şənbə günü, 31 oktyabr 2026
     

“Qərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar” - Vüqar Rəhimzadə

Image


Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının qalib gəlməsidir. Seçkilərin nəticələri bir daha göstərdi ki, Qərbin region dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq. Hər bir ölkənin həyatında seçkilər mühüm rol oynayır. 

Bu, prosesin demokratikliyində, şəffaflığında, bunların əsasında xalqın iradəsini əks etdirən nəticənin əldə edilməsində özünün aydın ifadəsini tapır. Cənubi Qafqaz ölkələrində keçirilən seçkilər bir qayda olaraq Azərbaycanın və Gürcüstanın müstəqil siyasət yürütdüyünü nümayiş etdirdiyi halda, bu proses hər zaman Ermənistanın müstəqilliyinin formal xarakter daşıdığını, bu və ya digər dövlətin maraqlarının müdafiəçisi olduğunu təsdiqləyir. Bu baxımdan hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbədir. Bu fikir gürcü politoloqları tərəfindən də etiraf edilir ki, bu gün Gürcüstan-Azərbaycan birliyi mövcuddur və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur. Onu da qeyd edək ki, Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır. Soydaşlarımız yaşadıqları bölgələrdə seçkilərdə yüksək fəallıq nümayiş etdirərək hakim partiyanın qələbəsinə dəstək oldular. Bu dəstək özündə bütün məqamları açıqladı. Bu, gələcəkdə Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin daha da möhkəmlənməsində əsas faktorlardan biridir. Çünki Azərbaycan və Gürcüstan tarixən bir-biri ilə sıx bağlı olan ölkələrdir. Bu birlik regionda dayanıqlı iqtisadi inkişafı, sabitliyi şərtləndirir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, seçkilərin nəticələri başqa cür olsaydı, Qərbin dəstəklədiyi namizədlər vasitəsilə Gürcüstanda, bütövlükdə  regionda yeni bir cəbhə açmaq, bölgəni xarici qüvvələrin təsiri altına almaq siyasəti həyata keçirilə bilərdi. Lakin bu planlar baş tutmadı. Gürcüstan xalqının iradəsinə əsaslanan seçkilər bir daha təsdiqlədi ki, qonşu ölkə öz milli maraqlarını qorumağa davam edir. Qərb seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyib. Hətta müşahidə aparan ATƏT də ciddi nöqsan tapmayıb. Amma bununla belə, Qərb dövlətləri Gürcüstana qarşı açıq şəkildə təhdid və təzyiqə başlayıblar. ABŞ Dövlət katibi Antoni Blinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel seçkilərdəki "pozuntuları araşdırmağa" çağırıblar. Böyük Britaniya XİN-i də "seçkilərdəki mümkün pozuntuları araşdırmağa" çağırıb. ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Miller isə daha da uzağa gedərək bildirir ki, Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində "seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər" olduğunu iddia edir. Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir. Heç bir fakt olmadığı halda, başda ABŞ olmaqla Qərb və Birləşmiş Ştatların proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyə başlayıblar. Əslində Qərb bununla növbəti dəfə özünü ifşa edir. Gürcüstanın daxili işlərinə müdaxilə cəhdləri bir daha təsdiqləyir ki, Qərb üçün demokratiya öz maraqlarını reallaşdırmaq üçün vasitədir.

Vüqar Rəhimzadə bildirib ki, bu gün Gürcüstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Daim regionda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olan Azərbaycan bunun üçün üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirir. Azərbaycanın birmənalı dəstəyi, Gürcüstanda yaşayan azərbaycanlıların seçki prosesində nümayiş etdirdiyi yüksək fəallıq da bunun bariz nümunəsidir.

Millət vəkili qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə siyasi iradəsi əsasında  reallığa çevrilən qlobal layihələr regional əməkdaşlığın möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu üçlüyün daha da möhkəmlənməsində öz sözünü deyir. Azərbaycan istər Şimal-Cənub, istərsə də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə Asiyadan Avropaya daşınan yüklərin Gürcüstandan tranzit keçməsində maraqlıdır. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Çindən və digər Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə nəql olunan yüklər Azərbaycandan keçərək Gürcüstanın Qara dənizdəki limanlarına çatdırılır. Azərbaycanın tranzit imkanları  əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu imkanlar həm ölkəmizə iqtisadi, həm də siyasi dividendlər qazandırır. Ermənistan  qeyri-konstruktiv siyasəti ilə bu layihələrdən kənarda qalır. Müstəqilliyi formaq xarakter daşıyan bir ölkənin bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi qaçılmazdır.

Vüqar Rəhimzadə bildirib ki, seçkilərdən sonra Gürcüstanda kütləvi aksiyaların keçirilməsi öncədən hazırlanan planın əsas tərkib hissələrindən biridir. Qərb tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları, müxalif partiyalar bu gün açıq-aşkar ölkədə qarşıdurma yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də etiraf edilir ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan etsə də bunu əsaslandıra bilmir. Seçkilərin nəticələri bir daha aydın şəkildə göstərdi ki, Qərb region dövlətlərinin daxili işlərinə müdaxilə etməyə çalışsa da bunun mümkünsüzlüyünün  şahidinə çevrildi. Siyasətində müstəqil olan dövlətlər daim milli maraqlarını, xalqın iradəsini öndə saxlayır. Azərbaycan və Gürcüstan müstəqil siyasətləri ilə bölgədə vəziyyətin gərginləşdirilməsinə yönələn addımların qarşısını hər zaman qətiyyətlə alır və şübhəsiz, bundan sonra da belə olacaqdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ