Cümə günü, 27 noyabr 2026
     

Moskva Baltikyanı ölkələrə qarşı "Ukrayna ssenarisi"ni işə saldı

Image


Daha üç postsovet ölkəsi işğal hədəsi altında...

Rusiya ilə Qərb ölkələri arasında davam edən qarşıdurmanın getdikcə kəskinləşməsi bəzi postsovet ölkələri üçün də ciddi təhdid yaradır. Belə görünür ki, Moskva Ukraynadan sonra bir vaxtlar SSRİ-nin tərkibində yer alan müəyyən dövlətlərə qarşı da güc amilini işə sala bilər. Artıq məlumdur ki, Rusiyanın Ukraynadan sonra Baltikyanı respublikalara qarşı hibrid müharibə taktikasını işə salması bu ölkələrdə ciddi xof və panika yaradıb.
Elə Baltik ölkələrində də əhali NATO-nun onları Rusiyadan qoruya bilməyəcəyindən getdikcə daha çox narahat olur. Latviyanın beynəlxalq araşdırmalar Mərkəzinin direktoru Qundo Reyre yerli mediaya müsahibəsində deyib ki, hazırda ölkədə Rusiyanın hibrid müharibə taktikasının bir çox komponentləri işə salınıb. Onun dediyinə görə, siyasi komponent açıq-aydın görünür və kifayət qədər böyükdür. Vəziyyətdən narahat olan ABŞ Müdafiə Nazirliyi isə Şərqi Avropanın bir neçə ölkəsində və Baltikyanı ölkələrdə döyüş tankları, piyada döyüş maşınları və digər ağır texnikanı yerləşdirməyə başlayıb. Yaxın perspektivdə bu ölkələrdə yerləşdiriləcək amerikalı hərbçilərin sayı 5 minə qədər olacaq. "The New York Times" qəzetinin yazdığına görə, Pentaqonun hazırkı planları bunlardır: Litva, Latviya və Estoniyanın hər birində bir bölük, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstanda isə bir batalyon üçün hərbi texnikanın yerləşdirilməsi. Amma belə görünür ki, Moskva geri çəkilmək niyyətində deyil. Əksinə, Baltikyanı ölkələrin işğalı üçün Moskva hüquqi baza hazırlayır. Hər halda, Rusiya Baş Prokurorluğunun Dövlət Dumasının hakim "Vahid Rusiya" fraksiyasından olan üzvlərinin SSRİ Dövlət Şurasının Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair qərarının "vətənə xəyanət" kimi qiymətləndirilməsinə dair müraciəti əsasında araşdırma başlatması bu qənaətə gəlməyə əsas verir. Xatırladaq ki, "Vahid Rusiya" fraksiyasından olan deputatlar bir neçə həftə əvvəl baş prokuror Yuri Çaykaya müraciət edərək, 1991-ci ildə SSRİ Dövlət Şurasının yaradılmasına və legitimliyinə hüquqi qiymət verməyə çağırıblar. Müraciətə əsasən, Mixail Qorbaçovun başçılığı ilə yaradılan qeyri-konstitusion hakimiyyət orqanı ölkənin suverenliyinə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə dağıdıcı zərbə vurub. Yuri Çaykaya göndərilən müraciətdə bildirilir ki, 1991-ci ildə o vaxtkı SSRİ konstitusiyasına müvafiq dəyişikliklər edilmədən yeni dövlət orqanı - Dövlət Şurası yaradılıb. Həmin orqanın qərarı əsasında Litva, Latviya və Estoniyanın müstəqilliyi tanınıb: "Bu qərar SSRİ-nin strateji əhəmiyyətli ərazisinin ondan ayrılmasına, dəniz limanlarının və akvatoriyasının itirilməsinə, ölkənin vahid müdafiə məkanının dağıdılmasına, Baltikyanı respublikalarla iqtisadi əlaqələrin pozulmasına səbəb olub".
Deputatlar bildirir ki, SSRİ Dövlət Şurasının bir sıra addımları və hərəkətləri ölkənin suverenliyinə, ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə sarsıdıcı zərbə vurub. Bu səbəbdən şuraya daxil olan şəxslərin əməlləri vətənə xəyanət kimi qiymətləndirilməli və onların barəsində cinayət işi qaldırılmalıdır. Çünki bu cür cinayətlərdə vaxt məhdudiyyəti yoxdur. SSRİ Dövlət Şurası SSRİ-nin "Keçid dövründə SSRİ-nin idarə edilməsi və dövlət hakimiyyəti orqanları" haqqında 1991-ci il sentyabrın 5-də qəbul edilmiş qanunu əsasında yaradılıb. Bu orqan SSRİ Konstitusiyasında nəzərdə tutulmamışdı. Qanuna əsasən, Dövlət Şurası ittifaqa daxil olan respublikaların ümumi maraqlarına aid olan, onların xarici və daxili siyasi məsələlərini əhatə edən qərarlar qəbul etməli idi.
Məsələ ilə bağlı verilən məlumata əsasən, Rusiya Baş Prokurorluğundakı mənbə deyib ki, deputatların müraciətində göstərildiyi kimi, Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair qərar qeyri-konstitusion hakimiyyət orqanı tərəfindən qəbul edilib. Mənbənin bildirdiyinə görə, prokurorluğun bu müraciətə cavabı Krımın Ukraynanın tərkibinə verilməsinə dair 1954-cü ildə qəbul edilmiş qərarın qanuniliyinin yoxlanmasına dair sorğuya verilmiş cavab kimi olacaq. Rusiya Baş Prokurorluğu artıq Krımın Ukraynaya birləşdirilməsinə dair Xruşşovun qərarını qanunsuz elan edib. Bu isə Baltikyanı ölkələr haqda da analoji qərarın çıxarılmasını istisna etmir. Belə vəziyyətdə Kreml yenidən həmin ölkələri Rusiyaya ilhaq etmək barədə düşünə bilər və əslində, Moskvanın siyasəti də buna hesablanıb.
Latviya Seyminin sədri İnara Murniyetse bildirir ki, indiki durumda Moskvanın təcrid edilməsi vacibdir: "Rusiya Ukraynaya qarşı savaşı davam etdirsə, onu təcrid edəcək əlavə tədbirlər görməliyik". Onun sözlərinə görə, bu situasiyadan qalib çıxmaq üçün Avropa Birliyi və ABŞ-ın fəaliyyəti kifayət qədər effektli olmalıdır. Murniyetse Rusiyanın strateji tərəfdaşdan strateji problemə çevrildiyini bildirib. Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus isə bildirir ki, sanksiyalar yalnız Rusiyaya təsir göstərmək vasitələrindən biridir. Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı siyasi təcrid variantından da yararlanmalıdır: "Mən bütün əlaqələrin kəsilməsini nəzərdə tutmuram. Doğrudur, bu münasibətlərdən bəzilərini saxlamalıyıq. Amma istənilən halda, Litva öz ərazisində ABŞ-ın daha geniş miqyasda qalmasını istəyir".
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 17:14
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ