Cümə günü, 27 noyabr 2026
     

BMT niyə Azərbaycanı hədəf seçib?

Image


Birləşmiş Millət Təşkilatı Azərbaycana qarşı açıqlama verib. "Qafqazinfo”nun məlumatına görə, BMT ekspertləri Azərbaycanda demokratik məkan daraldığını, jurnalistlərə və QHT təmsilçilərinə müəyyən maneələr yaradıldığını idda edirlər. Bu mövzu bağlı hazırlanan materialı təqdim edirik:

"Beynəlxalq ictimaiyyət Birləşmiş Millət Təşkilatının fəaliyyətindən narazıdır və ardıcıl şəkildə dünyanın bu aparıcı qurumunu tənqid edir. Statusuna görə münaqişələrin və mübahisələrin həllində obyektiv hakim kimi çıxış etməli olan, dünyanın ayrı-ayrı bölgələrində humanitar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına məsul olan bu qurumun fəaliyyətsizliyi, yaxud da mövqesizliyi artıq müzakirə mövzusu da deyil. Halbuki, bu təşkilatın əsas missiyası beynəlxalq səviyyəli problemlərin tərəfsiz, hamının qəbul etdiyi qaydalara uyğun həllinə nail olmaqdır.

Son zamanlar isə bu strukturun ayrı-ayrı qolları absurd, həqiqətdən uzaq bəyanatlarla çıxış etməklə, məlum güc mərkəzinin maraqlarına uyğun mövqe nümayiş etdirməklə və müxtəlif müstəqil ölkələri hədəfə almaqla gündəmə gəlməyi bacarıblar. Bu mənada BMT İnsan Hüquqları Komitəsinin tendensioz fəaliyyəti xüsusi diqqəti cəlb edir. Artıq Azərbaycan da bu qurumun qeyri-obyektiv açıqlamalarının obyektinə çevrilib.

İlk əvvəl ondan başlayaq ki, Azərbaycanda insan hüquq və azadlıqları milli qanunvericilik vasitəsilə qorunur. Ölkə Konstitusiyasının üçdə iki hissəsi insan hüquqlarına həsr olunub. Bundan başqa Azərbaycan insan hüquqları ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Bu faktlar göstərir ki, Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasını özünün ali prinsipi kimi qəbul edir. Amma təəssüf ki, BMT-nin İnsan Hüquqları Komitəsində bundan xəbərsizdirlər və ya özlərini bilməzliyə vururlar. Əks halda bu komitənin bir neçə üzvü əsassız iddialar irəli sürərək Azərbaycan haqqında mənfi rəy yaratmağa , bununla da ölkəmizdə insan hüquqlarına dair vəziyyətə kölgə salmağa çalışmazdılar. Misal üçün son açıqlamalarında, bu BMT ekspertləri iddia edirlər ki, Azərbaycanda "demokratik məkan daralır”, jurnalistlərə və QHT təmsilçilərinə isə "hüquqi , inzibati maneələr yaradılır”. Ən qəribəsi də odur ki , bu ekspertlər indiyədək heç vaxt Azərbaycana gəlməyiblər və vəziyyətlə yerində tanış olmayıblar. İndi isə sadəcə fərziyə, iddia və ehtimallara istinad edib, BMT-nin Təhlükəsizlik şurasının qeyri-daimi üzvü olmuş bir ölkəyə qarşı ittiham irəli sürürlər.

Azərbaycan Respublikası BMT nizamnaməsi və İnsan Hüquqlarına dair Universal Konvensiya əsasında BMT-nin İnsan hüquqları Şurasında hüquqi öhdəliyi var. Bu öhdəliyindən çıxış edərək, Azərbaycan İnsan hüquqları şurasına dövrü hesabatlarını təqdim edir və BMT-nin tövsiyələri əsasında mütəmadi əsasda bu sahədə vəziyyəti təkmilləşdirməyə çalışır. Amma Avropa Oyunları ilə əlaqədar ABŞ-dan idarə olunan anti-Azərbaycan kampaniyasının tərkib hissəsi olaraq, BMT-nin İnsan Hüquqları Şurasının eksperti Mişel Forst və BMT-nin İnsan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseynin açıqlamaları BMT tribunasından sui-istifadənin bariz nümunəsidir.

Ən qəribəsi isə odu ki, BMT-nin İnsan Hüquqları Komitəsininin bu üzvləri son 3 həftə ərzində artıq 2-ci dəfə belə qərəzli bəyanatla çıxış edirlər. Halbuki BMT-nin normal prosedur qaydalarına görə bu ekspertlər ən çoxu ildə 2 dəfə yazılı və ya şıfahi açıqlama verə bilərlər. Əgər anlaşılmazlıq yaradan məsələlər varsa, bu Azərbaycanın effektiv şəkildə əməkdaşlıq etdiyi BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində müzakirə edilməli və həll yolları tapılmalıdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası BMT-yə üzvlük haqqı ödəyir və digər ölkələrlə yanaşı, bu təşkilatın siyasətinin müəyyənləşdirilməsində iştirak edir. Zeyd Raad Əl-Hüseyn və Mişel Forst kimiləri Azərbaycanın da ödədiyi üzvlük haqqı əsasında maaş alırlar. İnsan hüquqları məsələsi mandatlarına daxil olan bu məmurlar indiyədək heç zaman özlərində cəsarət tapıb ən əsas hüquqlarından məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları məsələsini açıq şəkildə qaldırmayıblar. BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə toxunmağa cəsarətləri çatmayıb. Yaxud mayın 22-si Ermənistanda vətəndaşların dinc mitinqinin təhlükəsizlik orqanları tərəfindən zor gücünə dağıdılması, jurnalist və vətəndaş cəmiyyəti təmsilçilərinə polisin yolverilməz formada təzyiq göstərməsi BMT-nin bu ekspertlərinin nəzərindən necə qaça bilərdi ? İyunun 23-ü Azərbaycanla bağlı açıqlama verən BMT-nin İnsan hüquqları Şurası cəmi 24 saat əvvəl Ermənistanda mitinq zamanı vətəndaşların hüquqlarının kobud şəkildə pozulması haqqında niyə bir kəlmə belə dilə gətirmir ?

Bu sualın cavabı hamıya su kimi aydındır: BMT bir beynəlxalq təşkilat kimi təəssüf ki, müstəqil deyil və ABŞ bu təşkilatı bir alət kimi yalnız öz maraqları naminə istifadə edir. Və bu gün dövlətlərarası problemlərin əsas səbəblərindən biri də məhz odur ki, nizamnaməsində təsbit olunmuş məqsəd və məramları həyata keçirmək əvəzinə, BMT qlobal ambisiyalı bir üzv dövlətin maraqlarının təmsilçisi kimi çıxış edir. BMT-nin İnsan Hüquqları Şurası sanki ABŞ-ın ermənipərəst dövlət katibi C.Kerrinin, onun müavini V.Nulandın göstərişlərini həyata keçirir. Xüsusi məruzəçi Deyvid Key də daxil olmaqla şuranın bir çox üzvü Dövlət Departamentində rəsmi fəaliyyət göstərib.

Başqa sözlə bu şura daim amerikalı rəsmilərin nəzarətində olub, onların göstərişlərini yerinə yetirib, rəsmi Vaşinqtonun maraqlarına uyğun fəaliyyət göstəriblər. Bu dəfə də istisna deyil ki, Şuraya xüsusi tapşırıq birbaşa cənab Kerri və ya xanım Nulanddan gəlib.

Digər tərəfdən, bu da bir faktdır ki, BMT-nin təsis olunduğu gündən ABŞ heç vaxt bu təşkilatın güclənməsinə, quruma cəsarətli və qətiyyətli şəxsin rəhbərlik etməsinə imkan verməyib. Məlumdur ki, təşkilatın büdcəsinin çox hissəsi inkişaf etmiş ölkələrin ödədiyi vəsait hesabına doldurulur. 2014-cü ilin rəsmi statistikasına istinad etsək, məhz ABŞ 22 % faiz payla BMT-nin büdcəsinin formalaşmasında əsas rol oynayır. Müqayisə üçün deyək ki, 2-ci sırada gələn Yaponiyanın payı düz 2 dəfə az - 11 faizdir . Avropa ölkələrinin payı isə heç 6 faizə belə çatmır. BMT-də Amerika ilə "söz güləşdirmək” gücündə olan Çin və Rusiyanın payları da müvafiq olaraq 5 və 2,5 faizdir . Odur ki, BMT büdcəsinə ən çox üzvlük haqqı ödəyən və bu amildən istifadə edərək təşkilatı təhdid altında saxlayan ABŞ-ın xeyir-duası olmadan kiminsə Baş katib və ya digər yüksək vəzifəni tutması, demək olar ki, qeyri-mümkündür.

ABŞ-ın "kadr"ları olan keçmiş baş katib Kofi Annanın və hazırkı rəhbər Pan Gi Munun qeyri-effektiv fəaliyyəti və prinsipsizliyi də bunun bariz sübutudur.

Güclü BMT və Baş katib beynəlxalq münasibətlərin qanunun aliliyi prinsipi ilə idarə edilməsi deməkdir. Qanunun aliliyi isə yalnız dövlət daxili hüquq fəaliyyəti deyil, dövlətlərarası münasibətlərə də şamil edilir. Beynəlxalq münasibətlərin BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri ilə idarə olunması heç bir halda ABŞ-ın maraqlarına cavab vermir. Çünki belə olarsa, ABŞ 2003-cü ildə İraqa etdiyi təcavüzü "demokratiya quruculuğu" kimi göstərə, Tunis, Misir, Liviya, Ukraynadakı dövlət çevrilişlərini təşkil edə, "idarəolunan xaos" ssenarisini reallaşdıra bilməzdi.

Azərbaycana qarşı uğursuz şəkildə ATƏT və Avropa Parlamenti kimi platformalardan istifadə edən ABŞ indi də təsir vasitəsi kimi BMT-yə üz tutub. Hər halda BMT funksionerləri başa düşməlidirlər ki, ikili standartlardan uzaqlaşmağın vaxtı çatıb. Həmçinin insan hüquqları məsələsindən dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etmək ən azı beynəlxalq etik qaydalarına uyğun deyil. Bu, beynəlxalq təşkilatların özünün nüfuzuna xələl gətirir. Bu cür qərəzli yanaşma davamlı olacağı təqdirdə isə , yəqin ki, Azərbaycan təsir altında olan bu məmurların davranışı məsələsini BMT əməkdaşlarının etik davranışına məsul olan komitədə və BMT Baş Assambleyasında qaldırmalı olacaq. Başqa sözlə BMT təmsilçiləri bir daha sübut etməlidirlər ki, onların təşkilatı yarı zarafat , yarı ciddi adlandırılan "Beynəlxalq Məyusluq Təşkilatı” deyil, bəşər övladının tam rahatlıqla güvənəcəyi etibarlı bir qurumdur”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ