Cümə günü, 27 noyabr 2026
     

Türkiyə iyulun 3-də Suriyaya qoşun yeridə bilər

Image


Türkiyə-Suriya sərhədində yaşanan proseslər terrorçu qruplar üzündən bu iki ölkənin münaqişə vəziyyətinə gələcəyini istisna etmir. Lakin məsələnin maraq doğuran tərəfi həm də Suriyada toqquşan geosiyasi maraqlardır. Hazırda Türkiyənin terrorçu qrupları və separatçı kürdləri zərərsizləşdirmək üçün Suriyaya mümkün müdaxiləsinə qarşı ABŞ, İran, Rusiya kimi ölkələr çıxır.
Hətta "Wikileaks" saytı tərəfindən dərc olunan yeni sənədlərdən biri Suriyaya müdaxilə olacağı halda İranın Türkiyəni vurmaqla təhdid etdiyini ortaya çıxarıb. Deyilənə görə, İranın Ankaraya göndərdiyi nümayəndə Türkiyənin hava bazalarından Suriyanın vurulması üçün istifadə ediləcəyi halda Türkiyənin İran raketlərinin hədəfi olacağını bildirib.
İŞİD terror qruplaşması və kürdlər də Türkiyə əleyhinə fəaliyyət göstərir. Bununla belə, İngiltərənin "Deyli Teleqraf" qəzeti yazır ki, Türkiyə iyulun 3-də Suriyaya qoşun yeridəcək. Qəzet prezident Rəcəb Tayyib Ərdoğanın bununla Türkiyə sərhədlərində kürd dövlətinin yaranmasının qarşısını almağı planlaşdırdığını yazıb: "Türkiyə İŞİD-i və kürdləri dayandırmaq üçün Suriyaya müdaxilə etməyə hazırlaşır. Suriyaya hərbi müdaxilə cümə günü gerçəkləşə bilər". Artıq Türkiyə, təhlükəsizliyi İŞİD-çilər və ya Suriya kürdləri tərəfindən təhdid edildiyi təqdirdə, hədələrə cavab veriləcəyi barədə xəbərdarlıqla çıxış edib. Bununla bağlı Təhlükəsizlik Şurasının iclasında Suriyada kürdlərə ərəblərdən artıq üstünlük verildiyi, müharibənin demoqrafik dəyişikliyə yol açdığı barədə narahatlıq dilə gətirilib. Bu şəraitdə Ərdoğan Suriyanın şimal sərhədlərində kürd dövləti yaradılmasına yol verməyəcəyini bildirib: "Bütün dünyaya bildirmək istəyirəm ki, cənub sərhədlərimizdə bir dövlət yaradılmasına imkan verməyəcəm. Biz mübarizəmizi, nəyin bahasına olursa olsun, davam etdirəcəyik". Bu şəraitdə Türkiyə mediası 18 min əsgərin yerləşdiriləcəyi 100 kilometr uzunluğunda və 30 kilometr enində bufer zona yaradılması planlarından yazır.
Milli Təhlükəsizlik Şurasının bəyanatında isə Suriya ilə cənub sərhədlərdə vəziyyət nəzərdən keçirilir, regiondakı mülki əhalinin hədəfə alınmasından narahatlıq ifadə olunur. Türkiyənin müxalif partiyası olan CHP-nin lideri Kamal Kılıcdaroğlu AKP-ni xarici siyasəti daxili məsələyə çevirməkdə günahlandırıb. O deyib ki, AKP Türkiyəni macəraya sürükləyir":Bu isə Türkiyəyə olduqca baha başa gələ bilər. Bu siyasətin ta əvvəldən səhv olduğunu israrla dilə gətirən yeganə lider mənəm. Yanlışlıqları örtmək üçün məni və partiyamı günahlandırmağı çıxış yolu bildilər. Bu gün Türkiyə onların yürütdüyü siyasət üzündən Yaxın Şərqin ağır hesabını ödəyir. Cilvəgözü, Reyhanlı və Niğ hücumları bu bədəllərin terror bölümləridir. Ölkələrini tərk etmək məcburiyyətində qalan suriyalıların da Türkiyədə ödədikləri ağır hesablar var. Məsələ ilə bağlı ilk növbədə baş nazir danışmalıdır. Bu gün bir ölkədə öncə prezident, sonra baş nazir danışırsa, deməli, idarəçilikdə problem var".
Yuxarıda qeyd olunduğu kimi, İŞİD terror qruplaşması və kürdlər də Türkiyənin mümkün hərbi müdaxiləsinə qarşıdır. Belə ki, Suriyanın şimalına hərbi müdaxilə planlarını müzakirə edən Türkiyəyə PKK terror təşkilatından sonra növbəti xəbərdarlıq təşkilatın Suriya qolu PYD-dən gəlib. PYD-nin həmsədri Saleh Müslim Türkiyənin Suriyaya ancaq NATO-nun qərarı ilə girə biləcəyini bildirib: "Böyük dövlətlərin səlahiyyətliləri ilə danışdıq. Onların sözlərinə görə, bu sərhəd yalnız Türkiyə-Suriya deyil, həm də NATO-Suriya sərhədidir. Açıq şəkildə söylədilər ki, sərhəd xaricindəki hərbi əməliyyatlar üçün NATO-nun qərarı tələb olunur. NATO-nun qərarı olsa, çox şey dəyişər". O, kürd bölgəsini qorumaq üçün İŞİD və digər güclərə göstərdiyi müqaviməti Türkiyə ordusuna da göstərəcəyini dilə gətirib. Suriyanın şimalında Aralıq dənizinə çıxışı olan kürd dövlətinin qurulması iddialarına gəlincə, PYD həmsədri iddiaları təkzib edib və belə bir planlarının olmadığını vurğulayıb. Xatırladaq ki, PKK terror təşkilatının Kandildəki rəhbərlərindən olan Murad Karayılan Suriyaya hərbi müdaxilə olacağı halda Türkiyəni müharibə meydanına çevirəcəklərini söyləyib.
Türkiyənin "Haber7" saytının yazarı Taha Dağlı isə vəziyyətin fərqli olduğunu yazır və Suriya torpaqlarında Türkiyə sərhədlərinə doğru irəliləyişini davam etdirən PYD terror təşkilatının arxasında müəyyən güclərin dayandığını bildirir: "PKK-nın Suriyadakı qolu PYD və onun silahlı qanadı YPG Kobanidə, Tel-Abyadda və Hasekedə əvvəlcə İŞİD düşməni, daha sonra isə bəziləri tərəfindən Türkiyənin başına bəla edilir. 2011-ci ilin martında Suriyada vətəndaş müharibəsi başlananda Əsəd o günə qədər adam yerinə qoymadığı, şəxsiyyət vəsiqəsi belə vermədiyi kürdlərə ölkənin şimal bölgələrini verdi. Kürdlər deyərkən, həmin ərazilərə PKK-nın Suriya qolu olan PYD buraxıldı". Onun sözlərinə görə, məhz həmin vaxtdan başlayaraq, YPG öz sıralarında olmayan kürd qrupları təmizləməyə, Əsəd rejiminə müxalif olan kürd liderləri öldürməyə başladı: "İŞİD-in ortaya çıxması isə PYD-in lokal fəaliyyətini beynəlxalq müstəviyə daşıdı. İŞİD Əsəd rejimini necə qanuniləşdirdisə, PYD də Qərbin gözündə etibarlı tərəfdaşa çevrildi. Ötən il Kobani döyüşlərində almanların PYD-yə xüsusi həssaslığını görmüşdük. İndi həmin maraq amerikalılarda var".
Bütün bunlar Suriyada geosiyasi rəqabətin də kəskin olacağını göstərir.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ