Cümə günü, 27 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Almaniya bu gün: hegemon, yoxsa vassal?
Tarix: 24.06.2015 / 03:50
Bölmə: Siyasət
Avropa Almaniyanın hegemonluğuna qarşı
«Azərbaycan» qəzetinin irihəcmli məqaləsinin bir sıra maraqlı detallarını və təhlillərini nəzərə alaraq onun bir hissəsini oxucularımıza çatdırmaq qərarına gəldik. Məqalədə deyilir:
1941-ci il mayın 30-u yunan Manolis Qlezosun Adolf Hitleri məsxərəyə qoyduğu gündür. O öz dostu ilə Afina Akropolundan faşist Almaniyasının böyük bayrağını qopararaq yerə atdı və qəhrəmana çevrildi. «Der Spiegel» nəşri yazır ki, indi 92 yaşlı Qlezos Avropa Parlamentində Yunanıstanın hakim SYRİZA partiyasını təmsil edir.
İkinci Dünya Müharibəsi zamanı müqavimət hərəkatının fəalı olan yunan qəhrəmanı almanların Avropada hökmranlığının nə ilə nəticələndiyinin canlı şahididir və onun sözlərinə görə, hazırda bu proses yenidən baş verir: «Ancaq bu dəfə Yunanıstanı boğazından hərbçilər deyil, siyasətçilər və biznes rəhbərləri tutub. Alman kapitalı Avropada hökmrandır və ona Yunanıstanın bədbəxtliyi və məşəqqətləri sərf edir. Amma bizə onların pulları lazım deyil». Qlezosun fikrincə, indinin özündə də Almaniya dəhşətli keçmişi ilə bağlıdır. Ancaq o, bu iddianı səsləndirəndə xüsusi qeyd edir ki, alman xalqını yox, onun hakimiyyətini nəzərdə tutur: «Almaniya bu gün də təcavüzkardır. Onun Yunanıstana münasibətini tiranın qula münasibəti ilə müqayisə etmək olar».
Qlezos faşist Almaniyasının baş ideoloqu Yozef Gebbelsin «2000-ci il» adlı məqaləsini xatırlayır. Həmin yazıda Gebbels Almaniyanın rəhbərliyi ilə Avropanın gələcəyi haqqında öz fikirlərini bölüşür. Qlezos deyir ki, Gebbels cəmi 10 il tələsib.
Ekspertlər hesab edir ki, ümumdünya iqtisadi böhranı güclü iqtisadi potensiala malik Almaniyanın ümumavropa hegemonluğu iddiasını reallaşdırmağa əlverişli şərait yaradır. Bu isə bütün Avropada sərt müqavimətlə üzləşir: Almaniya kansleri Angela Merkel bu ekspansiyanın müəllifi kimi təqdim olunur. Onun Hitlerin bığları ilə təsvir olunmuş karikaturaları, Avropanın alman tanklarının tapdağı altında təsvir olunduğu rəsmlər Yunanıstan, Bolqarıstan, İspaniya, Böyük Britaniya, Polşa, Portuqaliya və digər ölkələrdə ildırım sürəti ilə yayılır. Nasist simvolikası isə Almaniyanın ayrı-ayrı ölkələrə tətbiq etdiyi sərt qənaət siyasətinin ayrılmaz atributu kimi təqdim edilir. Avropa Almaniyada «Üçüncü Reyxin» xələfi olan «Dördüncü Reyxin» yaranmasından danışır.
Azərbaycan və «Dördüncü Reyx»
İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyi və strateji tərəfdaşlıq meyllərinin gücləndiyi bir ərəfədə - 2011-ci ildə Almaniya QHT-lərinin, mediasının və bir sıra hallarda rəsmi şəxslərinin Azərbaycana qarşı aqressiv davranışı düşündürücü hal idi. Ekspertlər Bakıda keçirilmiş «Eurovision -2012» mahnı müsabiqəsi dövründə, Almaniya başda olmaqla, Qərb dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasını müxtəlif amillərlə izah etdilər. Onlar bunu əsasən Azərbaycan qazının Avropa bazarına çıxarılması, həmçinin Almaniyanın hegemonluq iddiası və ABŞ-ın təhriki ilə Cənubi Qafqazın mərkəzi ölkəsi olan Azərbaycanı öz təsiri altına salmaq cəhdləri ilə bağladılar. Söz yox ki, bu bədbin niyyət demokratiya və insan haqları iddiaları ilə pərdələnmişdi. Amma bu maska o qədər primitiv idi ki, hətta Almaniyanın həmin dövrdə Azərbaycanda səfiri olmuş Herbert Kvelle 2012-ci ildə Azərbaycan mediasına məktubunda da ona normal izah verməkdə çətinlik çəkirdi. Səfir iddia etmişdi ki, 2011-ci ildə Düsseldorfda «Eurovision» mahnı müsabiqəsində qələbədən sonra alman mətbuatı Azərbaycanla daha çox maraqlanmağa və pozitiv məlumatlarla yanaşı, internetdə çoxsaylı neqativ informasiyalarla rastlaşaraq onları qabartmağa başladı. Səfir yazırdı ki, Almaniya federal hökumətinin müstəqil və güclü alman KİV-inə təsir etmək imkanı yoxdur. Əlbəttə, öz ölkəsinin maraqlarını müdafiə edən səfirin mülahizələri problemə bu çərçivədə izahat vermək cəhdi idi. Əgər cənab Kvelle məsələyə mühüm transkontinental enerji layihələrində Almaniyanın maraqları, bu ölkənin hakimiyyət və digər siyasi dairələrinin Azərbaycan müxalifəti ilə təmaslarının intensivləşməsi, prosesdə Almaniyanın xarici işlər naziri Guido Vestervelle, onun müavini Mixael Linkin fəal iştirakı, aparıcı alman siyasi dairələri tərəfindən idarə olunan nüfuzlu fondların Azərbaycan müxalifəti ilə əlaqələri, nəhayət, özünün müxalifət «liderləri» ilə görüşlərində müzakirə olunan mövzular prizmasından yanaşsaydı, tam başqa mənzərə yaranardı və səfir qeyri-obyektivlikdə ittiham olunmazdı.
Ancaq az keçmədi ki, Almaniyanın «Spiegel», ARD kimi aparıcı KİV-ində Azərbaycana qarşı əsassız, qeyri-obyektiv materiallar verilməsi bu ölkənin müəyyən dairələrinin Azərbaycanla bağlı maraqları ilə uzlaşdırıldı və total qarayaxma kampaniyasının tərkib hissəsinə çevrildi. Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlar Azərbaycanda nəzərəçarpacaq dərəcədə aktivləşdi, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri intensiv xarakter aldı.
Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından birinə çevrildi. O, 2011-ci ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə yadda qaldı. Müxalifət nümayəndələri ilə görüşündə Löninq bildirmişdi ki, «Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır». Löninqin anti-Azərbaycan demarşı 2013-cü ilə kimi, BMT-nin İnsan Haqları Komissiyasında Almaniyada insan hüquq və azadlıqlarının pozulması, irqçilik və ksenofobiya faktlarının artmasını nəzərdə tutan hesabatın açıqlandığı günə qədər davam etdi.
Almaniyadan Azərbaycana qarşı digər kampaniya isə Avropa Şurasının insan haqları üzrə bədnam məruzəçisi Kristofer Ştrasserin xəttilə təşkil edildi. Lakin AŞ PA-nın 2013-cü il yanvar sessiyasında onun Azərbaycana dair məruzəsi tam iflasa uğradı və deputatlar Ştrasserin özü ilə birgə onun hesabatını da tarixin arxivinə təhvil verdilər.
Bu kampaniyanın daha bir istiqaməti Bundestaqın Yaşıllar fraksiyası vasitəsilə reallaşdırıldı. Ermənipərəst mövqeyi ilə seçilən Bundestaqın Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini, Yaşıllar partiyasının fəalı Viola fon Kramon bildirmişdi ki, Bundestaqın «Eurovision» müsabiqəsinin boykot edilməsi ilə bağlı Avropa İttifaqı ölkələrinə müraciət etməsinə nail olacaqlar. Bu partiyanın Almaniya parlamentindəki nümayəndəsi Folker Berq isə mətbuata açıqlamasında açıq şəkildə demişdi ki, «Bakı «Eurovision»un keçirilməsi üçün münasib yer deyil».
Bütün bunlarla yanaşı, 2012-ci ilin martında Azərbaycanda səfərdə olmuş Almaniyanın xarici işlər naziri Guido Vestervellenin, bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin müxalifət başçıları və fəalları ilə davamlı təmasları onu deməyə əsas verirdi ki, Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya həyata keçirməyə başlamışdı. Təsadüfi deyil ki, 2012-ci ildə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini və Fridrix Nauman Fondunun xəttilə Bakıda keçirilən bütün tədbirlərin aparıcı siması olan Mixael Linkin Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması AXCP-də böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Əli Kərimli M.Linki «dostumuz» adlandıraraq öz ətrafına bildirmişdi ki, onun bu vəzifəyə təyinatı heç də təsadüfi xarakter daşımır. Ə.Kərimli bu fikirləri işlədərkən yəqin onu nəzərdə tuturdu ki, Fridrix Nauman Fondu Almaniya Azad Demokratlar Partiyası ilə sıx əlaqədədir. M.Link isə bu partiyanın fəallarındandır. Beləliklə, M.Linkin təyinatı bir tərəfdən fondun pul kisəsini daha geniş şəkildə AXCP-nin üzünə açır, digər tərəfdən də AXCP-nin Almaniya hökuməti və Azad Demokratlar Partiyası səviyyəsində dəstək almasına şərait yaradırdı.
Göründüyü kimi, Almaniyanın rəsmi şəxsləri, dövlət strukturları, mediası, QHT-ləri Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçmişdilər. Həmin vaxt Almaniyanın Azərbaycana olan marağını təhlil edən ekspertlər bildirirdilər ki, Gürcüstanın Avropa İttifaqı və NATO istiqamətində irəliləməsi, Ermənistanın isə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olması və şimal qonşumuzun orbitində fırlanması fonunda Azərbaycan heç bir bloka qoşulmayan və müstəqil siyasət yürüdən ölkə kimi diqqəti çəkməyə bilməzdi. Azərbaycanın müstəqil siyasətini qəbul etməyən ABŞ tərəfindən məhz Almaniyanın vasitəsilə Bakını öz təsir dairəsinə salmağa cəhd edildi. Almaniya artıq dövlət səviyyəsində həm «Eurovision-2012» amilindən, həm də Qərbin standart təzyiq vasitələrindən - demokratiya amilindən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırdı. Bu, Avropada hökmranlığa can atan «Dördüncü Reyx»in həm də uzaq Qafqazda möhkəmlənmək, Bakı neftini idarə etmək planlarına cavab verirdi. Əgər 60 il əvvəl «Üçüncü Reyx» bu planı hərbi yolla həyata keçirmək istədisə, Angela Merkel demokratik institutları Azərbaycana qarşı süngüyə çevirdi. Ancaq heç nə alınmadı və 1942-43-cü illər 60 ildən sonra yenidən təkrarlandı. Necə oldu ki, Almaniya Azərbaycanın müqavimətini sındıra bilmədiğ
Antiazərbaycan kampaniyanın iflasının pərdəarxası və ya İlham Əliyev Vestervelleyə nə demişdiğ
2012-ci ildə «Eurovision» mahnı yarışması ərəfəsində Almaniyanın xarici işlər naziri Guido Vestervellenin Azərbaycana səfərinin indiyə kimi açıqlanmamış təfərrüatları həm də ictimai maraq baxımından böyük əhəmiyyət kəsb edir.
Həmin il martın 15-də, Almaniyadan Azərbaycana qarşı kampaniya başlandığı bir dövrdə G.Vestervelleni qəbul edən Prezident İlham Əliyevin məsələ ilə əlaqədar ona öz iradlarını bildirdiyini ehtimal etmək olar. Yəqin Vestervelle də dövlət başçısını əmin etməyə çalışıb ki, bu, Almaniya hökumətinin xətti deyil və ayrı-ayrı maraqlara xidmət edən lokal qrupların özfəaliyyətidir. Vestervelle Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla mətbuat konfransında da Almaniya mediasının Azərbaycana qarşı kampaniyası ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, «Almaniyada media azaddır və onun üzərində nəzarət yoxdur. Ancaq Almaniyada Azərbaycan haqqında fikir müxtəlifliyi də var və bəziləri hesab edir ki, Azərbaycan inkişaf edən ölkədir».
Maraqlıdır ki, bundan cəmi bir ay sonra, aprelin ortalarında Almaniyanın Azərbaycandakı səfiri H.Kvelle Prezident Administrasiyasına müraciət ünvanlayaraq xahiş etmişdi ki, Azərbaycan Prezidenti ABŞ-a səfəri zamanı G.Vestervelle ilə yenidən görüşmək məsələsini nəzərdən keçirsin. Buna səbəb isə Almaniyadan təşkil olunmuş və getdikcə güclənən anti-Azərbaycan kampaniyasının Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanması və güclü cavab reaksiyasının başlanması idi. Alman QHT-lərinin Azərbaycandakı ofislərinin fəaliyyətinə təhlükə yarandığı bir zamanda Azərbaycan hökuməti də bu ölkə ilə iqtisadi sahədə əməkdaşlıq məsələlərini yenidən nəzərdən keçirməyə hazırlaşırdı.
Qeyd edək ki, 2012-ci il mayın 4-də Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etmək üçün Nyu Yorka səfər etmişdi.
Məhz həmin səfər çərçivəsində İlham Əliyevin Vestervelle ilə görüşü baş tutmuşdu. Rəsmi məlumata əsasən, Prezident İlham Əliyev ölkələr arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulamışdı.
Ancaq əminliklə demək olar ki, həmin görüşdə İlham Əliyev Vestervelleyə sərt xəbərdarlıq edərək, Almaniya hökumətinin qeyri-səmimi davranışının ikitərəfli münasibətlərə mənfi təsir etdiyini onun diqqətinə çatdırmışdı. Çünki hadisələrin gedişi təsdiq edirdi ki, anti-Azərbaycan kampaniyası heç də xaotik şəkildə yaranmamışdı və bu prosesin arxasında ciddi qüvvələr dururdu.
Buna görə də Almaniya hakimiyyəti destruktiv fəaliyyətini davam etdirəcəyi təqdirdə Almaniya-Azərbaycan münasibətlərinə ciddi təhlükə yaranacağı, əməkdaşlıq əlaqələrinin kəsiləcəyi və tərəfdaşlığa son qoyulacağı heç bir şübhə doğurmurdu.
Almaniyanın Azərbaycandakı strateji maraqlarını nəzərə alaraq demək olar ki, görüşdə Vestervelle də Azərbaycan dövlət başçısını problemin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz və hiss olunacaq tədbirlərin görüləcəyinə əmin etmişdi. Həmçinin Vestervellenin bu halın gələcəkdə təkrarlanmayacağına zəmanət verdiyini də istisna etmək olmaz.
Düzdür, problem heç də güman edildiyi kimi operativ həll olunmadı. Amma Azərbaycan tərəfi də anlayırdı ki, uzun müddət hazırlanmış və tam gücü ilə çalışan bir mexanizmi dərhal dayandırmaq mümkün deyil. Əsas odur ki, proseslərin sonrakı inkişafında hakimiyyət qurumlarının və dövlətlə bağlılığı olan təsisatların fəallığı minimuma endi. Ən azından, bu özünü Kristofer Ştrasserin, Markus Löninqin, səfir Kvellenin, xarici işlər nazirinin müavini Linkin, hakimiyyətlə bağlı olan QHT və medianın fəaliyyətində büruzə verdi.
«Eurovision» dövründə müşahidə olunan proseslərin təhlili göstərdi ki, Almaniyanın Azərbaycanla bağlı ciddi planları mövcuddur. Qərb, nəyin bahasına olursa olsun, Cənubi Qafqazın yeganə müstəqil siyasət yürüdən ölkəsinin müqavimətini qırmağa və onu öz təsir dairəsinə daxil edərək geostrateji əhəmiyyətə malik regionda dominant mövqe əldə etməyə böyük səy göstərir.
Almaniyanın xarici siyasəti riyakarlığın bariz nümunəsidir
Təhlillər onu da deməyə əsas verir ki, I Avropa Oyunları dövründə anti-Azərbaycan kampaniyası ABŞ tərəfindən təşkil edilib və idarə olunur, Almaniya isə növbəti dəfə bu kampaniyanın fəal icraçılarından biri kimi çıxış edir. Rəsmi Berlin ABŞ-ın təsirində olduğuna və hegemonluq iddiasını ram edə bilmədiyinə görə Azərbaycana qarşı yenidən riyakarlıq yolunu tutub.
Bu riyakarlığın ilk işartıları Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin yanvarında Almaniyaya işgüzar səfəri zamanı özünü büruzə verdi. Qeyd edək ki, bu səfər çərçivəsində İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşərək ikitərəfli münasibətlərin bütün istiqamətlərini müzakirə etdi. Həqiqətən də, iki liderin görüşündə Almaniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün vacib razılıqlar əldə olundu. Bu müsbət əhval-ruhiyyə liderlərin mətbuat konfransında da özünü açıq göstərdi. Lakin həmin mətbuat konfransı həm də əvvəlcədən İlham Əliyevə qarşı hazırlanmış təxribatla yadda qaldı. Belə ki, tədbirin keçirildiyi zala daxil olan bir nəfər plakat qaldıraraq Azərbaycana qarşı şüar səsləndirdi. Həmin şəxsin kimliyi bəlli olsa da, onun həmin yerə necə keçməsi məsələsi hələ də müəmmalı qalır. Lakin ehtimal etmək olar ki, Azərbaycan Prezidenti Merkellə və digər rəsmi şəxslərlə apardığı danışıqların müsbət nəticələrini nəzərə alaraq, bu təxribata reaksiya verməməyi üstün tutdu. Yəqin o fikirləşdi ki, kiçik bir təxribat səfərin nəticələrinə kölgə salmamalıdır. Bu isə həqiqətən də İlham Əliyevin böyüklüyünün, Almaniya ilə münasibətlərin inkişaf potensialına inamının və bütün razılaşmalara sadiqliyinin əyani təzahürü kimi xarakterizə oluna bilər. Həmçinin belə düşünmək olar ki, Prezidentin səfərindən sonra Azərbaycan hökumətinin Almaniya ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək istiqamətində real təşəbbüsləri və addımları da məhz cənab İlham Əliyevin tapşırığının nəticəsi idi.
Azərbaycana hücum kampaniyasının anatomiyası
Ümumiyyətlə, Qərb hər bir addımı ilə təsdiq edir ki, Britaniya imperiyasının «bizim əbədi dostlarımız yoxdur, əbədi maraqlarımız var» siyasət prinsipi bu gün də onun üçün aktualdır və geniş tətbiq edilir. Xüsusilə bu prinsip ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın siyasətində açıq müşahidə olunur.
I Avropa Oyunları zamanı əsasən bu ölkələrdən Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın təhlili bu prosesin necə həyata keçirildiyi, onun aktorları, hədəfləri barədə dolğun təsəvvür formalaşdırmaq imkanı yaratdı. Anti-Azərbaycan kampaniyası beynəlxalq QHT-lərin bəyanatları, mediada gedən hədəf yazıları ilə başladı. Bir sıra ölkələri əhatə edən media infrastrukturuna eyni tezislər əsasında materiallar vermək tapşırıldı. Buna görə də Britaniyada BBC, «Reuters», «The Guardian», «The İndependent», «The Telegraph», Almaniyada «Der Shpiegel», «Shtern», «Deutche Welle», Fransada «Le Monde», «Frans Press» və digər ölkələrdə aparıcı media qurumları bir-birini təkrarlayan materiallar verdilər. Materialların əsas məğzini konkret cinayət əməllərinə görə həbs olunmuş ABŞ-ın Azərbaycandakı «5-ci kolon» üzvlərinin azadlığa buraxılmasına dair çağırış-tələblər təşkil etdi. Bu kampaniya beynəlxalq təşkilatların ABŞ-ın təsiri altında olan məsul işçilərinin Azərbaycana qarşı çıxışları ilə möhkəmləndirildi (Nils Mujnieks, Dunya Miyatoviç, Ulrike Lunaçek, Mişel Forst, Vilfrid Lemke, Elmar Brok, Zeyd Raat əl Hüseyn və s.). Prosesin gedişində materiallar yerlərdə vəziyyətin təsviri, yerli fəalların danışdırılması, beynəlxalq QHT-lərin kampaniyada iştirak edən nümayəndələrinin (Rebecca Vinsent, Ketty Pearce, Georgi Gogia, Emma Hughse və b.), həmçinin xaricdə yaşayan kosmopolit azərbaycanlıların (Arzu Qeybulla, Emin Milli, Gülnarə Axundova, İdrak Abbasov və b.) məqalələri və müsahibələri ilə zənginləşdirildi. Paralel olaraq sosial şəbəkələrdə Azərbaycan barədə mənfi rəyin formalaşdırılmasına cəhd olundu, Avropanın müxtəlif paytaxtlarında etiraz aksiyaları təşkil edildi. Çox maraqlıdır ki, ABŞ-dan idarə olunan bu prosesdə cəmi bir neçə adam iştirak etdi. Ortada yalnız illərlə yaradılmış infrastrukturdan başqa heç nə yox idi: tanınmış beynəlxalq QHT-lər və ayrı-ayrı ölkələrin aparıcı mediası. Sonrakı mərhələdə isə nüfuz agentləri işə salındı: U2, CNN-də Kristin Amanpur, Britaniyadan şou aparıcısı Con Olivyer.
Beləliklə, «beynəlxalq ictimai rəy» kimi təqdim olunan bu məfhum, əslində insan resursunun olmadığı böyük adlar toplusundan başqa bir şey deyil. Bu adi sabun köpüyüdür ki, Azərbaycan da buna həm layiqli müqavimət göstərdi, həm də onu açıb bütün dünyaya nümayiş etdirməyi bacardı.
Adi araşdırmalar da təsdiq edir ki, 2012-ci ildə olduğu kimi, I Avropa Oyunları ərəfəsində də Almaniya mediası Azərbaycana qarşı hücum kampaniyasının mərkəzi fiqurlarından birinə çevrildi. Elə onu demək kifayətdir ki, iyunun 1-dən 15-dək bu ölkənin mediası Azərbaycanla bağlı 30-a yaxın tənqidi material verdi.
DİGƏR XƏBƏRLƏR
Tarix: 27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
Tarix: 27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
Tarix: 27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
Tarix: 27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
Tarix: 27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
Tarix: 27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
Tarix: 27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
Tarix: 27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
Tarix: 27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
Tarix: 27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
Tarix: 27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
Tarix: 27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı”
- Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?
26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır
- Əliyevin Konqresə müraciəti...
26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab
- Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...
26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir
26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb
26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı
26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...
26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ