şənbə günü, 31 oktyabr 2026
     

Ermənistan “Gürcü arzusu”nun qələbəsindən ilk narahatlığını bildirdi - “Qərbə yolumuz kəsiləcək”...

Image


Akif Nağı: "Ermənistanın Fransa və bəzi Qərb dövlətləri tərəfindən silahlandırılması Gürcüstan üçün də təhdid yaradır"

"Sabah Gürcüstan öz ərazisini Fransanın Ermənistana silah-sursat tədarükü üçün bağlasa, bunun günahı həm Cavax ermənilərinin, həm də qismən də Ermənistan hakimiyyətinin üzərinə düşəcək". Bunu Aysor.am-a müsahibəsində Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan Gürcüstanda keçirilən seçkilərə münasibət bildirərkən deyib. 

"Gürcüstanda nə baş verdiyini soruşduqda, mənim fikrimcə, heç nə, hər şey təzə başlayır" - deyən Xzmalyan "Gürcü arzusu" partiyasının seçkidə qazandığı qələbəni həzm edə bilmədiyini aşkar şəkildə bildirib.

Onu da deyib ki, Qərb Ermənistan Respublikasının hakimiyyəti ilə xalq arasında aydın fərq qoyur: "İndi Qərbdə Paşinyanla bağlı əvvəlki illüziyalar artıq yoxdur".

"Əgər sabah Gürcüstan Fransa silahlarının tədarükü üçün öz ərazisini Ermənistan Respublikasına bağlasa, bunun günahı həm İvanişvilinin rusiyayönlü partiyasına səs verən Cavax ermənilərinin, həm də qismən də bu rusiyayönlü partiyanı təbrik etməyə tələsən Ermənistan hakimiyyətinin üzərinə düşəcək"-deyə o bildirib.

Siyasətçi qorxur ki, Gürcüstanda seçkiləri qazanan "Gürcü arzusu" partiyası hökuməti təşkil etdikdən sonra Ermənistana Fransadan silah-sursat daşınması üçün yol verməyəcək, mövcud yolu bağlayacaq.  Cavax erməniləri Gürcüstanın daxilində bir təhdiddir ki, Ermənistan həmişə onlardan Gürcüstana qarşı istifadə edir. Bunları qətiyyən bölgədə sülh, əmin-amanlıq maraqlandırmır, yenə də münaqişə hayındadırlar. 

"Gürcüstan bu addımı ata və yolu bağlaya bilər, bu ehtimal var"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində "Ermənistanın mövqeyi birmənalı deyil. Gürcüstanda keçirilən parlament seçkisi, eləcə də orada gələcəkdə nə olacağı həm regionda, həm regiondan kənarda müxtəlif səviyyələrdə müzakirə olunur. Konkret olaraq məsələyə gəlincə, Ermənistanda Avropa meylli, Avropayönlü siyasilər, politoloqlar, ekspertlər Gürcüstanda gedən prosesə özlərinin prizmasından, mövqeyindən, yəni Ermənistanın  Avropaya inteqrasiyası maraqlarından yanaşırlar. Ermənistanda Paşinyanla bağlı müxtəlif mövqelər dəyişib, dünənə qədər Paşinyanı müdafiə edən, onun Avropayönlü siyasətini dəstəkləyən qüvvələrin içərisində fikir ayrılıqları yaranıb, narazılıqlar var. Ermənistanın daxilində də Avropapərəstlərlə ruspərəstlər arasında  kəskin mübarizə gedir və həmin mübarizənin fonunda Paşinyan çalışır ki, Rusiyadan da əli üzülməsin, Avropa şansını da itirməsin. O, iki stulda oturaraq siyasətini davam etdirir. Bu da Ermənistanın düşdüyü vəziyyətlə bağlıdır. Hakimiyyətdən kənarda olan hər hansı bir ekspert istənilən fikri səsləndirə bilər, çünki dediyi fikirlərə görə məsuliyyət daşımır, xüsusən də hakimiyyət olaraq məsuliyyət daşımır. Paşinyan hakimiyyətə gələnə qədər bir mövqedə idi, gələndən sonra artıq hakimiyyətdə olan siyasi qüvvə kimi Ermənistanın gələcəyi üçün məsuliyyət daşıyır. Onun tezisi ki var, "real Ermənistan qurmaq istəyirəm" deyir. Birmənalı şəkildə başa düşdü ki, real Ermənistanı Rusiyaya yapışaraq da qurmaq mümkün deyil, yaxud birtərəfli qaydada Rusiyadan qopub Qərbə inteqrasiya edərək də qurmaq mümkünsüzdür. Bunu başa düşür və orta bir mövqe tutmağa çalışır, amma Ermənistan üçün çox çətindir.

Gürcüstanda gedən prosesləri erməni tərəfi bu şəkildə şərh edir. Şərhdən də hiss olunur ki, onlar Gürcüstanda Avropa meylli qüvvələrin tərəfindədirlər. Avropa heç nəyə baxmadan Ermənistanla əlaqələrini saxlayır. Əgər sabah Ermənistan rəhbərliyi aydın şəkildə Rusiyayönümlü siyasət yürütsə, yenə də Fransa, yaxud ona yaxın olan bəzi ölkələr Ermənistanla əlaqələrini saxlayacaqlar. Ermənistanın vəziyyətini başa düşərək əlaqə, münasibət saxlayacaqlar. 

Ermənistanın silahlanmasına gəlincə, bu barədə danışan başabəla ekspert Ermənistanın silahlanmasından daha çox, bu ölkənin taleyi ilə bağlı düşünməlidir. Deyir ki, əgər Gürcüstan yolu bağlayarsa Ermənistana Fransadan silah gəlməyəcək. Bunlar çox tragikomik vəziyyətdədirlər. Ermənistan Fransadan bu silahları daşımaqla nəyə nail olmaq istəyir?   Guya Azərbaycana qarşı müharibə aparacaqlar, yaxud ölkənin daxilində hansısa silahlı qüvvələrə qarşı addım atacaqlar. Aydın deyil, bunların mövqeyində məntiq yoxdur. 

Ermənistandakı müəyyən qüvvələr "Gürcü arzusu" partiyasının seçkilərdə qələbə qazanmasından narahat olublar. Ermənistanlı siyasətçi bu narahatlığı elə-belə dilə gətirmir. Gürcüstan hakimiyyəti Fransadan Ermənistana silah daşınmasının təhlükəsini yaxşı anlayır. Bu baxımdan hesab edirəm ki, Gürcüstan bu addımı ata və yolu bağlaya bilər, bu ehtimal var. Bilirsiz ki, Ermənistanın Fransa və bəzi Qərb dövlətləri tərəfindən silahlandırılması Gürcüstan üçün də təhdid yaradır. Ermənistanın Gürcüstana qarşı da ərazi iddiaları var, Cavaxetya bölgəsini ələ keçirmək istəyir. Ermənistan separatçı meylləri qızışdırmaq üçün Cavaxeti ermənilərindən Gürcüstan hökumətinə qarşı istifadə etmək istəyir. Bununla onlara işarə verirlər ki, məqam düşən kimi Gürcüstam hökumətinə qarşı çıxsınlar. Bu da Ermənistanın məkrli xislətindən, xəyanətindən və Gürcüstana arxadan zərbə vurmaq niyyətindən irəli gəlir. Hesab edirəm ki, Gürcüstanda hakimiyyət artıq o qədər müdrükdür, o qədər davamlı siyasət yürüdür ki, ermənilərin bütün cəhdlərinin qarşısını alacaq".

A.Nağı qeyd etdi ki, Avropa ilə Gürcüstanın münasibətləri korlanıb, Fransa başda olmaqla Avropa İttifaqı Gürcüstana qarşı qərəzli qətnamələr qəbul edir: "Gürcüstan da bunun cavabı olaraq, ola bilsin, Fransa ilə münasibətlərə yenidən baxsın və bu silahdaşımanın qarşısını yolu bağlamaqla alsın. Əslində, Ermənistanın silahlanması, silahlandırılması bütün region üçün problem yaradır. Ermənistan gələn silahları Cavaxetyadakı ermənilərə ötürə bilər, ordakı erməniləri bəlkə də silahlandırır da. Kim təminat verə bilər ki, sabah Ermənistan Fransadan aldığı bu silahları Gürcüstana tuşlamayacaq? Bütün hallarda, Ermənistan ziyanlı mövqedən çıxış edir".     

A.Nağı hesab edir ki, Gürcüstanla Ermənistan arasında münasibətlərdə müəyyən dəyişiklik baş verə bilər. "Gürcüstan rəhbərliyi də bu gün aydın şəkildə bildirir ki, onlar açıq Rusiya mövqeyinə keçmirlər, Rusiya ilə münsibətləri normal şəkildə saxlayacaqlar, eyni zamanda Avrointeqrasiya qaydalarına da əməl edəcəklər, əsas xətləri də Avropaya inteqrasiya prosesidir. Gürcüstanın seçkini qazanan qüvvələri də bu mövqedən çıxış edirlər. Onlar da başa düşürlər ki, Avropadan tam şəkildə uzaqlaşmaq, təcrid olunmaq mümkün deyil. Belə düşünürəm ki, özlərinin ərazi bütövlüyü və müəyyən iqtisadi çıxarları ilə bağlı əvvəlki siyasətə müəyyən düzəlişlər edirlər. Saakaşvili hakimiyyəti sərt şəkildə Rusiyaya qarşı dayandı, o siyasətin nəticəsi olaraq həm ərazilərini itirdilər, həm də iqtisadi cəhətdən ciddi zərbələr aldılar, vəziyyət həddindən artıq çətinləşdi. O vəziyyəti bu hakimiyyət düzəltməyə çalışır. Birmənalı şəkildə bu hakimiyyətin üzərinə getmək ki, bunlar Rusiyanın əlavəsinə çevrilirlər, Rusiyayönlüdürlər, bu  ittihamı da onlar qəbul etmirlər. Hesab edirəm ki, obyektiv bir siyasət yürüdürlər. Yəni regionda Rusiya amilini nəzərə almaqla öz siyasətlərini yeridirlər, eyni zamanda Avropa dəyərlərinə sadiqliklərini də göstərirlər".

A.Nağı qeyd etdi ki, Gürcüstan hakimiyyəti Azərbaycanla da normal münasibətlər qurmağa çalışır. Azərbaycanın Gürcüstana investisiya qoyan ölkələrdən biri olduğunu deyən A.Nağı qeyd etdi ki, bunu Gürcüstanda başa düşürlər. Azərbaycanla münasibətləri normal saxlayırlar. 

"Hesab edirəm ki, Ermənistandakılar daha çox Azərbaycanla Gürcüstanın münasibətlərindən narahatdırlar. Gürcüstanda da normal düşünürlər, öz maraqlarını da, Azərbaycanın maraqlarını da, regiondakı vəziyyəti də, Rusiyanın mövqeyini də başa düşürlər. Ona uyğun da mövqe tutacaqlar. Bu səbəbdən də kimlərinsə narahat olmasına dəyməz. Sadəcə olaraq, bu gün Gürcüstan çox çətin, ağır seçim qarşısındadır, dörd partiya birləşərək hakimiyyətə qarşı dayanıb və hakim "Gürcü arzusu" partiyası, demək olar ki, təkbaşına ölkənin taleyini həll etmək məsələsi ilə üz-üzə dayanıb. Bu çətin məsələdir. Burda Gürcüstan müxalifəti də, hakim partiyanın rəhbərliyi də daha çox kimlərləsə münasibət qurmaq, kimlərinsə rəğbətini qazanmaq, Rusiya, yaxud Avropa dəyərlərinə, onlarla münasibətlərə üstünlük vermək yox, Gürcüstanın maraqları mövqeyindən çıxış etməlidirlər. Onlar üçün bir dövlət olaraq Gürcüstanın maraqları üstün olmalıdır. Gürcüstan regionda öz yerini, öz mövqeyini tutmalıdır. Bəziləri deyir ki, Gürcüstan Avropaya inteqrasiya edirsə bu guya yeni ideyaların, Avropa dəyərlərinin regionda təbliği üçün də böyük əhəmiyyət kəsb edə bilər. Bu ilğımlarla, aldadıcı görüntülərlə heç kəs özünü aldatmamalıdır. Real dövlətçilik var və dövlətçilik mövqeyindən çıxış etmək laızmdır. Tarix boyu regionda ən böyük, ən güclü dövlət Azərbaycan dövləti olub, Ermənistan adında dövlət isə ümumiyyətlə olmayıb, gürcülərin də kiçik dövlətləri olub, çox vaxt da Azərbaycan və Türkiyənin nəzarətində, tərkibində olublar". 

A.Nağı hesab edir ki, bu gün Gürcüstan özünün yeni dövrünə qədəm qoyub, Azərbaycanla əlaqələri yaxşıdır. Gürcüstanda böyük azərbaycanlı icmasının olduğunu deyən A.Nağı bildirdi ki, bu əlaqələrdə onların da mövqeyini nəzərə almaq lazımdır. O qeyd etdi ki, Gürcüstanın indiki hakimiyyəti azərbaycanlıların mövqeyini nəzərə alır, haqlarını tanıyır, azərbaycanlıların mövqeyi ilə hesablaşır. "Azərbaycan məsələlərə birinci növbədə regionda sabitlik baxımından, ikinci növbədə isə öz maraqlarından yanaşmalıdır. Gürcüstanla münasibətlərimizdə çalışmalıyıq ki, Azərbaycanın maraqları mövqeyindən yanaşaq. İnanıram, proses ona doğru gedir ki, Gürcüstanda da, Azərbaycanda da hər şey yaxşı olacaq, qarşılıqlı əməkdaşlıq prosesi davam edəcək"-deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ