Cümə günü, 27 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ermənistan "rəngli inqilab" mərhələsinə girdi
Tarix: 25.06.2015 / 03:25
Bölmə: Siyasət
İrəvanın indiki son dərəcə ağır durumu barədə Rusiyadan daha obyektiv açıqlamalar yayılır
İrəvanda srağagün səhər saatlarında etiraz aksiyasının dağıdılmasına baxmayaraq, aksiyalar yenidən başlayıb. Baki-xeber.com xəbər verir ki, yeni aksiyada çıxış edənlər mübarizəni sonadək davam etdirmək əzmində olduqlarını bildiriblər və vətəndaşları itaətsizlik aksiyasına başlamağa çağırıblar.
İrəvanda son bir neçə aydır gündəmdə olan elektrik enerjisinin bahalaşmasına etiraz məqsədilə davam edən nümayişlər srağagün daha da güclənərək polislə qarşıdurmaya çevrilib.
Bahalaşmadan imtina edilməsi üçün Prezident Sarayının olduğu yolu bağlayan və giriş-çıxışlara maneə törədən minlərlə etirazçıya səhər saatlarında polis müdaxilə edib. Təzyiqli su və rezin dəyənəklərlə kütlənin üzərinə gedən polis 250-dən çox aktivisti saxlayıb. Aksiyanın təşkilatçısı "Talana yox" hərəkatının üzvləridir. Qarşıdurmalarda çox sayda yaralının olduğu xəbər verilir.
Dünyanın mətbuat orqanları İrəvanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı kütləvi etiraz aksiyalarının keçirilməsinə geniş yer veriblər. Böyük Britaniyanın BBC saytı yazır ki, İrəvanda ən azı 6000 etirazçı prezident iqamətgahına doğru yürüş keçirməyə cəhd edib.
"New York Times" isə xatırladır ki, İrəvanda ardıcıl iki gecədir etiraz aksiyaları davam edir, 200-dən çox etirazçı saxlanıb. AFP qeyd edir ki, İrəvanın Azadlıq meydanı etirazçılarla doludur, onlar "rüsvayçılıq" deyə qışqırırlar.
"Wall Street Жournal" qəzeti də etirazçıların prezident iqamətgahı yaxınlığında toplaşdığını yazır. Onlar iqtisadi çətinliklərdən narazıdırlar.
Etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulur. İki gün əvvəl Vanadzor və Gümrü şəhərlərində oturaq etiraz aksiyasının keçirildiyi məlum olub. Dünən də "Oğurluğa yox!" təşəbbüs qrupunun təşkilatçılığı ilə mitinqin keçirildiyi deyilir.
Etiraz aksiyasına Los-Anceles, Strasburq, Fransa və Almaniyanın bir neçə şəhəri daxil olmaqla, xaricdə fəaliyyət göstərən erməni icmaları da qoşulub.
Ermənistan polisi rəisinin müavini Unan Poqosyan deyir ki, İrəvanda keçirilən etiraz aksiyası iştirakçılarında soyuq silah aşkarlanıb(APA). Onun sözlərinə görə, polis sadə vətəndaşların görmədiyi işlər görür. "Dünən aparılmış işlər nəticəsində vətəndaşlarda xeyli sayda bıçaq və biz aşkarlanıb. Onlardan polis əməkdaşlarına qarşı istifadə oluna bilərdi", - deyə o vurğulayıb.
Ancaq bütün bunlara baxmayaraq, Ermənistanın İctimai xidmətlərin tənzimləməsi üzrə dövlət komissiyası avqustun 1-dən ölkədə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı daha əvvəl qəbul etdiyi qərara yenidən baxmayacaq. "APA-Economics"in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə komissiyanın mətbuat katibi Mariam Stepanyan bildirib. Onun sözlərinə görə, komissiya, əhalinin kütləvi narazılığına və etiraz aksiyaları keçirməsinə baxmayaraq, öz qərarını dəyişmək niyyətində deyil.
"Biz korrektəyə ehtiyacı olan qərar qəbul etməmişik", - deyə M.Stepanyan bildirib. O əlavə edib ki, təmsil etdiyi qurum uzunmüddətli müzakirələr nəticəsində iqtisadi baxımdan əsaslandırılmış qərarlar qəbul edən müstəqil orqandır: "Məsələnin sosial tərəfi bizə aid deyil. İqtisadi balansı qorumaq lazımdır. Yəni etibarlı və keyfiyyətə xidmətə görə həmin miqdarda ödəniş etmək lazımdır".
Rusiya "İnter RAO" ASC-yə məxsus "Ermənistan Elektrik Xətləri" QSC-dən isə bildiriblər ki, şirkət elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı müraciətini geri çağırmaq niyyətində deyil.
Xatırladaq ki, İctimai xidmətlərin tənzimləməsi üzrə dövlət komissiyası iyunun 17-də Ermənistanda elektrik enerjisinə ikiqat artımla yeni tarifi təsdiqləyib. Elektrik enerjisinin gündüz tarifi 16,65%, gecə tarifi isə 21,8% artıb. Mütləq ölçüdə hər iki tarif eyni səviyyədə bahalaşıb - 1 KV/saat üçün 6,93 dram.
Bu arada ABŞ-ın Ermənistandakı səfirliyi söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa çağırıb (Trend). Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir: "İyunun 23-də etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsi, həmçinin polis şöbələrindən zorakılıqla bağlı yayılan məlumatlar bizi çox narahat edir. Bundan başqa, əməliyyat zamanı jurnalistlər və onların texnikalarının əsas hədəf seçilməsi də bizi narahat edir. Ermənistan hökuməti polis tərəfindən qeyri-adekvat güc tətbiq edilməsi ilə bağlı tam və şəffaf araşdırma aparmalıdır".
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks də iyunun 23-də İrəvanda keçirilən dinc aksiyada etirazçıların dağıdılması zamanı polisin güc tətbiq etməsi ilə bağlı narahatlığını bildirib. O deyib ki, mətbuat nümayəndələrinin təhlükəsiz və azad mühitdə işləmək imkanı olmalıdır. N.Muyjnieks Ermənistan hökumətini söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa, etirazçıların dağıdılması və həbsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yol verilən zorakılıq halları ilə bağlı araşdırma aparmağa çağırıb.
Ermənistanda son günlər başlayan "işıqpulu" qiyamını şərh edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçov bildirir ki, Ermənistandakı iğtişaşlarda "rəngli inqilab"ın əlamətləri görünür (Trend). O bildirir ki, hazırda iğtişaşlar sosial-iqtisadi vəziyyətdən narazı olan insanların münaqişəsi formasında davam edir: "Bununla belə, bütün "rəngli inqilablar" bu ssenari üzrə inkişaf edib".
Siyasi ekspert, "YevrAzEs" İnstitutunun analitiki Nadana Fridrixson isə deyir ki, Ermənistandakı etiraz aksiyaları ermənilərin əksəriyyətinin əhval-ruhiyyəsini əks etdirir. Burada ABŞ Dövlət Departamentinin "əli"ni axtarmağa, onlardan şübhələnməyə gərək yoxdur(APA).
O bildirib ki, hazırda Ermənistanda dəhşətli işsizlik hökm sürür: "Ölkədə orta aylıq əməkhaqqı 300 dollara yaxındır. Bu ilin martında Ermənistanda işsizliyin səviyyəsi keçən ilin mart ayı ilə müqayisədə 21 faiz artıb. Aylıq 60 dollar alan təqaüdçülər yoxsulluq içində yaşayır. Onlardan çoxu mağazalara sərgilərə getdikləri kimi gedir, ərzaqlara baxıb, toxunub, daha sonra mağazadan çıxırlar. Keçən ilin yay aylarından təqaüdçülər arasında intihar hallarının sayı artmağa başlayıb".
N.Fridrixson Ermənistandakı mövcud vəziyyətin Rusiyanın da imicinə təsir etdiyini söyləyib "Sarkisyan Avrasiya İqtisadi Birliyinə daxil olarkən vətəndaşlarına yaxşı həyat vəd etmişdi. Faktiki olaraq, İrəvan Moskvadan qalxan kimi istifadə edir. İrəvan öz vətəndaşlarının problemini həll etmək iqtidarında deyil. Rusiyanı iqtisadi böhran vuran kimi Ermənistanda vəziyyət daha da pisləşdi. İnhisarçı oliqarxlar ərzağın qiymətlərini artırdılar. Təəssüflər olsun ki, İrəvanda açıq tiraniya elementlərini müşahidə edirik. Ümid etmək istəyirik ki, Rusiya siyasətçiləri kuluarlarda erməni həmkarlarına konfliktin həll edilməsinin lazım olduğunu izah edəcəklər. Əhalini sıxmaq deyil, sosial-iqtisadi fəlakətin qarşısını almaq lazımdır".
DİGƏR XƏBƏRLƏR
Tarix: 27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
Tarix: 27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
Tarix: 27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
Tarix: 27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
Tarix: 27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
Tarix: 27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
Tarix: 27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
Tarix: 27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
Tarix: 27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
Tarix: 27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
Tarix: 27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
Tarix: 27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı”
- Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?
26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır
- Əliyevin Konqresə müraciəti...
26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab
- Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...
26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir
26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb
26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı
26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...
26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ