şənbə günü, 31 oktyabr 2026
     

Gürcüstan seçkiləri Qərbi dilemmaya saldı - tanıya da bilmir, ciddi nöqsanlar da tapa bilmir...

Image


Qonşu Gürcüstanda parlament seçkiləri başa çatsa da, onun nəticələri ilə bağlı Qərbdə və müxalifət dairələrində böyük məyusluq hökm sürür. Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.  

Dörd qərbyönlü müxalifət partiyası isə ümumilikdə 61 yer qazanıb. Müxaliflərdən "Dəyişiklik üçün Koalisiya" 18, "Birlik Milli Hərəkatı" 17, "Güclü Gürcüstan" 14, "Gürcüstan naminə" partiyası isə 12 deputatla təmsil olunacaq. Mandatların yenidən bölüşdürülməsi qaydasına gəlincə, siyasi partiyanın aldığı mandatların sayını müəyyən etmək üçün onun qazandığı səslərin sayı 150-yə vurulmalı və səslərin 5 faizini əldə etmiş bütün siyasi partiyaların topladığı səslərin cəminə bölünməlidir. Əldə edilən bütün rəqəm siyasi partiyanın qazandığı yerlərin sayıdır. Siyasi partiyaların əldə etdiyi mandatların cəmi 150-dən azdırsa, bölüşdürülməmiş mandatları ardıcıl olaraq daha yaxşı nəticə göstərən siyasi partiyalar alır. Müxalifət nəticələri tanımaq istəmir. Bu düşərgənin təmsilçiləri Tiflisdə mitinqi keçirib. Etirazçılar parlament binasının qarşısına toplaşaraq Rustaveli prospektini bağlayıblar. Bir çox müxalif siyasətçilərin fikrincə, nəticələr saxtalaşdırılıb. Gürcüstan prezidenti Salome Zurabişvili də səsvermənin nəticələrini tanımadığını bildirib. Zurabişvili mitinqdə toplaşanlar qarşısında çıxış edib. O, Qərb liderləri ilə danışdığını və onların da seçkilərin qeyri-legitim olması ilə razılaşdıqlarını söyləyib: "Biz sizin konstitusion səsvermə hüququnuzu qorumaq üçün mübarizə aparacağıq. İndi bədbinlik vaxtı deyil, indi vacib olanı sakit və başımızı qaldıraraq səslərimizi qorumaqdır. And içə bilərəm ki, bu Avropa yolunun sonuna qədər və biz Avropanın qapılarına çatana qədər sizinlə olacağam. Bu, təkcə arzumuz deyil, reallıq və gələcəkdir, bizim alternativimiz yoxdur". Müxalifət nümayəndələri təkrar seçkilərin keçirilməsini tələb ediblər. "Birlik Milli Hərəkatı" partiyasının liderlərindən biri Giorgi Vaşadze hesab edir ki, seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməlidir. Rusiyanın dövlət xəbər agentlikləri - TASS və "RİA Novosti" yazır ki, guya, kütləvi etirazlar zamanı təxribatların təşkili üçün Ukraynada təlim keçmiş snayperlər Tiflisə gəliblər. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlament seçkilərindən sonra müxalifət, prezident və başqaları tərəfindən irəli sürülən bütün ittihamları şərh edərkən söyləyib ki, BDİPÇ/ATƏT, ATƏT PA, AŞPA, NATO PA və Avropa Parlamentinin birgə missiyası oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin legitimliyini tanıyıb: "Bu, onların hesabatlarında da əksini tapıb. Lakin məğlubiyyətlə barışa bilməyən radikal müxalifət beynəlxalq təşkilatların rəyini qəbul etmir. Müxalifət nümayəndələrinin müşahidə missiyalarının belə bir qiymətləndirmə vermək hüququna malik olmadığını iddia etməsi gülüncdür". O qeyd edir ki, radikal müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir. Gürcü xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyinə əminliyini ifadə edən Papuaşvili bildirib: "Müxalifət cəbhəsində hər şey əvvəlcədən yazılmış ssenari üzrə gedir. Onlar texniki hökumət barədə danışırdılar. Biz bunu 1990-cı illərdən bəri xatırlayırıq. Onlar hakimiyyəti güc yolu ilə ələ keçirəndə texniki hökumət qururlar. Ona görə də müxalifət bütün bu ssenariyə hazırlaşıb".

Parlament sədrinin sözlərinə görə, müxalifət seçkiləri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bir sözlə, bu mövzuda hər şeyə hazırlaşıb: "Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbəttə ki, konstitusion quruluşa, demokratik seçkilərə və prinsiplərə ziddir. Gürcü xalqı belə fəaliyyətlərin ardınca getməyəcək". Gürcü ekspert, "Vahid neytral Gürcüstan" ictimai hərəkatının nümayəndəsi Vado Şakarişvili baş verənləri belə şərh edir: "Parlament seçkilərində qalib gəlmək gürcü xalqının böyük əksəriyyətinin son iki ildə, yəni, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Gürcüstana qarşı olan böyük ədalətsizliyə tutarlı cavabı idi. Kənar qüvvələrin ölkənin daxili işlərinə qarışmasına, şantajına, hədə-qorxusuna, medialara, agent şəbəkələrinə yatırılan pullara və s. baxmayaraq gürcü xalqı öz layiqli mövqeyini göstərdi. Biz yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qarşı gəldik". Onun sözlərinə görə, seçkilərdə Gürcüstanın ayrılmaz tərkib hissəsi olan, bu dövlətin möhkəmlənməsində, inkişafında böyük xidmətləri olan azərbaycanlılar da mühüm rol oynayıblar: "Seçkilərdə göstərdikləri qətiyyətə, Gürcüstan dövlətinin gələcəyinə, sülhə səs verən azərbaycanlılara təşəkkürümü bildirirəm. Azərbaycanlılar ölkədə yaşayan bəzi Gürcüstan vətəndaşlarından fərqli olaraq sülhün, sabitliyin tərəfdarlarıdırlar. Əsrlərdir qardaşlıq və dostluq əlaqələrini qoruyub saxlamağı bacaran Gürcüstanın və Azərbaycanın yalnız bir məqsədi var, o da regionda sülhün, stabilliyin bərqərar olmasıdır. İki ölkə böyük layihələr həyata keçirməklə Cənubi Qafqaz dünyada öz mühüm yerini qoruyub saxlayacaq". O deyib ki, seçkilərdə məğlub olmuş müxalifətin artıq heç bir perspektivi yoxdur: "Heç kim gürcü xalqının seçiminə qarışa bilməz. 1 milyon 120 min vətəndaş öz seçimini etdi və heç kimə onların seçiminə qarşı çıxmağa imkan vermədi". Ekspertin sözlərinə görə, demokratiyanın əsas prinsiplərindən biri elə idarəetmənin və qərar qəbuletmənin əksəriyyətin qərarı ilə baş tutmasıdır: "Avropada olan bir təcrübəni götürsək görərik ki, 25-26 faizlə qalib gələn qüvvələr dövləti idarə edirlər. Gürcüstanda keçirilən bu seçkilər dinc, ədalətli, azad seçkilər idi və vətəndaşlar da öz azad seçimlərini etdilər. Gürcüstan dövləti regionda və dünyada sülhün tərəfdarıdır. Ölkədə və regionda sülhün bərqərar olması, regionun çiçəklənməsi üçün Azərbaycanla və digər sülhsevər dövlətlərlə əməkdaşlıq edəcək. Bizi bu yoldan heç kim döndərə bilməyəcək".

Bu arada Macarıstanın baş naziri Viktor Orban Gürcüstanda keçirilən parlament seçkilərindən sonra bu ölkəyə səfər edən dünya liderləri arasında birinci olub. Onun səfəri təkcə son səsvermənin nəticələrinin tanınmasının deyil, həm də Tiflisin Avropaya inteqrasiya kursunun toxunulmazlığının simvolu oldu. Gürcüstan hökuməti qeyd edir ki, son vaxtlar Qərblə münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşib. Bununla belə, ekspertlər hesab edirlər ki, bu əlaqə yenidən bərpa oluna bilər. Parlament seçkilərindən dərhal sonra Gürcüstanın baş naziri İrakli Kobaxidze əmin edib ki, Tiflis Abxaziya və Cənubi Osetiyanı işğal etdiyi müddətdə Rusiya ilə diplomatik münasibətləri bərpa etmək fikrində deyil. Eyni zamanda o, Cənubi Qafqazda təkcə onun ölkəsinin Moskva ilə siyasi müstəvidə əməkdaşlıq etmədiyini vurğulayıb. Əsasən respublika ticarət-iqtisadi əlaqələrlə məhdudlaşır.Bundan əlavə, seçkilərdən sonra hökumətin ilk iclasında Kobaxidze qeyd edib: "Bizim çox mühüm xarici siyasət prioritetlərimiz var və əsas prioritet təbii ki, Avropaya inteqrasiyadır. Gələn ilin əvvəlindən intensiv rejimdə olacağını düşündüyümüz münasibətlərin bərpasını gözləyirik". 2028-ci ilə qədər o, Brüsselin Aİ-yə daxil olmaq üçün tələblərinin 90%-ni yerinə yetirməyə, 2030-cu ildə isə bu təşkilata qoşulmağa ümid edir. Siyasi rejimə qarşı iddialara gəlincə, Gürcüstan hakimiyyəti onları əhəmiyyətsiz hesab edir. Xüsusilə, son səsvermədə ciddi qüsur tapa bilməyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçilərinin hesabatı "Gürcü arzusu"nun etimadını təsdiqləyir. Bunu rəsmi Tiflisin ən ardıcıl tənqidçilərindən biri, Avropa diplomatiyasının rəhbəri Cozef Borrel etiraf edib:

"ATƏT/DTİHB-nin rəhbərlik etdiyi beynəlxalq seçki müşahidə missiyasının ilkin müşahidələrinə və gəldiyi nəticəyə əsasən, seçki günü ümumilikdə yaxşı təşkil olunmuş və prosedura uyğun qaydada keçirilib. Lakin gərgin ab-hava, səsvermənin məxfiliyinin tez-tez pozulması və bəzi prosedur uyğunsuzluqları, habelə seçicilərə qarşı hədə-qorxu və təzyiqlər barədə məlumatların yayılması ilə yadda qalıb ki, bu da əhalinin prosesə etimadına mənfi təsir edib. Seçki kampaniyası zamanı seçicilərə, xüsusən də dövlət sektoru işçilərinə təzyiq halları geniş yayılıb". Təbii ki, həmin sənəddə deyilir ki, Gürcüstan vətəndaşlarının əsas hüquq və azadlıqlarına xələl gətirən, Avropa İttifaqının əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan istənilən qanunvericilik ləğv edilməlidir. Amma ən azı Aİ "Gürcü Arzusu" hökumətini qeyri-legitim kimi tanımaq niyyətində deyil. Maraqlıdır ki, Vaşinqton da respublikada keçirilən parlament seçkilərini avropalı həmkarlarından daha tənqidi dəyərləndirsə də, tanıyıb. ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken bildirib: "2004-cü ildən Gürcüstanda ölkənin gücünün mənbəyi olan güclü demokratiya var və seçkilər gürcü xalqının demokratiyaya sadiqliyini bir daha təsdiqlədi. Beynəlxalq və yerli müşahidəçilər seçki gününün ümumən yaxşı idarə olunması ilə razılaşsalar da, biz pozuntular və tək-tək zorakılıq hadisələri ilə bağlı hesabatları qeyd etdik". Lakin Gürcüstan müxalifəti hələ də səsvermənin nəticələrini tanımaqdan imtina edir. Gürcü politoloq Petre Mamradze hesab edir ki, Qərb keçmiş seçkilərin legitimliyini tanımağa məcbur olub, çünki onun nümayəndələri saxtakarlığa dair heç bir inandırıcı dəlil tapa bilməyiblər. Eyni zamanda, onun fikrincə, mövcud tənqid səsverməni müşayiət edən obyektiv problemlərə deyil, Amerika və Avropa siyasətçilərinin qərəzli mövqeyinə əsaslanır: "2008-ci il seçkilərində daha çox pozuntular oldu, lakin Vaşinqton və Brüssel onlar üçün faydalı olduğuna görə belə bir şey görməməyi seçdilər. İndi bütün istəkləri ilə "Gürcü Arzusu"nda ciddi nöqsan tapa bilməyəndə Qərb siyasətçiləri qütbləşmənin mənfi təsirindən danışırlar". Eyni zamanda, Mamradze əmindir ki, Qərb liderlərinin bəyanatları gürcü gənclərini etiraz aksiyalarına səfərbər edəcək, lakin bu, çevriliş üçün kifayət etməyəcək. Əvvəla, onun fikrincə, müxalifət partiyaları həddən artıq parçalanıb və hətta adi məsələlərdə belə tez razılaşa bilmirlər: "Məsələn, oktyabrın 27-nə keçən gecə müxalifətçilər öz hərəkətlərini koordinasiya etmək üçün çox vaxt apardıqları üçün heç bir etiraz aksiyası olmadı. Əslində, yalnız bir gün sonra razılaşdılar, amma an artıq keçmişdi. Üstəlik, səs-küylü bəyanatlara baxmayaraq, onların hakimiyyətdə olan partiyanın xeyrinə saxtakarlığa dair heç bir sübutu yoxdur".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ