad şəkildə İran üzərində manevr edə bilirlər. Burada, təbii ki, F-35-lərin də üstünlüklərini qeyd etmək lazımdır. Onlar 5-ci nəsil qırıcı təyyarələrdir, bu nəsil təyyarələrin əsas üstünlüyü radarlara yaxalanmamalarıdır.

Əgər vaxtında Rusiyanın təklifləri İran tərəfindən qəbul edilsəydi və Rusiyanın S-400 və ya S-500 hava hücumlarından müdafiə sustemləri alınsaydı, İran indiki vəziyyətə düşməzdi. Bu qədər dağintı olmazdı, düşmən təyyarələri İranın hava məkanında azad manevr edə bilməzdi. Tramp da açıq şəkildə dedi ki, İranın hava məkanı bizim tam nəzarətimizdədir.

Nədən bu cür bənd müqaviləyə salınıb və bunu kim istəyib?

Çox güman, hər iki tərəfin istəyi bundan ibarət olub ki, bir-birinə hərbi yardım haqqında öhdəlik müqaviləyə salınmasın. Çünki İran güman etmirdi ki, İsrail onun nüvə obyektlərinə bu cür zəribələr endirə bilər. Bu səbəbdən də İran Rusiya-Ukrayna müharibəsinə qoşulmaq istəmədi. Çunki Qərb dövlətləri içərisində İranın ticarət tərəfdaşları var. Görünür, onları əlavə olaraq qıcıqlandırmaq istəmədi və ya sanksiyaların daha da ağırlaşacağından qorxdu. Rusiya da indiki şəraitdə İsrailin, xüsusilə də ABŞ-ın qarşısına çıxmaq istəməz. Bu səbəbdən Rusiya da belə bir bəndin müqaviləyə salınmasında maraqlı olub. Son nəticədə nə İran Rusiyadan yardım istəyir, nə də Rusiya İrana yardım göstərmək təşəbbüsündə bulunur.

Əslinə qalsa, Rusiya da elə durumda deyil ki, İrana yardım göstərə bilsin. Baxmayaraq ki, ağır-ağır olsa da Rusiya Ukraynada irəliləyir, yeni ərazilər işğal edir, amma Rusiyanın vəziyyəti kiməsə onun yardım etməsinə imkan vermir. Əgər belə bur imkanı olsaydı, indiyə qədər Ermənistandan aldığı 400 milyon dollar həcmində ona vəd etdiyi silahları verərdi. Rusiya bütün gücünu Ukrayna cəbhəsinə yönəldib, bu səbəbdən də İrana yardım barədə düşünmur və düşünə də bilməz.

Digər tərəfdən, Trampla Putinin yaxşı munasibətləri var. İndiki şəraitdə Trampın Putinə münasibəti kifayət qədər yaxşıdır. Putin də hələ ki, bu münasibətləri qorumağa çalışır. Təbii ki, Rusiyanın İrana yardım etməsi bu münasibətləri korlaya bilər. Bu da Rusiyanın maraqlarına qətiyyən cavab vermir. İran da, dünyanın aparıcı dövlətləri də yaxşı anlayır ki, bu müharibədə İrana heç kim yardım etməyəcək, heç kim İranin yanında dayanmaq istəməyəcək. Ola bilsin, hansısa proksi qüvvələr bu cəhdlərdə bulunar. Amma böyuk dövlətlərdən heç biri İranın yanında yer almayacaq. Çünki onlar da maraqlıdır ki, İranın nüvə silahı olmasın və ABŞ-ın təklif etdiyi planı qəbul eləsin. Burada elə ağir tələblər də yoxdur. İran dinc məqsədlərlə AES-lərdə və dərman peraparatlarının hazırlanmasinda zənginləşdirilmiş urandan istifadə edir. Bunun üçün AES-lərə 3,67%, dərman peraparatlarına isə 20% zənginləşdirilmiş urana lazımdır. Amma indi məlum olur ki, İranda 60% zənginləşdirilmiş 408 kq uran var. Sual olunur ki, əgər İran uranı dinc məqsədlər üçün istifadə etməyi nəzərdə tutursa, 60% zənginləşdirilmiş uran onun nəyinə gərəkdir? Bu cür addımlar İrana qarşı atom bombası yaratmaq cəhdinə şübhələr yaradır. Bunu nəzərə alaraq, ABŞ təklif edir ki, bölgədə ərəb dövlətləri və AEBA ilə birlikdə konsilium yaradılsın, bu konsilium İran ərazisindən kənarda uranın zənginləşdirilməsi ilə məşğul olsun və bölgə dövlətlərinin, o cümlədən də İranin zənginləşdirilmiş urana tələbatını ödəsin. Belə olduqda nəzarət də asandır. Amma Fordodakı qayaların altında yerləşən nüvə obyektini nəzarətdə saxlamaq çətin məsələdir. Eyni zamanda məlumdur ki, İsfahan yaxınlığındakı Nətənz şəhərində də nüvə zənginləşdirən zavod var. Bunların hər ikisini bağlamaq və bölgə dövlətləri ilə birlikdə İrandan kənarda lazım olan uranı zənginləşdirmək təklif olunur. Hesab edirəm ki, bu kifayət qədər ədalətli təklifdir və İran bu təklifi qəbul etsə, bu həm onun maraqlarına uyğun gələrdi, həm də bölgə dövlətlərinin və dünyanın təhlükəsizliyi üçün mühüm addım olardı. 60% zənginləşdirilmiş uranı isə İrandan çıxarmağa ehtiyac var. Bunu Rusiyaya və digər dövlətə verə bilər, əvəzində AES və ya dərman peraparatlarının istehsalı üçün lazım olan aşaği faizli zənginləşdirilmiş uran verilə bilər. Reallıq bundan ibarətdir və İran bu reallığı nə qədər tez qəbul etsə, həm özü, həm də dünya üçün bir o qədər yaxşı olacaq".

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ