Məlumatda qeyd olunur ki, Qaziantep vilayətinə 32-dən çox tank göndərilib.
Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğ isə deyir ki, Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyada təhlükəsizlik zonası yaratmaq üçün ölkəyə daxil ola bilər, lakin ölkə ərazisini tərk edə bilməz.
O bildirib ki, Suriyanın İraq olmadığını nəzərə almaq lazımdır: "Ölkə ərazisində "Əl-Qaidə”dən tutmuş İŞİD-ə kimi müxtəlif qruplaşmalar döyüşür”.