Cümə axşamı günü, 05 noyabr 2026
     

Zəngəzur açılmasa, Ermənistan özü məhv olacaq...

Image


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan olan həmkarı Ararat Mirzoyanla mayın 10-u Almatıda görüşəcək. Burada aparılacaq müzakirələr barədə ətraflı məlumat verilməsə də, hesab olunur ki, sülh müqaviləsi, regionda kommunikasiyların açılması əsas diqqət mərkəzində olacaq. Bura Zəngəzur dəhlizi də daxildir.

Belə bir vaxtda Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın "ZEIT" qəzetinə açıqlamasında olduqca maraqlı bir açıqlama verib. O qeyd edib ki, 2020-ci il atəşkəs bəyanatında nəzərdə tutulduğu kimi, Zəngəzur ərazisindən birgə avtomobil və dəmir yolu çəkilə bilər: "Bu dəhliz vasitəsilə Ermənistan təcrid vəziyyətindən çıxa bilər, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər". Ermənistanın bu təklifi rədd etmə ehtimalına gəldikdə, E.Əmirbəyov qeyd edib ki, İran vasitəsilə də avtomobil və dəmir yolu çəkilə bilər ki, bu, Zəngəzur dəhlizindən cəmi on kilometr uzun olar. O, ermənilərin narahatlığını absurd hesab edib. Qəzetin yayımladığı materialda bildirilib ki, Ermənistan ərazisinə düşən torpaq zolağının uzunluğu cəmi 34 kilometrdir və Azərbaycanı öz eksklavı olan Naxçıvandan ayırır. E.Əmirbəyov bunun üçün müharibə ehtimalı ilə bağlı suala cavabında bunun qətiyyən olmayacağını vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir. Bu fonda Ermənistan parlamentinin spikeri Alen Simonyan da mühüm açıqlamaları ilə diqqət çəkir: "Mən ötən ilin sonundan deyirəm ki, sülh müqaviləsi imzalamaq üçün imkan var, sadəcə bunun üçün siyasi iradə lazım idi. Ümid edirik ki, bu proses məsələnin çox tez başa çatdırılmalı olduğuna dair növbəti siqnaldır, çünki erməni tərəfi bu istiqamətdə hərəkət edəcək və daim iş aparacaq". Simonyan tərəflər arasında əsas fikir ayrılığının nədən ibarət olduğu sualına belə cavab verib: "Heç bir prinsipial fikir ayrılığı yoxdur, biz məqamları bir-bir keçirik, yəni bir məqama çatırıq, müzakirə edirik. Bu, ikiqat şərhə imkan verməmək üçün çox vacibdir. Baxın, bəzi ölkələr və bəzi siyasətçilər 10 noyabr bəyanatı ilə bağlı oxşar fərziyyələr aparmağa çalışdılar. Bu, hamımız üçün yaxşı dərs oldu". Ermənistan baş naziri Nikol Paşinyan da bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər. Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır. Paşinyan qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.

Sülh sazişinin imzalanması üçün mühüm şərtlərdən biri də məhz kommunikasiyaların açılmasıdır. Görünən odur ki, Ermənistanda bu fonda Zəngəzur dəhlizinə yanaşma da dəyişir. Hazırda Ermənistan və Azərbaycanın şimal-qərb ərazilərindən sərhədlərin delimitasiya proseslərinə start verilib. Lakin cənuba doğru getdikcə çoxlu mübahisəli ərazilər olacaq. Xüsusilə də cənuba yaxınlaşdıqca Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gələcək. Azərbaycan Ermənistanın heç bir nəzarət mexanizmi olmadan Zəngəzur dəhlizinin işə düşməsinin tərəfdarıdır. Bu sadəcə dəmiryolu və quru yolu deyil, eyni zamanda enerji resurslarının daşınmasını həyata keçirəcək dəhlizdir. Elə bu da Ermənistan üçün olduqca maraqlıdır. Hesab olunur ki, bu məsələnin uzadılması Ermənistanın özünün də xeyrinə deyil. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu belə əsaslandırır ki, Azərbaycan hüquqi baxımdan tam şəkildə Göyçə mahalı və Zəngəzur məsələsini gündəmə gətirmək haqqına sahibdir. O, "axar.az"a açıqlamasında bu xüsusda qeyd edir: "Fikrimcə, Azərbaycan üçün strateji baxımdan iki vacib məsələ öz həllini tapmalıdır. Birincisi, Azərbaycan xalqının razılığı olmadan qanunsuz şəkildə ölkəmizin Göyçə gölü sahilindən tam məhrum edilməsidir. İkincisi isə odur ki, SSRİ dövründə ölkəmizin ərazisi iki yerə bölünüb. Yəni Göyçə mahalı və Zəngəzuru nəzərdə tuturam. O ərazilərimiz də axı SSRİ dövründə Ermənistana zorla verilib. Bunları tələb etməyimiz də Almatı Bəyannaməsindəki prinsiplərə uyğundur. Bəhs etdiyimiz məsələlərin danışıqlar mövzusu olacağına əminəm. Bu, qaçılmazdır. Paşinyan isə özlərinə sərf edən vəziyyətin təbliğ etmək yolu ilə təsbit olunmasını istəyir. Amma yalnız qalib ölkələr belə davranırlar. Tarixdən yüzlərlə örnək vermək olar, məğlub ölkə heç vaxt öz ərazisini artırmır. Ermənistan tarixi ədalətsizliyi müxtəlif manipulyasiyalar yolu ilə təsbit etmək istəyir. Ancaq Azərbaycan heç vaxt buna razı olmayacaq". Hər halda, seçim Ermənistanındır. Diplomat Azərbaycanın Ermənistanla delimitasiya xəritələri ilə bağlı fərqli mövqedə olduğunu bildirib: "Həmin dövrdə müxtəlif xəritə və sərhəd dəyişiklikləri olub. Bunları yerli hakimiyyət orqanları vaxtilə qismən də olsa, bu və ya digər formada təsbit ediblər. Problem isə ondan ibarətdir ki, Ermənistan 1989-cu ildə rəsmi şəkildə ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb, de-fakto və de-yure sərhədləri pozub. İndi isə müharibədə məğlub olandan sonra onlar üçün ən məqbul variantdan istifadə etmək niyyətindədirlər. Bunlar təxminən 1975-1976-cı illərin xəritələridir. Ancaq ortada razılaşdırılmış prinsiplər var. Azərbaycanın isə mövqeyi ondan ibarətdir ki, sərhədin müxtəlif hissələrində müxtəlif dövrlərin xəritələri istifadə olunacaq. Paşinyan yəqin ki, daxildə nüfuzunu qaldırmaq üçün SSRİ dövrünün hüquqi qüvvəyə malik ən son xəritələrindən istifadə ediləcəyini bildirib. Ancaq Azərbaycanın rəsmi mövqeyi müxtəlif dövrlərin xəritələrindən istifadəyə imkan verir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ