İrəvanda bu gün səhər saatlarında etiraz aksiyasının dağıdılmasına baxmayaraq, şəhərin Azadlıq meydanına bir neçə min adam yığışıb və aksiya yenidən başlayıb.
Baki-xeber.com xəbər verir ki, yeni aksiyada çıxış edənlər mübarizəni sonadək davam etdirmək əzmində olduqlarını bildiriblər. Aksiyaçılardan biri isə çıxışında vətəndaşları itaətsizlik aksiyasına başlamağa və elektik haqqını ödəməməyə çağırıb.
İrəvanda son bir neçə aydır gündəmdə olan elektrik enerjisinin bahalaşmasına etiraz məqsədlilə davam edən nümayişlər dünən daha da güclənərək polislə qarşıdurmaya çevrilib.
Bahalaşmadan imtina edilməsi üçün Prezident Sarayının olduğu yolu bağlayan və giriş-çıxışlara maneə törədən minlərlə etirazçıya səhər saatlarında polis müdaxilə etdi. Təzyiqli su və rezin dəyənəklərlə kütlənin üzərinə gedən polis 250-dən çox aktivisti saxlayıb. Onlar aksiyanın təşkilatçısı "Talana yox” hərəkatının üzvləridir.
Qarşıdurmalarda çox sayda yaralının olduğu xəbər verilir.