"Azərbaycan, Kamboca və Suriya Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərirlər, lakin üzv olmaq üçün dəqiq meyarlar var və onlara riayət etmək lazımdır". Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Federasiyası (RF) prezidentinin müşaviri, RF-nin ŞƏT və BRİKS-də nümayəndəliyinin hazırlanması və təmini üzrə təşkilat komitəsinin məsul katibi Anton Kobyakov deyib.