Cümə günü, 27 noyabr 2026
     

Rusiya-ABŞ mübarizəsində "Texas separatizmi kartı"...

Image


"Sibirin Rusiyaya aid olması ədalətsizlik olur, Texasın Meksikadan qoparılması ədalətli olur?"

İki super hərbi gücə malik ölkə çıxılmaz dalanın bir addımlığına yaxınlaşır

Hərbi güc baxımından dünyanın iki lider dövləti olan ABŞ və Rusiya arasında yaşanan qarşıdurma getdikcə daha da dərinləşməkdədir. Hazırda müşahidə olunan əsas tendensiya ondan ibarətdir ki, tərəflər bir-birinə yaxın ərazilərdə Hərbi güclərini artırmaqla məşğuldur. Artıq məlumat verildiyi kimi, ABŞ Rusiya sərhədlərinə yaxın ərazilərə ordu qüvvələri cəmləşdirir.
Moskva isə, öz növbəsində, Amerika qitəsində özünə müttəfiq hesab etdiyi ölkələrlə hərbi əməkdaşlığını dərinləşdirir. Lakin bu məsələdə əsas üstünlük hələlik Rusiya tərəfindədir.
Məhz belə bir vaxtda Birləşmiş Ştatlar NATO müttəfiqlərini Rusiya və terrorçu qruplardan gələn təhlükələrdən müdafiə edəcəyinə əmin edərək, Baltikyanı ölkələr də daxil olmaqla, altı ölkədə 250 ədəd tank və başqa ağır hərbi texnika yerləşdirməyi planlaşdırır. Məsələ ilə bağlı Estoniya paytaxtında danışan ABŞ müdafiə naziri Eşton Karter deyib ki, Baltikyanı ölkələr olan Estoniya, Litva və Latviya, eləcə də Bolqarıstan, Rumıniya və Polşa bu hərbi avadanlığı qəbul etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, hərbi texnika təlim və hərbi manevrlər məqsədilə regionda bir yerdən başqa yerə aparılacaq.
Xatırladaq ki, Rusiyanın keçən il Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra NATO liderləri Şərqi Avropada NATO müttəfiqləri vasitəsilə hərbi təlimlər və rotasiyaların artırılması haqda razılıq əldə edib. Hərbi texnikanın yerləşdirilməsinin detallarını açıqlamayan Eşton Karter bildirib ki, texnikanın yerləşdirilməsi Avropa qüvvələrinə təlimlərin daha da genişləndirilməsi və onların mobil qabiliyyətinin artırılması məqsədi daşıyır. O deyib ki, ABŞ-ın mövcudluğu daimi, lakin mobil olacaq":Bizə Rusiya ilə soyuq, üstəlik qaynaq müharibə gərək deyil. Rusiyadan düşmən düzəltməyə can atmırıq. Lakin əmin olun: biz öz müttəfiqlərimizi müdafiə edəcəyik və Rusiyanın sovet təsir zonasına qayıtmasına imkan verməyəcəyik".
Lakin Rusiya xəbərdarlıq edib ki, ABŞ-ın Baltik ölkələrində və Polşada, digər Şərqi Avropa ölkələrində hərbi texnika və canlı qüvvə yerləşdirməsi soyuq müharibənin başa çatmasından bəri ən aqressiv addımdır və bu addım cavabsız qalmayacaq.
Qərb analitikləri indiki gedişlə Rusiyanın dayandırılmasını mümkünsüz sayır. Amerikalı politoloq Ron Pol isə qeyd edir: "Rusiya öz maraqlarını müdafiə etmək üçün çalışanda ABŞ yaramaz uşaq kimi davranır. Onun sözlərinə görə, ABŞ dünyanın birqütblü olmadığını bilməlidir":Dünyada Rusiya və Çin kimi nəhəng ölkələr var. Amerika Birləşmiş Ştatları Rusiyaya təzyiq göstərməklə öz məzarını qazır". ABŞ-ın "Politico" nəşri isə yazır ki, Vaşinqtondan qisas almaq üçün Rusiya hakimiyyəti ABŞ-ın Texas ştatında separatçıları dəstəkləyir. "Politico" nəşri iddiasını əsaslandırmaq üçün Rusiya prezidenti Vladimir Putinin 18 dekabr 2014-cü ildə mətbuat konfransında dediyi sözləri sitat gətirib: "Biz Qərbdə rəsmi şəxslərdən eşidirik ki, Sibirin Rusiyaya aid olması ədalətsizdir. Amma Texas Meksikadan qoparılıb. Bu ədalətlidirmi?". "Politico" həmçinin qeyd edir ki, Kreml Krımın ilhaqından sonra Qərbdə separatizm əhval-ruhiyyələrini fəal şəkildə dəstəkləyir, Rusiya KİV-i Venesiya, Şotlandiya və Kataloniyada baş verənləri həvəslə işıqlandırır.
Nəşr, həmçinin, Çeçenistan Respublikası parlamentinin spikeri Dukuvaxa Əbdürrəhmanovun bəyanatını xatırladıb. Əbdürrəhmanov bu ilin yazında xəbərdarlıq edib ki, ABŞ Ukraynaya silah çatdırmağa başlasa, Rusiya Meksikanı yeni silahlarla təchiz edəcək. Çeçen siyasətçinin sözlərinə görə, ABŞ tərəfindən zəbt edilmiş Kaliforniya, Nyu-Meksika, Arizona, Nevada, Yuta və Kolorado ştatlarının statusu haqqında müzakirələr yenilənə bilər. Qeyd edək ki, Texas ABŞ-ın tərkibinə daxil olan yeganə suveren ştatdır. Birləşmənin əsas şərtlərindən birinə görə, Texas arzuladığı vaxt ABŞ-ın tərkibindən çıxa bilər. Moskva bu amili nəzərdən qaçırmır.
Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Rusiya ABŞ sərhədlərində yerləşən bəzi ölkələrlə hərbi müstəvidə əlaqələrini genişləndirir. Kreml Avropada da mövqelərini uduzmaq istəmir. Xüsusən də keçmiş sovet təsir zonalarında. Bu səbəbdəndir ki, indi rusların sualtı qayıqları və nüvə bombardmançıları, qırıcıları və kəşfiyyatçıları tez-tez Şərqi Avropa ölkələrinin sərhədlərində peyda olur.
Digər tərəfdən, NATO-nun Baltik ölkələrini qurudan müdafiə etməsi elə də asan deyil. Estoniya, Latviya və Litvada bütün region Rusiyanın hava hücumundan müdafiə vasitələrinin təsir zonasındadır.
Rusiya Baltik regionu üzərində uçuşa qadağan zonası elan etsə, mümkün böhran zamanı NATO-nun bu respublikalara kömək etmək üçün çox az variantı qalacaq.
Məsələni Baltikyanı ölkələr də aydın müşahidə edir və Rusiyaya qarşı daha sərt addımların atılmasının vacibliyi vurğulanır. Litvanın xarici işlər naziri Linas Linkyaviçyus qeyd edir ki, sanksiyalar Rusiyaya təsir vasitələrindən yalnız biridir. Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı siyasi təcrid variantından da yararlanmalıdır: "Mən bütün əlaqələrin kəsilməsini nəzərdə tutmuram. Doğrudur, bu münasibətlərdən bəzilərini saxlamalıyıq. Amma istənilən halda Litva öz ərazisində ABŞ-ın daha geniş miqyasda qalmasını istəyir". Eyni mövqedən digər Baltikyanı ölkələr də çıxış edir. Bu isə Moskva ilə Vaşinqton arasında qarşıdurmanı daha da dərinləşdirir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ