Cümə günü, 27 noyabr 2026
     

“Sərhədsiz təxribatçı”

Image


Hamıdan ucadan "Oğrunu tut!” qışqıranın özü oğrudur. Bu aksiomdur. Bu qayda bəzi beynəlxalq QHT nümayəndələrinə tətbiq edilsə, onda bu təşkilatların əsas fəaliyyət dairəsini asanlıqla müəyyənləşdirmək olar. Məsələn, 20 il "Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi vəzifəsində çalışan, hazırda Bezye şəhərinin meri kimi fəaliyyət göstərən Rober Menar.

"Krossvord” (Mots Croisées) verilişinin aparıcısının sualını cavablandırdıqdan sonra R.Menar tənqid atəşinə tutulmuşdu. Cavabında R.Menar bildirmişdi ki, onun əmri ilə müsəlman uşaqların statistikası aparılır və bu statistikaya əsasən, Bezye şəhərinin şagirdlərinin 64 faizi islam dininə ibadət edir. Merin fikrincə bu göstərici "çoxdur”.

Onu da qeyd etmək lazımdır ki, R.Menarın nasist meylləri var – o, Fransanın ultrasağçı milliyyətçi partiyası "Milli cəbhə”dən şəhər meri seçilib. Təsadüfi deyil ki, hələ ötən ilin oktyabrında AFR-in maliyyə naziri Volfhanq Şoyble bu partiyanı "faşist” partiyası adlandırıb.

Verilişdəki bu çıxışından sonra siyasətçilər və hüquq müdafiəçiləri Bezye şəhərinin merini qeyri-qanuni yolla informasiya toplanması və istifadə edilməsində qınadılar. Fransanın baş naziri Manyuel Vals Tvitter səhifəsində belə bir iş tutduğu üçün merin utanmalı olduğunu yazdı. Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Fransanın prezidenti Fransua Olland isə bildirdi ki, R.Menarın fəaliyyəti "Fransa Respublika dəyərləri ilə ziddiyyət təşkil edir”.

Monpelye regional mərkəzinin prokurorluğu şagirdlərin "etnik mənşəyi barədə məlumatların qeyri-qanuni toplanması” məsələsi ilə bağlı ilkin istintaqa başladı. Növbəti gün R.Menar dindirildikdən sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina etdi.

"France-2” telekanalı R.Menarı "sərhədsiz təxribatçı” adlandırdı: "Bu təxribatçı sağ düşərgədən sol düşərgəyə keçməklə müxtəlif təxribatlarla məşğuldur”.

Onu da qeyd etmək lazımdır ki, R.Menarın bundan əvvəl də məhkəmə orqanları ilə problemi olub. Bir neçə il əvvəl, hələ "Sərhədsiz Reportyorlar”a başçılıq etdiyi dövrdə o, etiraf edib ki, təşkilatın büdcəsi əsasən "ABŞ-ın xarici siyasəti ilə sıx əlaqəsi olan Amerika təşkilatlarının” hesabına dolur. Bu təşkilatların arasında milyarder Corc Sorosun "Açıq cəmiyyət təşkilatı” (Open Society Foundation), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və NED var.

2008-ci ildə isə R.Menar USAID-dən qrantların oğurlanmasında ittiham edilib. Məhz R.Menarın katiblik etdiyi dövrdə bu təşkilat Vaşinqtonun sözə baxan oyuncağına çevrilib. Qəribə təsadüf nəticəsində ABŞ-a loyal ölkələrdə söz azadlığına göz yuman və qiymətləndirmə fəaliyyətinin meyarlarını açıqlamaq istəməyən, rəsmən müstəqil olan bu qeyri-hökumət təşkilatının obyektivliyi haqqında danışmaq olarmı?

Fransanın "Legrandsoir” qəzetində yer alan məlumatda deyilir ki, təşkilatın maliyyə hesabatlarına əsasən, onun illik büdcəsi 4 milyon avro təşkil edir və bu vəsaitin əsas hissəsi fotoalbomların, həmçinin futbol köynəklərinin satışından əldə edilir.

Jurnalist Salim Lamrani hesablayıb ki, "Sərhədsiz Reportyorlar” gəlir kimi göstərdiyi 2 milyon avronu qazanmaq üçün 2004-cü ildə 170200, 2005-ci ildə isə 188400 kitab satmalı idi. Həqiqətdə isə təşkilatın 2007-ci ildə kitab satışından gəliri 230 min dollar təşkil edib.

"Sərhədsiz Reportyorlar”ın saytında bu təşkilatın hər hansı bir nəşrini sifariş etmək cəhdləri, satış, qiymət və nəşrin mündəricatı barəsində heç bir məlumat verilmir.

Con Çerianın Hindistanın "Frontline” jurnalında dərc olunan məqaləsində deyilir: ""Sərhədsiz Reportyorlar”ın "qərbin xüsusi kəşfiyyat xidmətləri ilə sıx əlaqəsi var”, "Kuba Rober Menarı MKİ-i ilə əlaqələr üzrə qrupun başçısı adlandırıb”.

Rəsmən söz azadlığını müdafiə etməli olan təşkilat Vaşinqtonun siyasi planlarını həyata keçirir və informativ-psixoloji müharibələrdə adi silaha çevrilib. Bəlkə Vaşinqtonun hüquq və azadlıqlarla bağlı təsirli nitqlərinə son verməlidir? Vicdanla "Kim bizimlə deyilsə, bizə qarşıdır” demək daha yaxşı olmazmı? Belə olduğu təqdirdə, hər şey öz yerini tutar və "Sərhədsiz Reportyorlar” kimi təşkilatların təmin edilməsi üçün vəsaitlərin xərclənməsinə ehtiyac qalmaz.

Qeyd edək ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin R.Menarı qəbul etməsinə baxmayaraq, adıçəkilən təşkilat sistemli və müntəzəm şəkildə ölkə hökumətini ifadə və söz azadlıqlarını pozmaqda günahlandırır. Təşkilat ötən ilki hesabatına Azərbaycanda guya həbs edilən 12 jurnalistin adını daxil edib. Bu addımı atmaqda məqsəd ölkəmizi Çin və İran kimi ölkələrlə bir sırada təqdim etməkdir.

"Sərhədsiz Reportyorlar”ın islamofobiya mövqeyinə daha bir nümunə təşkilatın Türkiyəyə qarşı münasibətidir. "Sərhədsiz Reportyorlar”ın indeksində Türkiyə 180 ölkə arasında 154-cü yerdədir. Ölkənin reytinqi baş verən dəyişikliklərə baxmayaraq, 2012-ci ildən dəyişilməyib.

2013-cü ilin indeksində İraq 153-cü yeri tutub. Komitənin hesabatında qeyd olunur ki, bu ölkədə 2013-cü ildə 10 jurnalist öldürülüb. Bununla belə, İraqın reytinqi bu dövr ərzində 1 jurnalistin belə öldürülmədiyi Türkiyənin reytinqindən yüksəkdir.

Lakin ən əsas məsələ odur ki, R.Menar kimi şəxslər və "Sərhədsiz Reportyorlar” kimi təşkilatlar heç vaxt öz burunlarının dibində baş verən problemləri həll etməyə çalışmırlar.

Məsələn, Amerikanın nüfuzlu "Huffington Post” qəzeti bir müddət əvvəl yazırdı: "R.Menar "başdan ayağa qədər satılıb” və "hər il təşkilatın dərc etdiyi mətbuat azadlığı indeksi müəyyən sponsorların zövqünə uyğun tərtib edilir”.

Nə qəribədir ki, səs-küylü qalmaqallarda adı çəkilən belə satqın, rasist individlər və təşkilatlar Azərbaycanın reytinqini tərtib etməyə və ölkəmizi "qeyri-demokratiya” nümunəsi kimi təqdim etməyə çalışır.

Trend



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ