şənbə günü, 31 oktyabr 2026
     

İrandan absurd ittiham - Azərbaycan Ukraynadan 1 konteyner radioaktiv tullantını 260 min dollara Xəzərə daşıyır...

Image


Sadıq Qarayev: "Bu iddianın heç bir əsası yoxdur, COP29-a qarşı yönəlmiş təxribatçı fikirlərdir"

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin və xalqımızın bədxahlarını ciddi narahat edir və bu səbəbdən də absurd iddialar irəli sürürlər.  

Bunlardan biri də Qafqaz məsələləri üzrə iranlı ekspert Əhməd Kazemidir. Bir sıra əsassız fikirlər irəli sürən Kazemi iddia edir ki, Azərbaycan  COP29-u keçirməyə guya layiq deyil.   

Guya Azərbaycan Xəzər dənizini daha çox "çirkləndirir", guya Xəzər dənizinin flora və faunası təhlükə altındadır(?). 

Kazemi iddia edib ki, Azərbaycan onilliklər əvvəl guya Ukraynadan gətirdiyi radioaktiv tullantıları Xəzər dənizinə atıb, hər konteynerə görə 260 min dollar alıb. Onun absurd iddialarından biri də odur ki, guya Bakı və Sumqayıt şəhərlərindən "milyonlarla ton təmizlənməmiş şəhər, məişət və sənaye tullantıları" Xəzər dənizinə, Naxçıvandan isə Araz çayına axıdılır. 

Bu adam heç bir əsası olmayan fikrini "əsaslandırmaq" üçün bir neçə siyasi, iqtisadi "arqument" gətirir və sair. Bunun məqaləsində bir neçə absurd məqam var. Bu adam iddia edir ki, guya bir neçə il əvvələ qədər Azərbaycana konteynerlə Ukraynadan radioaktiv tullantılar gətirdilər və hər konteynerə görə 260 min dollar alınırdı (?), Ukraynadan radioaktiv tullantıları gətirib Xəzərə boşaldırdılar (?). Guya Sumqayıt bir yandan, Bakı da bir yandan Xəzəri "çirkləndirir". Naxçıvandan isə, guya Araza tullantı axıdılır. Bu adam iddia edir ki, COP-u o dövlət keçirməlidir ki, iqlim dəyişikliklərinə qarşı əməli töhfələri olsun, amma Azərbaycan əsasən ziyan vurub (?). Bu iddiaların hamısı, təbii ki, yalandır. Xəzəri, Arazı çirkləndirən Azərbaycan deyil, İranın özü və müdafiə etdiyi Ermənistandır. Naxçıvandan Arazın suyu gəlib çıxana qədər yolda çox şey baş verir. Naxçıvanın nə zavodu, nə sənaye mərkəzi var ki, çirkəndirsin də? Amma Oxçuçayda ermənilərin nə etdiyi məlumdur. İranın Ermənistan dostu Arazı ağır tullantılarla, zəhərli metallarla zəhərləyib, ekologiyanı korlayıblar, ekosid yaradıblar. Əgər İran obyektiv olsaydı bunlara diqqət yetirərdi, Ermənistanın gözündəki tiri görərdi, Azərbaycanın gözündə tük axtarmazdı.

"Qafqazın təbiətinin, iqliminin təəssübünü çəkirlərsə, artıq istismar müddəti başa çatan və bölgə üçün fəlakət yaradan "Metsamor" Atom Elekrtik Stansiyasının adını niyə çəkmirlər?"

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev "Bakı-Xəbər"ə bildirdi ki, iranlı ekspertin dedikləri tamamilə yalandır və bunun hardan qaynaqlandığı, hansı məqsəd daşıdığı məlumdur. "Bu adam belə iddia irəli sürüb. Xəzəryanı ölkələr var, bunların peykdən görüntüləri var, digər dövlətlərin nəzarəti mövcuddur, bunlar hamısı izlənilir. Necə olur ki, biz Ukrayadan pul alıb radioaktiv tullantıları gətirib Xəzərə tökdük, amma dünya görmədi, bircə bunlar gördülər? Yaxşı, belə bir məsələ vardısa o zaman niyə bu ekspertin səsi çıxmadı, niyə demədi ki, belə bir məsələ var? Onun iddiaları absurddur və bir bəhanədir, bu olmasaydı başqa bir bəhanə tapıb deyəcəkdilər. Bu iddianın əsası yoxdur, çünki belə bir şey olmuş olsaydı bunu başqa ölkələr mütləq deyərdi. Biz o radioaktiv tullantıları gətirsəydik, məntiqlə onu Şimal tərəfdə tökərdik və bunu birinci Rusiya, Orta Asiya Respublikaları görərdi. Necə ola bilər ki, onlardan qabaq bunlar gördü? Bu iddianın heç bir əsası yoxdur, COP29-a qarşı yönəlmiş təxribatçı fikirlərdir".

S.Qarayev qeyd etdi ki, Xəzərin ətrafında beş ölkə var və Azərbaycan belə bir şey etmişdisə onların bunu görməməsi mümkün deyildi. "Bu iddiadır. Amma fakt budur ki, Beynəlxalq Nüvə Araşdırmaları Mərkəzi və digər aidiyyəti qurumlar, "MAQATE", bizim qonşu dövlət özü uranın zənginləşdirilməsini (özləri bunu dinc məqsədlər üçün etdiklərini deyirlər-S.Q) isbat edir. Lap dinc məqsədlər üçün olsa da belə, həmin prosesdə böyük tullantılar meydana gəlir,  o üzrə apardıqları tədqiqatlar nəticəsində yəqin ki, tullantıları, zəhərli, ağır metalların çöküntülərini harasa ata bilərlər. Ya istəyirsən dənizə at, ya təbiətə, ya da istərsən yerə basdır, fərqi yoxdur, insan fəaliyyəti nəticəsində ortaya çıxıb çirklənmə yaranması deməkdir. Azərbaycanda uranın zəngiləşdirilməsi, atom elektrik stansiyası ilə bağlı bir proses getmir. Bu gün istər Qafqaz, istərsə də Xəzəryanı bölgəni götürsək, bu bölgədə təbiətə ən az zərər verən, ən çox zərərin qarşısını almağa çalışan, həm iqlim dəyişiklikləri ilə mübarzə aparan, həm floranı, faunanı qorumağa yönələn dövlət siyasəti aparan ölkə bizik. Fakt kimi azad əraziləri göstərmək istəyirəm. Azad ərazilərə fikir versəniz görərsiz ki, Zəngilanda böyük meşə sahəsi salmağa başladıq. Azad rayonların bərpasında biz birinci yaşıllıqlar məsələsinə həssas yanaşırıq, yaşıllıqlar salırıq. Dövlətimizin siyasətində təbiətə qayğı, təbiəti qorumaq məsələsini bütün dünya görür, qiymətləndirir. COP29-un da bizim ölkəmizdə keçirilməsinə səs verən ölkələr bizim ala gözümüzə aşiq olub səs verməyiblər ki. Onlar bizim fəaliyyətimizi izləyiblər, monitorinqlər, təhlillər aparıb qərar veriblər ki, COP29 Azərbaycanda keçirlsin. Bizim ölkəyə 180-190 ölkə səs veribsə onların hamısının buna əsasları var. İndi bizi istəməyən qüvvələrin belə təxribatları həmişə olub. O adamın mövqeyi bilmirəm özünün, yoxsa ölkəsinin mövqeyidir, amma çox yanlış, absurd bir mövqedir" - deyə S.Qarayev bildirdi.    

S.Qarayev bildirdi ki, İran nümayəndəsinin COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxması, irəli sürdükləri elmi əsaslara, faktlara söykənmir, həqiqəti əks etdirmir. S.Qarayev qeyd etdi ki, onlar onsuz da bizim keçirdiyimiz bütün beynəlxalq tədbirlərə qara yaxmaq üçün bir "fakt" tapırlar, bəhanə uydururlar. 

S.Qarayev vurğuladı ki, İlk Avropa Oyunları, "Avrovizya" və başqa tədbirlər zamanı da bu cür təxribatçı fikirlər bildirirdilər, amma bunların heç biri Azərbaycanı öz yolundan sapdıra bilməz. "Konkret Xəzər məsələsinə gəldikdə, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi monitorinqlərə, tədqiqatlara görə, Xəzərdə 128-ə yaxın axar var. Bu axarların da çoxu çaylardır və çirklənmiş sular ordan gəlib Xəzəri çirkləndirə bilir. Bunun da 60 faizi Volqa çayının, yəni Rusiya Federasiyasının payına düşür. Xəzər necə çirklənə bilər? Quru ərazilərdən gələn axıntılar vasitəsilə. Bizim payımıza düşən, deyək ki, Kür və Araz çaylarıdır. Kür və Araz çaylarının da hər ikisi mənbəyini Türkiyədən götürür, Kür Gürcüstandan, Ermənistandan keçir və Kürün üzərində olan böyük şəhər Azərbaycanda deyil. Əgər fikir versək görərik ki, Kürün üzərindəki böyük şəhər Gürcüstandadır. Yaxud da Kür və Araz Ermənistandan çirklənib gəlir. Məsələn, iqlim dəyişikliklərinə insanların, dövlətlərin təsirinə baxsaq, Arpa çayı özü Ermənistandan gəlir, onlar həm o suyu azaldırlar, həm biomüxtəlifliyə ziyan vururlar, bu da ekologiyaya təsir edir. Eyni zamanda Ermənistan bu çayı ağır metallarla çirkləndirir. Transmilli çaylardan biri Araz çayıdır. Araz çayı Türkiyədən başlayaraq Ermənistana, sonra Naxçıvana, təzədən Ermənistana və sonra Azərbaycana gəlir. Azərbaycandan keçən hissələrin də hamısının bir sahili İran tərəfə düşür. Bunlar Arazı çirləndirməklə bərabər onun suyunu daşıyıb kənd təsərrüfatına sərf edirlər. Arazın suyundan ən az istifadə edən Azərbaycandır. Məsələn, Naxçıvanın özündə elə sənaye obyektləri, zavod, fabrik yoxdur ki, ora hansısa ağır metallar axıdılsın. Bir çayın suyunu çox istifadə edirsənsə onun içində, ətrafında yaşayan bitki və heyvanat aləminə təsir edirsən. Bu, təbiətə müdaxilədir. Araza ən çox müdaxilə edən, yararlanan İrandır, ən az istifadə edən bizik. İran tərəf Araza nasoslar qoyub suyu çəkib aparıb suvarmada istifadə edir. Eyni zamanda onlar Arazı tullantı maddələrlə çirkəndirirlər. Xəzərin sahilində onların böyük Rəşt, Ənzəli şəhərləri var, orada böyük limanlar və sair mövcuddur. Bunların hamısının tullantıları Xəzərə tökülür. Türkmənbaşı şəhəri, Rusiya Federasiyasının Həştərxan və Mahacqala şəhəri, bizdə də Bakı və Sumqayıt şəhərləri var. Xəzər çirklənirsə, real desək, bu çirklənmənin ən az faizi bizim payımıza düşür. İkincisi də, əgər bunlar Qafqazın təbiətinin, iqliminin təəssübünü çəkirlərsə artıq istismar müddəti başa çatan və bölgə üçün fəlakət yaradan "Metsamor" Atom Elekrtik Stansiyasının adını niyə çəkmirlər? Orada bir dəfə reyd keçiriblərmi? Orda hansısa elmi-tədqiqatlar aparıblarmı ki, bu əraziyə nə qədər ziyan vurulub? Bu İran ərazisinə yaxındır. "Metsamor" İran ərazisinə, bütövlükdə bölgəyə nə qədər ziyanlı təsir etdiyini, çirkləndirdiyini araşdırıblarmı? Uzun illər Ermənistanın işğalı altında olmuş ərazilərimizdə bu ölkə bizim heyvan, bitki aləminə qarşı çox böyük ekoterror həyata keçirib. Bizim qonşu dövlətin indiyə qədər Ermənistanın bizim ekositemimizə qarşı törətdiyi terrorla bağlı hər hansı bir qeydi, narazılığı olmayıb. 

Bir fakt deyim, 2022-ci ildə Oxçuçayda apardığımız elmi-təqdiqatlara, monitorinqlərə görə, bu çayda suyun tərkibində dəmir, manqan, ammonium sulfatların qatılığı daha da artıb. Bu elmi araşdırmadır və bunu Ermənistan tərəfindən gələn Oxçuçayda, transsərhədə aparıblar. Sözü deyəndə biri var havadan deyəsən, biri də var əsaslandırıb deyəsən. Oxçuçayın ağır metallarla çirkləndirilməsi ilə bağlı aparılan elmi tədiqiqatlar zamanı məlum oldu ki, bu çayda ammoniumun miqdarı 4, 5 dəfə çox olmuşdur. Təbii sudursa niyə çox olsun ki? Ermənistan Oxçuçayı çirkəndirir. Bu çayın ən çox çirklənən mənbələrindən biri Qacaran Mis-Molibden Kombinatıdır. Onlar Almaniyanın "Kronimet Holding" şirkəti ilə birgə işləyirlər. O, zəhərli maddələri o çaya axıdır, bu da təbii ki, ətraf mühitə, təbiətə təsir edir". 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ