Cümə günü, 27 noyabr 2026
     

Ermənistan "rəngli inqilab"lar mərhələsinə girdi

Image


İrəvanda dünən səhər saatlarında etiraz aksiyasının dağıdılmasına baxmayaraq, aksiyalar yenidən başlayıb. Baki-xeber.com xəbər verir ki, yeni aksiyada çıxış edənlər mübarizəni sonadək davam etdirmək əzmində olduqlarını bildiriblər və vətəndaşları itaətsizlik aksiyasına başlamağa çağırıblar.

İrəvanda son bir neçə aydır gündəmdə olan elektrik enerjisinin bahalaşmasına etiraz məqsədlilə davam edən nümayişlər dünən daha da güclənərək polislə qarşıdurmaya çevrilib.

Bahalaşmadan imtina edilməsi üçün Prezident Sarayının olduğu yolu bağlayan və giriş-çıxışlara maneə törədən minlərlə etirazçıya səhər saatlarında polis müdaxilə edib. Təzyiqli su və rezin dəyənəklərlə kütlənin üzərinə gedən polis 250-dən çox aktivisti saxlayıb. Onlar aksiyanın təşkilatçısı "Talana yox” hərəkatının üzvləridir. Qarşıdurmalarda çox sayda yaralının olduğu xəbər verilir.

Dünyanın mətbuat orqanları İrəvanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı kütləvi etiraz aksiyalarının keçirilməsinə geniş yer veriblər(Trend). Böyük Britaniyanın BBC saytı yazır ki, İrəvanda ən azı 6000 etirazçı prezident iqamətgahına doğru yürüş keçirməyə cəhd edib.

"New York Times" isə xatırladır ki, İrəvanda ardıcıl iki gecədir etiraz aksiyaları davam edir, 200-dən çox etirazçı saxlanılıb. AFP qeyd edir ki, İrəvanın Azadlıq meydanı etirazçılarla doludur, onlar "rüsvayçılıq" deyə qışqırırlar.

"Wall Street Journal" qəzeti də etirazçıların prezident iqamətgahı yaxınlığında toplaşdığını yazır. Onlar iqtisadi çətinliklərdən narazıdırlar.

Etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulur. Ötən gün Vanadzor və Gümrü şəhərlərində oturaq etiraz aksiyasının keçirildiyi məlum olub. Bu gün də "Oğurluğa yox!” təşəbbüs qrupunun təşkilatçılığı ilə mitinqin keçirildiyi deyilir.

Etiraz aksiyasına Los Anceles, Strasburq, Fransa və Almaniyanın bir neçə şəhəri daxil olmaqla, xaricdə fəaliyyət göstərən erməni icmaları da qoşulublar.

Ermənistan polisinin rəisinin müavini Unan Poqosyan deyir ki, İrəvanda keçirilən etiraz aksiyası iştirakçılarında soyuq silah aşkarlanıb(APA). Onun sözlərinə görə, polis sadə vətəndaşların görmədiyi işlər görür. "Dünən aparılmış işlər nəticəsində vətəndaşlarda xeyli sayda bıçaq və biz aşkarlanıb. Onlardan polis əməkdaşlarına qarşı istifadə oluna bilərdi”, - deyə o vurğulayıb.

Ancaq bütün bunlara baxmayaraq, Ermənistanın İctimai xidmətlərin tənzimləməsi üzrə Dövlət Komissiyası avqustun 1-dən ölkədə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı daha əvvəl qəbul etdiyi qərara yenidən baxmayacaq. "APA-Economics"in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə komissiyanın mətbuat katibi Mariam Stepanyan bildirib.

Onun sözlərinə görə, komissiya əhalinin kütləvi narazılığına və etiraz aksiyaları keçirməsinə baxmayaraq, öz qərarını dəyişmək niyyətində deyil.

"Biz korrektəyə ehtiyacı olan qərar qəbul etməmişik", - deyə M. Stepanyan bildirib.

O əlavə edib ki, təmsil etdiyi qurum uzunmüddətli müzakirələr nəticəsində iqtisadi baxımdan əsaslandırılmış qərarlar qəbul edən müstəqil orqandır: "Məsələnin sosial tərəfi bizə aid deyil. İqtisadi balansı qorumaq lazımdır. Yəni etibarlı və keyfiyyətə xidmətə görə, həmin miqdarda ödəniş etmək lazımdır".

Rusiyanın "İnter RAO" ASC-yə məxsus "Ermənistan Elektrik Xətləri" QSC-dən isə bildiriblər ki, şirkət elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı müraciətini geri çağırmaq niyyətində deyil.

Xatırladaq ki, İctimai xidmətlərin tənzimləməsi üzrə dövlət komissiyası iyunun 17-də Ermənistanda elektrik enerjisinə ikiqat artımla yeni tarifi təsdiqləyib. Elektrik enerjisinin gündüz tarifi 16,65%, gecə tarifi isə 21,8% artıb. Mütləq ölçüdə hər iki tarif eyni səviyyədə bahalaşıb - 1 KV/saat üçün 6,93 dram.

Bu arada ABŞ-ın Ermənistandakı səfirliyi söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa çağırıb (Trend). Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir: "İyunun 23-də etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsi, həmçinin polis şöbələrindən zorakılıqla bağlı yayılan məlumatlar bizi çox narahat edir. Bundan başqa, əməliyyat zamanı jurnalistlər və onların texnikalarının əsas hədəf seçilməsi də bizi narahat edir. Ermənistan hökuməti polis tərəfindən qeyri-adekvat güc tətbiq edilməsi ilə bağlı tam və şəffaf araşdırma aparmalıdır”.

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks də iyunun 23-də Yerevanda keçirilən dinc aksiyada etirazçıların dağıdılması zamanı polisin güc tətbiq etməsi ilə bağlı narahatlığını bildirib. O bildirib ki, mətbuat nümayəndələrinin təhlükəsiz və azad mühitdə işləmək imkanı olmalıdır. N.Muyjnieks Ermənistan hökumətini söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa, etirazçıların dağıdılması və həbsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yol verilən zorakılıq halları ilə bağlı araşdırma aparmağa çağırıb.

Ermənistanda son günlər başlayan "işıqpulu” qiyamını şərh edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev bildirir ki, Ermənistandakı iğtişaşlarda "rəngli inqilab"ın əlamətləri görünür (Trend). O, bildirir ki, hazırda iğtişaşlar sosial-iqtisadi vəziyyətdən narazı olan insanların münaqişəsi formasında davam edir: "Bununla belə, bütün "rəngli inqilablar" bu ssenari üzrə inkişaf edib".

Siyasi ekspert, "YevrAzEs” İnstitutunun analitiki Nadana Fridrixson isə deyir ki, Ermənistandakı etiraz aksiyaları ermənilərin əksəriyyətinin əhval-ruhiyyəsini əks etdirir. Burada ABŞ Dövlət Departamentinin "əli"ni axtarmaq, onlardan şübhələnməyə gərək yoxdur(APA).

O bildirib ki, hazırda Ermənistanda dəhşətli işsizlik hökm sürür: "Ölkədə orta aylıq əməkhaqqı 300 dollara yaxındır. Bu ilin martında Ermənistanda işsizliyin səviyyəsi keçən ilin mart ayı ilə müqayisədə 21 faiz artıb. Aylıq 60 dollar alan təqaüdçülər yoxsulluq içində yaşayırlar. Onlardan çoxu mağazalara sərgilərə getdikləri kimi gedirlər, ərzaqlara baxıb, toxunub, daha sonra mağazadan çıxırlar. Keçən ilin yay aylarından təqaüdçülər arasında intihar hallarının sayı artmağa başlayıb”.

N. Fridrixson Ermənistandakı mövcud vəziyyətin Rusiyanın da imicinə təsir etdiyini söyləyib "Sarkisyan Avrasiya İqtisadi Birliyinə daxil olarkən vətəndaşlarına yaxşı həyat vəd etmişdi. Faktiki olaraq, İrəvan Moskvadan qalxan kimi istifadə edir. İrəvan öz vətəndaşlarının problemini həll etmək iqtidarında deyil. Rusiyanı iqtisadi böhran vuran kimi, Ermənistanda vəziyyət daha da pisləşdi. İnhisarçı oliqarxlar ərzağın qiymətlərini artırdılar. Təəssüflər olsun ki, İrəvanda açıq tiraniya elementlərini müşahidə edirik. Ümid etmək istəyirik ki, Rusiya siyasətçiləri kuluarlarda erməni həmkarlarına konfliktin həll edilməsinin lazım olduğunu izah edəcəklər. Əhalini sıxmaq deyil, sosial-iqtisadi fəlakətin qarşısını almaq lazımdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ