Cümə günü, 27 noyabr 2026
     

AŞPA-dan beynəlxalq hüquqa hörmətsizlik və ikili standartlar...

Image


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-də keçirilən yay sessiyasında qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Tadeuş İvinski tərəfindən "Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə müzakirəyə çıxarıldı.

Qətnamə Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən hazırlanmış hesabat əsasında tərtib edilmişdi. Hesabat Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkilərindən öncə ölkədəki demokratik təsisatların fəaliyyətinin öyrənilməsi və AŞ PA-nın 2013-cü ildə Azərbaycan üzrə qəbul etdiyi tövsiyələrinin yerinə yetirilməsi ilə əlaqədar hazırlanmışdı.

Qətnamədə Azərbaycanın mürəkkəb geosiyasi vəziyyətdə Avropa İttifaqı, Türkiyə, İran və digər Xəzəryanı dövlətlər, o cümlədən Rusiya və ABŞ-la münasibətlərini tarazlaşdırmağa çalışdığı, müstəqil və diversifikasiya olunmuş xarici siyasət yürütdüyü qeyd olunur. Bundan sonra isə demokratikləşdirmə, seçki qanunvericiliyi və insan hüquqları sahəsində Avropa Şurasının irəli sürdüyü tövsiyələrin həyata keçirilməsi məsələlərinə toxunulur.

Dünən APA Agentliyi də AŞPA-dakı müzakirələri online işıqlandıraraq, bu qətnamə və onun ətrafında aparılan müzakirələr barədə ətraflı xəbər yaydı. Lakin hadisənin özünün və qətnaməyə düzəliş üçün edilən təkliflər diqqətçəkən idi.

Əvvəla, qətnamə məhz Avropa Oyunlarının Azərbaycanda keçirildiyi dövrdə müzakirəyə çıxarıldı.

İkincisi, qətnamədə məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olan hissədə mahiyyətin təhrif edilməsi ilə bağlı düzəliş təklif olundu.

Oyunlarının Azərbaycanda keçirilməsi ilə ərəfəsində və oyunlar gedən müddətdə onsuz da Azərbaycanla bağlı ən müxtəlif mövzularda "dinləmələr” keçirildi. Bu "dinləmələrin” əksəriyyətində eyni üzlər, eyni tezisləri dəfələrlə səsləndirdilər. İyunun 11-də Avropa Parlamentində, iyunun 12-də Almaniya Bundestaqında Azərbaycanla bağlı qəbul olunmuş qətnamələrin hamısı eyni tezisə, eyni qərəzə söykənirdi. Avropa Şurasının "Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı qətnaməsi də həmin xronologiyanın davamı idi. Zatən, Avropa Oyunları ilə bağlı məşhur "Kerri planı” barədəki araşdırmamızda bu barədə geniş və təfsilatlı yazmışdıq. Budur, Oyunların bitməsinə bir neçə gün qalır. İfşa olunmuş plandakı bütün addımlar atılıb, Azərbaycana qarşı total qarayaxma kampaniyası həyata keçirilib və davam etdirilir.

Əsas məsələ-işğal faktı

Azərbaycan üzrə AŞPA-nın əvvəlki analoji qətnamələrində "Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsi öz əksini tapsa da, budəfəki qətnamədə "Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayon ifadələri” çıxarıldı, bu "Dağlıq Qarabağ münaqişəsi”ifadəsi ilə əvəzləndi.

Diqqət çəkən bu dəyişikliyin edilməsi barədə AŞPA Monitorinq Komitəsi qarşısında təkliflə çıxış edənlərin siyahısıdı. Diqqət edin: Peter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qross, Röne Ruke və erməni deputat Hovannisyan Arpin.

Andreas Qross, Röne Ruke, Peter Omtzigtin və erməni Arpin Hovannisyanın adlarının bu siyahıda olması yəqin ki vəziyyətdən hali olanları heç təəccübləndirmədi. Andreas Qross Azərbaycanın Avropa Şurasına üzvlüyünün ilk illərində qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub. Elə həmin illərdə Azərbaycandan çox Ermənistanın və ermənilərin mövqeyini müdafiə edən Qrossun islamofob mövqeyi ilə də seçilib. Azərbaycanda olmuş, yerli şəraiti bilən, Azərbaycan torpağının Ermənistan tərəfindən işğal edildiyini öz gözləri ilə görən, bu işğalın qurbanları olan qaçqınlarla görüşən şəxs belə bir təkliflə çıxış edir. Onun digər məsələlərdə də nə qədər "obyektiv” olduğu artıq təkcə bu faktdan görünür. Bu təkcə hakimiyyətə deyil, daha çox Azərbaycana və azərbaycanlılara nifrət deyil, bəs nədir?

Təklif müəlliflərindən olan Peter Omtzigtın da adı məşhurdur. Bu, islamafobiyanın güclü olduğu Hollandiyada "Xristian-Demokrat Müraciəti” partiyasının üzvü olan, müsəlmanlara qarşı həqarətli fikirləri ilə fərqlənən həmin o Omtzigtindir.

Röne Ruke də Azərbaycanın işğal altında olan torpaqlarına rəsmi Bakının icazəsi olmadan səfər etmiş şəxsdir. Hətta fransız həmkarları belə onun Fransadakı erməni diasporunun "xorunda oxuduğunu” lağ obyektinə çeviriblər. Və belə bir dəstə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktının qətnamədən çıxarılması üçün təklif edir, təklif isə Assambleyada keçir.

Baxmayaraq ki, Azərbaycan üzrə həmməruzəçi Pedro Agramunt ölkələrin ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayır, polşalı həmməruzəçi Tadeuş İvinski isə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib:"Bu bizim xoşumuza gəlsə də, gəlməsə də, biz bu işğal faktını qeyd etməliyik".

T. İvinski eləcə də bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini təsdiqləyən qərar qəbul etdiyini xatırladıb.

Makedoniyalı deputat Nikoloski Aleksandr və Türkiyədən olan millət vəkili Egemen Bağış öz çıxışlarında hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi məsələsinə toxunublar.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalı ifadəsi sənəddən çıxarıldığı və nəticə etibarilə, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz faktına şübhə salındığı halda, hansı əsasla bu sənədin obyektivliyindən danışmaq olar?

Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə qəti dəstək mövqeyini ifadə edən və Krımın ilhaq edilməsi ilə əlaqədar Rusiyanın AŞPA-da səsvermə hüququnu donduran AŞPA-nın Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına münasibətdə ifadə olunun bu mövqe ikili standartların ifrat formasıdır.

AŞPA-nın bu cür davranışı Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər beynəlxalq təsisatların, eləcə də AŞPA-nın sənədlərinə və bu il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı” (13216/05 saylı iddia) qərarı ilə bilavasitə ziddiyyət təşkil edir.

25 yanvar 2005-ci ildə AŞPA-nın qış hissəvi-sessiyasında "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ” bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə və 1690 (2005) saylı tövsiyə qəbul olunub. Assambleya bir üzv dövlət tərəfindən digər ölkənin ərazisinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərinin ciddi şəkildə pozulması demək olduğunu xatırladıb, münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edib.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur və işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

Avropa Şurası İnsan Hüquqları Məhkəməsinin qərarında xüsusilə qeyd edilib ki, Dağlıq Qarabağ və Laçın rayonu və ətraf rayonlar hazırda Ermənistanın işğalı altındadır. Bununla yanaşı, təqdim olunmuş faktları nəzərdən keçirərək, Məhkəmə "Ermənistan Respublikasının hərbi müdaxilə və hərbi sursat və avadanlığın təminatı və təlim vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsində başlanğıcdan əhəmiyyətli dərəcədə iştirak etdiyini”, "bu hərbi dəstəyin sözügedən ərazilərin zəbt edilməsi və onların üzərində davamlı nəzarətin həyata keçirilməsində həlledici olub və qalmaqda davam etdiyini” və "faktların Ermənistanın və qondarma "DQR”-ın silahlı qüvvələrinin yüksək dərəcədə inteqrasiya olunmasının birmənalı göstərdiyini” təsdiq edib.

AŞPA vakuumda fəaliyyət göstərən təşkilat deyil. Öz fəaliyyətində və qəbul etdiyi sənədlərdə beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının sənədlərini nəzərə almalıdır.

Əgər AŞPA tərəfindən yanaşma bundan ibarətdirsə, onda Azərbaycan üçün də bu qətnamə adi kağız parçasından başqa bir şey olmamalıdır. Azərbaycan hakimiyyətinin də ölkənin ərazi bütövlüyü, xarici siyasətin prioritet məsələsi (AŞ PA öz qətnaməsində bunu təsdiq edir!) olan məsələyə bu cür ifrat ikili standartdan və qərəzli mövqedən yanaşan təşkilatın sənədinə eyni yanaşmanı nümayiş etdirməsi tam adekvat olardı.

Və sonda: Dünənki müzakirələrdə Azərbaycan üzrə keçmiş həmməruzəçi Jozef Debono Qrexin AŞ PA-ya ünvanladığı sualları vardı: "Mən anlaya bilmirəm, postsovet ölkələrində bu qədər problemlər olur, amma mən burada həmişə Azərbaycanın adını eşitmişəm. Niyə? Məgər bizə Azərbaycanda xaos lazımdır, yoxsa stabil bir ölkə?”

AŞ PA tərəfdə bu sualla bağlı dərin səssizlik hökm sürür...

APA Analitik Mərkəzi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ