şənbə günü, 31 oktyabr 2026
     

Erməni nazir “hərbi əsirlər” mövzusunu danışıqlara daxil etmək istəyir...

Image


Xəyal Bəşirov: "Bunu qarşılıqlı şəkildə gündəmə gətirmək və "hərbi əsirlərin" mübadiləsi görüntüsünü yaratmaq cəhdi, təbii ki, Ermənistanın növbəti saxtakarlığıdır" 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan jurnalistlərə bildirib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan tərəfləri əsir və itkin düşmüş şəxslərlə bağlı görüş keçirəcəklər. O bildirib ki, komissiyaların tərkibi və yeri hələ seçilməyib. Abazyan deyib ki, tarixlər barədə əlavə məlumat veriləcək.

"Nəticələrlə bağlı açıqlama verməyə tələsməyək", - deyə o, bu görüşdən müəyyən nəticələr gözləmək olarmı sualına cavab verib.

Abazyan deyib ki, Bakı və İrəvan arasında yaxın zamanda itkin düşmüş və "saxlanılan şəxslərə" dair görüş keçirilə bilər.

Ermənistan tərəfi, həmişə olduğu kimi, yenə də öz məkrli məqsədlərindən çıxış edir. Bunlar iki dəxli olmayan məsələni bir-birinə birləşdirirlər. Qondarma "hərbi əsirlər" məsələsi ilə itkin düşmüş şəxslər məsələsini bir-birinə calaq edirlər. Bunları bir-birinə calamaq qəti şəkildə olmaz, çünki Azərbaycanda hərbi əsir yoxdur. Ermənistanın qondarma "hərbi əsir" məsələsini gətirib itkin düşənlərin gözünə qatmaq istəməsi o deməkdir ki, onlar itkin düşmüş şəxslərin məsələsinin müzakirəsində həqiqətən də maraqlı deyillər. Çünki məsələ belə qoyulursa, "hərbi əsir" adı qoyduqları adamları da gətirib itkin düşmüş şəxslərə qoşmaq istəyirlərsə bu alınmayacaq, bu danışıq baş tutmayacaq.

Hərbi əsirlər olmaya-olmaya Ermənistanın bu məsələni itkin düşmüş şəxslərlə birləşdirməsi nə dərəcədə doğru yanaşmadır?

"Cinayətkar ünsürlərə "hərbi əsir" adı verib onların  Azərbaycanın itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bir yerə qoyulması cəhdi yolverilməzdir, bunlar bir-biri ilə fərqli məsələlərdir"

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistan yenə də pozuculuq siyasətini davam etdirir. O qeyd etdi ki, Ermənistan sülh sazişinin mətninə aid olmayan, eyni zamanda prosesi uzadacaq, prosesin yekunlaşmasına mane olacaq məqamları gündəmə gətirməyə çalışır: "Bundan əvvəl dırnaqarası ifadələr işlədirdilər, "Artsax", "Dağlıq Qarabağ", "status" kimi uydurmalardan danışırdılar ki, onların Azərbaycan qəti şəkildə sülh gündəliyinə daxil edilməsinə qarşı oldu.  Hətta Azərbaycan sülh prosesinin sürətlə getməsi, qısa müddət ərzində sülhün əldə olunması üçün "Zəngəzur dəhlizi" məsələsinin də sülh gündəliyindən çıxarılmasına razılıq verdi. Əslində, faktiki olaraq "Zəngəzur dəhlizi" məsələsi 10 noyabr 2020-ci il tarixli bəyanatın tələblərinə uyğun idi. Yəni orda qeyd olunmuşdu. Biz gördük ki, bu məsələ prosesi uzadır, biz onun hələlik sülh gündəliyindən çıxarılmasına və gələcəkdə müzakirə predmetinə çevrilməsinə razılıq verdik. Amma Ermənistan tərəfi olmayan "hərbi əsir" məsələsini ortaya atır. Bəli, azərbaycanlıların Ermənistanda itkin düşməsi, bu ölkədə hərbi və mülkü əsir olaraq 4 minə yaxın insanımızın müqəddəratının bugünə qədər məlum olmaması məsələsi var. Amma bunu qarşılıqlı şəkildə gündəmə gətirmək və "hərbi əsirlərin" mübadiləsi görüntüsünü yaratmaq cəhdi, təbii ki, Ermənistanın növbəti təxribatıdır, növbəti saxtakarlığıdır. Düşünürəm, əslində Ermənistan bu məsələni bu şəkildə gündəmə gətirməli idi ki, o artıq Azərbaycanla həqiqətən də sülh istəyir, Azərbaycana qarşı ərazi iddiasından əl çəkir, eyni zamanda bunu konstitusional qaydada edir, öz konstitusiyasına, digər qanunvericilik aktlarına dəyişiklik edərək bu iddiasına birdəfəlik son qoyur. Həmçinin, bizim Ermənistanla gələcəkdə münasibətlərimizin normallaşması, diplomatik əlaqələrin yaranması üçün qalan probemlərdən biri Azərbaycanın Ermənistandakı hərbi əsirlərinin, mülki insanlarının, qadınlarımızın, körpələrimizin, köməksiz vəziyyətdə olan insanlarımızın müqəddəratı ilə bağlı məsələdir. Birinci Qarabağ müharibəsi dövründə bizim 4 minə yaxın insanımızın, İkinci Qarabağ müharibəsində 6 vətəndaşımızın müqəddəratı bugünə qədər bəlli deyil. Ermənistan onlarla bağlı heç bir məlumat vermək istəmir. Hər bir halda bizə məlumdur ki, Ermənistan onlara qarşı hansı cinayətləri törədib, amma Ermənistan tərəfi düşmənçilik daşını birdəfəlik atmaq, özünü dünyaya sülh tərəfdarı olaraq həqiqətən də reallıqda göstərmək  istəyirsə bu addımları atmalıdır".

X.Bəşirovun sözlərinə görə, Ermənistan tərəfin son zamanlar ortaya atdığı "hərbi əsir" məsələsi isə absurddur, olmayan bir şeydən necə danışmaq olar? "Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandan əvvəl bu absurd məsələni bir neçə Ermənistan nümayəndəsi dilə gətirib, ən son isə Ermənistan prezidenti bu fikri səsləndirmişdi. O qeyd etmişdi ki, Azərbaycanla hərbi əsirlərin qaytarılması məsələsi müzakirə edilir. Təbii ki, bununla bağlı Azərbaycanın rəsmi mövqeyi bəllidir. Azərbaycan ərazisində separatizmlə, bölücülüklə, cinayətkarlıqla və sairlə məşğul olan və hazırda həbsdə olan şəxsləri onlar "hərbi əsir" adlandırırlar. Halbuki, onlar "hərbi əsir" yox, cinayətkar ünsürlərdir. Araik Artunyunyan, Ruben Vartanyan, Bako Saakyan, Arkadi Qukasyan kimi cinayətkar ünsürlər var ki, onlar Azərbaycan ərazilərində qanunsuz olaraq cinayətkar bir rejim yaradıb, onu "dövlət" adlandırıblar və özlərini həmin "dövlətin rəhbərləri" kimi qələmə verirdilər. Həmin o cinayətkarların əlləri Azərbaycan xalqının qanına batıb, onlar İkinci Qarabağ müharibəsinə qədər də ağır cinayətlər törətdiblər, bu da sübut olunub. Həmin o şəxslərin əlləri Azərbaycan xalqının qanına batıb, bunu yaxın tarix göstərir. Eyni zamanda onlar İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın döyüş meydanından kənarda yerləşən ayrı-ayrı mülki şəhərlərinə, dinc insanlarına qarşı terror həyata keçiriblər. Döyüş cəbhəsindən uzaqda olan Gəncəyə, Bərdəyə, Tərtərə və başqa şəhərlərimizə raket atıblar, nə qədər mülki əhalimiz şəhid olub, insanların mal-mülkünə ziyan dəyib, evlər, binalar dağıdılıb. Cinayətkar ünsürlər tərəfindən törədilmiş o cinayətlər nəticəsində yaranan faciələrin 4 illiyini qeyd edirik bu günlərdə. O adamlar Azərbaycana qarşı müharibə cinayətləri törədiblər, Azərbaycan xalqına qarşı etnik, milli-irqi, dini təmizləmə həyata keçiriblər. "Smerç", "Toçka-U" raketlərindən, kasetli bombalardan və digər qadağan olunmuş silahlardan istifadə ediblər. Hətta onlar bunu açıq şəkidlə bəyan edirdilər. Araik Artunyunyan özü hələ tutulmamışdan əvvəl müsahibə zamanı deyirdi ki, Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən mülki şəhərlərinə raketlərin atılmasına o göstəriş verib.  Bu cinayətkar ünsürləri "hərbi əsir" adlandırmaq özü-özlüyündə erməni rəsmilərin nə qədər yalan, nə qədər saxtakar, nə qədər ikiüzlü olmalarından xəbər verir. 

Cinayətkar ünsürlərə "hərbi əsir" adı verib onların  Azərbaycanın itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bir yerə qoyulması cəhdi yolverilməzdir, bunlar bir-biri ilə fərqli məsələlərdir".

X.Bəşirovun sözlərinə görə, Ermənistan cəmiyyəti, Ermənistan dövləti, Ermənistana rəhbərlik edən şəxslər  həqiqətən də Azərbaycanla sülh istəyirlərə, Cənubi Qafqaz bölgəsində növbəti eskalasiyalardan yana deyillərsə, düşmənçilik siyasətini bir kənara qoymaq istəyirlərsə, özləri belə cinayətkar ünsürlərdən qurtulmağa çalışmalıdırlar. X.Bəşirov qeyd etdi ki, Azərbaycan da o şəxsləri antiterror tədbirləri zamanı zərərsizləşdirdi və onları həbs etdi, indi də bu cinayətkarları ədalət mühakiməsinin qarşısına çıxarmaq istəyir. "Ermənistanın bu məsələdə Azərbaycana dəstək olmaq, təşəkkür etmək əvəzinə həmin o cinayətkar ünsürləri "hərbi əsir" adlandırması ondan xəbər verir ki, Ermənistana bu gün rəhbərlik edən şəxslərin mahiyyəti həmin o cinayətkar ünsürlərdən fərqlənmir. O cinayətkar ünsürlərin yürütdükləri düşmənçilik siyasətini onlar bu gün də davam etdirmək niyyətindədirlər. Düşünürəm ki, bu, sülh prosesinə mane olur. Ermənistan nə qədər bu şəkildə davam edəcəksə Azərbaycanla sülh əldə olunmayacaq. Bunun da əsas baiskarı məhz Ermənistan və Ermənistana rəhbərlik edən, pozuculuqla məşğul olan şəxslərdir" - deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ