şənbə günü, 31 oktyabr 2026
     

Paşinyan Azərbaycanla sazişin bütün razılaşılmış maddələrini Kazanda açdı - ikitərəfli nəzarət mexanizmi...

Image


Bu günlərdə Azərbaycan və Ermənistan prezidentləri ayrılıqda 2024-cü il avqustun 30-da imzalanmış "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"ni təsdiq edib. 

Ermənistan Milli Assambleyası onu daha əvvəl ratifikasiya edib. Azərbaycanda da əsasnamənin prezident tərəfindən təsdiqi onun parlamentdə daha əvvəl ratifikasiya olunduğunu göstərir. Əvvəllər bildirilirdi ki, bu prosedurlar Bakı və İrəvan tərəfindən eyni vaxtda həyata keçirilməlidir.

Sənəddə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının necə həyata keçirilməsi nəzərdə tutulur. Orada göstərilən yeganə əsas prinsip 1991-ci il Almatı Bəyannaməsidir, lakin aydın xəritələr yoxdur. Ermənistan müxalifəti qətnamənin ratifikasiyasının Ermənistanın dövlət maraqlarına zidd olduğunu bildirərək, müzakirədə və səsvermədə iştirak etməyəcəyini açıqlamışdı. Sentyabrın 26-da Konstitusiya Məhkəməsi sərhədin demarkasiyası prosedurunu Ermənistan Konstitusiyasına uyğun olaraq tanıyıb. Delimitasiya prosesi qonşu dövlətlərlə sərhəd xətlərinin müəyyən edilməsinin ilk mərhələsidir. Demarkasiya zamanı isə, bir qayda olaraq, genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya, yaşayış məntəqələri ətraflı göstərilir. Hesab olunur ki, proses artıq bundan sonra daha sürətlə irəliləyəcək. Sənədin Azərbaycanda və Ermənistanda təsdiqi oktyabrın 24-də Kazan şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşündən sonraya təsadüf edir. Həmin görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Nikol Paşinyan görüşdən öncə BRICS sammitinin "Outreach" / "BRICS+" formatında iclasındakı çıxışında bildirib ki, "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi ən azı 80-90 faiz razılaşdırılıb: "Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı formulalar artıq tam razılaşdırılıb. Qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi haqqında, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələmə prinsipinə əməl olunması məsələsi üzrə, bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması razılaşdırılıb". Bunlar əslində belə başa düşməyə əsas verir ki, Paşinyan sazişdə razılaşılmış maddələri təkrar edib. Prinsip etibarilə bunlar Azərbaycanın daha öncə təklif etdiyi və beynəlxalq hüquq normalarına uyğun prinsiplərdir. Əgər burada yenilik demək mümkün olsa, bu da öhdəliklərə nəzarət üzrə ikitərəfli mexanizmin yaradılmasıdır. Lakin göründüyü kimi, Paşinyan konstitusiya dəyişikliyi barədə heç nə demir və bu məsələnin sanki gərəksiz olduğu kimi bir davranış sərgiləyir.

Nikol Paşinyan deyib ki, Ermənistan beynəlxalq nəqliyyat kommunikasiyaları və onun ərazisindən keçən boru kəmərlərində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə tam təmin etməyə hazırdır: "Ermənistan Azərbaycana sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları vasitəsilə Naxçıvanla əlaqəni təmin etməyi təklif edib". Baş nazirin çıxışından sonra Rusiya prezidenti Vladimir Putin deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi sülh müqaviləsinə aparan düzgün yoldur. Məsələni şərh edən rusiyalı politoloq Sergey Markedonovun sözlərinə görə, Kazanda qlobal problemlərlə  yanaşı, regional təhlükəsizlik problemləri də xüsusi diqqət mərkəzində oldu: "Tatarıstanın paytaxtında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub. Bir neçə amili nəzərə alsaq, hadisə əhəmiyyətlidir. Əvvəla, son bir il ərzində rəsmi İrəvanın nümayəndələri Rusiyanın sülh yolu ilə nizamlanma platformasından səylə yayınaraq, ABŞ, Fransa və ümumilikdə Avropa İttifaqının "zəmanətləri"nə diqqət yetirdilər. Belə ki, oktyabrın 22-də Paşinyan ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə danışıqlar aparıb. Karpenter öz rəhbəri Co Baydenin mesajını Ermənistan hökumətinin rəhbərinə çatdırıb. Onların söhbətinin əsasını sülh sazişinin hazırlanması perspektivləri təşkil edirdi. Qeyd edək ki, İlham Əliyevlə Paşinyanın yolları çox keçməmiş MDB sammitində kəsişsə də, orada heç bir mənalı danışıq aparmayıblar. İkincisi, ilin əvvəlində sülh müqaviləsinin tezliklə imzalanması ilə bağlı çoxlu proqnozlar verilirdi. Bu arada tərəflər anlaşma və dəyişikliklərin on mərhələsini artıq keçiblər. Klassikin dediyi kimi, "hər şey hələ də eynidir". İki Qafqaz respublikasının liderləri BRİCS+ plenar sessiyası ərəfəsində Kazanda görüşüblər. Rəsmi hissə başlamazdan əvvəl onlar bir-biri ilə daha çox qeyri-rəsmi danışa bildilər. Bundan sonra mətbuatda İlham Əliyevlə Paşinyanın Kazan sammiti çərçivəsində danışıqlar aparması barədə məlumatlar yayılıb. Görüşdə vasitəçilər yox, hər iki nümayəndə heyətinin nümayəndələri iştirak edirdi. Təbii olaraq demək olar ki, 90% ilə razılaşdırılan gələcək sülh müqaviləsi haqqında yenə ümidverici sözlər səsləndi. Lakin Azərbaycan-Ermənistan nizamlanmasının bütün tarixi göstərir ki, bu cür nikbin bəyanatları praktikada yoxlamaq lazımdır. "Praktiki hazır dünya"dan sonra hadisələrin tamam başqa məcraya getməsi halları tez-tez olub. Nə olursa-olsun, İrəvanla Moskva arasındakı münasibətlərdə, bütün çətinliklərə baxmayaraq, Rusiya tərəfinin əhəmiyyətini qiymətləndirməmək olmaz.

Ermənistan tərəfinin Qərblə dialoqda necə irəliləməsindən asılı olmayaraq. Kazan görüşü sıçrayış olacaqmı? Artıq bununla bağlı nə qədər ümidlər səslənib! Görünən odur ki, nəticə çıxarmağa tələsməyə ehtiyac yoxdur, lakin Rusiyanın regiona davamlı maraqlarını qeyd etmək lazımdır. Üstəlik, Tatarıstanın paytaxtında BRİCS forumunun təsiri gücləndi". Xatırladaq ki, Azərbaycan-Ermənistan sərhədinin 12 kilometrlik hissəsi artıq demarkasiya olunub. Yeni geosiyasi reallıqlar şəraitində sərhədlərin delimitasiyasından sonrakı mərhələdə demarkasiyasına ümidlər yaranır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ