şənbə günü, 31 oktyabr 2026
     

Qərb Gürcüstanda məğlub oldu - seçkini tanımadı, "böyük qardaş bizi izləyir" fikrini yaydı...

Image


Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bildirir ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim "Gürcü Arzusu" Partiyası 53,92 % səs toplayıb.

Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan "Dəyişiklik Koalisiyası" 11,04 %; "Vahidlik – Milli Hərəkat" 10,16 %; "Güclü Gürcüstan" 8,81 %; "Qaxariya - Gürcüstan naminə" Partiyası isə 7,77 % səs yığıb. Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib. Lakin bu hal seçkilərin nəticələrinə ciddi təsir etmir. Seçkilərin demokratik tələblər səviyyəsində keçirildiyini Qərb müşahidəçiləri də etiraf edir. Amma yenə də xislətlərindən əl çəkməyib prosesə kölgə salmağa can atırlar. ATƏT və AŞPA müşahidə missiyaları Gürcüstandakı parlament seçkiləri ilə bağlı ilkin dəyərləndirmələrini açıqlayıblar. Missiyanın yaydığı bəyanatda deyilir ki, seçicilərə 18 namizəddən ibarət siyahı təklif olunub və namizədlər ümumilikdə azad kampaniya apara biliblər. Ancaq parlament seçkilərində dərin qütbləşmə, bu yaxınlarda qəbul edilmiş qanunlarla bağlı narahatlıq və onların fundamental azadlıqlar və vətəndaş cəmiyyətinə təsiri səsvermə prosesinə kölgə salıb. ATƏT həmçinin seçki kampaniyasında bölücü ritorikanın yer aldığını, seçicilərə təzyiqlərlə bağlı irimiqyaslı xəbərlərin olduğunu vurğulayıb. ATƏT müşahidə missiyasının rəhbəri Paskal Alizar deyib ki, seçki yaxşı təşkil olunsa da, onlar bir sıra çatışmazlıqlar müşahidə ediblər. Bunlar sırasında seçkinin qütbləşmiş mühitdə keçməsi, seçicilərə təzyiq və qorxu faktlarının olması, rəqiblər arasında maliyyə resurslarının disbalansı, KİV sahəsində qütbləşmənin olması, partiyaların seçki siyahısında kifayət qədər qadının təmsil olunmaması yer alıb. AŞPA-nın müşahidə missiyasının rəhbəri Culian Bulay isə Gürcüstanda müxalifətə və vətəndaş cəmiyyətinə qarşı nifrət nitqinin alovlanmasından narahat olduğunu bildirib. O, seçki dönəmində xüsusilə kənd yerlərində seçicilərin satın alınması və saxtalaşdırma faktlarını gördüklərini bildirib: "Hakim partiya tərəfindən seçki məntəqələrində  quraşdırılan kameralar, həmçinin seçki məntəqələri seçiciləri izləyən və ola bilsin, onlara nəzarət edən şəxslərin olması qorxu və təzyiq atmosferi yaradıb. Belə hiss var idi ki, "böyük qardaş səni izləyir". Bunu müşahidəçilərimizdən biri qeyd edib". ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu və Milli Demokratiya İnstitutunun birgə müşahidə missiyası da ilkin dəyərləndirməsini edib. Beynəlxalq Respublikaçılar İnstitutunun prezidenti Den Tvininq hökumətin seçki ərəfəsində misilsiz siyasi, hüquqi və administrativ dəyişikliklər edərək, siyasi rəqabəti məhdudlaşdırdığını bildirib: "Bənzər manipulyasiyalar seçki öncəsi siyasi subyektlər üçün qeyri-bərabər şərait yaradır". Birgə müşahidə missiyasının üzvü, isveçli parlamentari Marqareta Siderfeld isə seçki ərəfəsində qəbul edilən xarici təsirin şəffaflaşdırılması haqqında qanunun QHT-lərin hökumət və ona bağlı qruplar tərəfindən təqib edilməsi və qorxudulması riski yaratdığını bildirib: "Gürcü Arzusu" yerli özünüidarəetmələrdə çoxlu nümayəndəyə nəzarət edib. Belə qorxu var idi ki, əgər yerli əhali hakim partiyaya səs verməsə, onların sosial yardımı kəsiləcək". Müşahidə missiyasının üzvü Con Şimkus bildirib ki, ümumilikdə seçki texniki baxımdan doğru keçib və yeni texnologiyalar olduğu kimi işləsə də bülletenlərin skan edilməsində kiçik problemlər müşahidə edilib. Maraqlıdır ki, bu deyilənlərlə bağlı Qərb təmsilçiləri hansısa əsaslı fakt təqdim edə blməyiblər. İndi bu şəraitdə Qərb müxalifətlə işbirliyinə gedərək, seçkidən sonra qarşıdurma yaratmağ açalışır. Müxalifətin aksiyaların verilən dəstək də bunun təzahürüdür.

Baş verənlər fonunda prezident Salome Zurabişvili "Orbeliani" sarayında müxalifət partiyalarının liderləri və QHT rəhbərləri ilə görüşlər keçirib. Zurabişvili  keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığını bildirib: "Biz Rusiya xüsusi əməliyyatının qurbanı olduq". Ancaq Zurabişvili dediklərini əsaslandıracaq dəlil gətirməyib. Buna rəğmən, prezident Gürcüstan hakimiyyətinin vətəndaşların seçkidə seçmək hüququnu əlindən aldığını söyləyib: "Bu seçkinin nəticələrini tanımıram". Gürcüstanın baş naziri, "Gürcü Arzusu"nun lideri İrakli Kobaxidze ölkədə seçkilərə "Rusiyanın müdaxiləsi" ilə bağlı ittihamlara cavab olaraq bildirib ki, Rusiyanın Gürcüstana təsiri yoxdur: "Burada onların təsirindən yararlanan siyasi partiyalar, təsir altında olan mətbuat orqanları yoxdur. Buna görə də Rusiya tərəfi Gürcüstandakı seçkilərə təsir göstərə bilməz". Bu arada MDB-nin baş katibi Sergey Lebedev bəyan edib ki, Gürcüstanda keçirilən seçkilərin nəticələri seçicilərin müstəqil kursun və qonşularla əməkdaşlığın əhəmiyyətini başa düşdüyünü göstərir: "Nəticə özü-özünə aydın olur, bu, məntiqlidir: insanlar Gürcüstan xalqı üçün müstəqil kursun qorunmasının vacibliyini anlayırlar, bu kurs isə xalqın maraqlarına cavab verir". Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə bəyan edib ki, Gürcüstan vətəndaşları xarici müdaxilə cəhdlərinə baxmayaraq, keçirilmiş parlament seçkilərində öz iradələrini açıq şəkildə ifadə ediblər. O, Macarıstanın, həm Avropa İttifaqına sədrliyi müddətində, həm də ondan sonra Gürcüstanın Avropa inteqrasiyasını dəstəkləməyə davam edəcəyini vurğulayıb: "Xarici müdaxilə cəhdlərinə baxmayaraq, Gürcüstan xalqı nə istədiyini açıq şəkildə göstərdi. Ailəni dəstəkləyən və vətənpərvər olan hakim partiya seçkilərdə böyük üstünlüklə qalib gəldi. Bravo, təbrik edirik!". Seçkilər təkcə Gürcüstan vətəndaşlarının iradəsini göstərməklə kifayətlənmədi, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlıların da bu prosesdə mühüm və həlledici rol oynadığını sübut etdi. Gürcüstanda yaşayan 300 minə yaxın azərbaycanlı bu seçkilərdə sülhün və ənənəvi dəyərlərin müdafiəçisi kimi çıxış etdi. Onlar hakim partiyanı dəstəkləməklə, bölgədə sabitlik və inkişaf üçün ən doğru yolu seçdiklərini nümayiş etdirdilər. Azərbaycanlı seçicilər Gürcüstanın siyasi arenasında mühüm rola sahib olmaqla yanaşı, onların verdiyi səslər seçkilərin nəticəsinə təsir göstərən əsas amillərdən biri oldu. Azərbaycanlıların dəstəyi, hakim partiyanın ümumi səslərinin təxminən 7-8 faizini təşkil edərək, bu etnik qrupun seçkilərdə nə qədər vacib olduğunu bir daha təsdiqlədi. Gürcüstanın seçkiləri həm də Qərbin bölgədə yürütdüyü siyasətə ciddi bir zərbə oldu. Qərbin Gürcüstanı parçalamaq, bu regionda yeni bir münaqişə ocağı yaratmaq cəhdləri məhz bu seçkilərlə qarşısı alındı. Azərbaycanlı seçicilər, digər Gürcüstan vətəndaşları kimi, Qərbin bölgəni xaosa sürükləmək istəklərinə qarşı çıxdılar.   Soydaşlarımızın kompakt yaşadığı Marneuli, Dmanisi, Bolnisi, Qardabani bölgələrində, eləcə də Zalqa rayonunda əhalinin əksəriyyəti "Gürcü Arzusu"na səs verdi. Hakim partiya ən çox Bolnisi sakinləri tərəfindən dəstək alıb. Qeyd edək ki, bu rayonun əhalisinin 75 faizini bizim soydaşlar təşkil edir. Gürcüstan-Azərbaycan münasibətlərinin hazırda yüksək səviyyədə olmasını nəzərə alaraq, soydaşlarımız hakim partiyaya dəstək ifadə etdilər. İndi Gürcüstanda uduzan Qərb müxalifət vasitəsilə burada yenə gərgin vəziyyət yaratmağa, növbəti rəngli inqilab təşkil etməyə can atlr. Amma bu dəfə çətin ki, istəyinə nail olsun.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ