Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanla kilsə bir-birinin məhvinə qərar verdilər...

Image


Ermənistanda milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsinə başlanıb. Bunu baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib: "Davam edən proseslər bizi belə bir qənaətə gətirdi ki, Ermənistanın inkişaf strategiyasına yenidən baxılmalıdır. İşçi səviyyədə bu təftiş prosesi artıq başlayıb".

Onun fikrincə, Ermənistanın varlığının mənası tarixi ədalətə, milli gündəmlərə xidmət etmək yox, vətəndaşların azadlıqlarını, xoşbəxtliyini və rifahını təmin etmək olmalıdır. Baş nazir vurğulayıb ki, ölkənin təhlükəsizliyini xarici əlaqələrin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli müdafiə və təhlükəsizlik sisteminin tətbiqi ilə təmin etmək olar. O düşünür ki, Ermənistanın ətrafında təhlükəsizlik qarantiyaları sistemi işləmir. Onun sözlərinə görə, bu şəraitdə ölkə Türkiyə və Azərbaycanla düşmənçiliyə son qoymalıdır, çünki yalnız belə yanaşma ölkənin təhlükəsizliyini təmin edə bilər. Paşinyan vurğuıayır ki, delimitasiyadan imtinanın qaçılmaz nəticəsi müharibə olacaq və bu müharibə müəyyən mənada qeyri-qanuni olmayacaq: "Biz deyirik ki, yaxşı, əziz jurnalistlər, hörmətli din xadimləri, yepiskoplar, katolikos həzrətləri, siz deyirsiniz ki, bu gündən etibarən sərhədləri ayırmağa son qoyaq. Sonra nə olacaq? Bir şey - müharibə". Yeri gəlmişkən qeyd edək ki, Paşinyan bu mətbuat konfransında, belə demək olarsa, kilsə ilə açıq savaşa başlayıb: "Qorxuram ki, ölkəmizdə ən yüksək səviyyəli ruhanilər uğursuzluğa düçar oldular. Düzdür, hakimiyyətin kilsə ilə heç bir münaqişəsi yoxdur. Kilsənin hakimiyyətlə ziddiyyətə getməsinə isə kilsənin özü cavab verməlidir. Əgər konkret din xadimi siyasi bəyanatla çıxış edirsə, bu o deməkdir ki, kilsə öz uğursuzluğunu və ya mənəvi liderliyi həyata keçirə bilmədiyini etiraf edir. Təəssüf ki, bir çox yüksək rütbəli din xadimləri bu vəziyyətdədir. Onların dini-mənəvi sahə ilə heç bir əlaqəsi olmadığı üçün siyasi təklif irəli sürmələrinə təəccüblənmirəm". Paşinyan ali təhsili olmayan din xadimlərinin, hətta İncili sona qədər oxumadığını da istisna etməyib. O qeyd edib ki, bir çox kvotalar arasında din xadimlərinin öz kvotasının olduğu vaxtlar olub: "Mercedes", "Bentley", "Lexus" lüks avomobilləri, idxal, ixrac üçün din xadimlərinin kvotası var idi. İndi heç kimin kvotası yoxdur. Bu gün din xadimləri açıq şəkildə müharibəni təbliğ edirlər. Kimin adından? Mən xalqın iradəsi ilə buradayam və xalqın istəyi ilə olmayacağam. İndi bu gücü sizə təslim edim? Mən gücü ancaq sahibinə ötürə bilərəm. Hakimiyyət hər gün sahibinin, yəni xalqın əlindədir. Əgər xalq müharibə istədiyinə qərar versə, mən onlara hər şeyi təqdim etməyə çalışacağam". Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu bu gün faktiki olaraq siyasi hərəkata başçılıq edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır. Bununla da Paşinyan Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın rəhbərlik etdiyi və Tavuşda delimitasiyaya  qarşı yönəlmiş "Vətən naminə Tavuş" etiraz yürüşünə eyham vurub.
 Onun fikrincə, bu hərəkatın məqsədi keçmiş iqtidarın hakimiyyətə qayıtmasıdır. Baş nazir bildirib ki, hələ 2021-ci ildə "Hayastan" blokunun lideri Robert Köçəryan kilsə vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisini təqdim edib. Paşinyan hesab edir ki, əgər katolikos hansısa hərəkata xeyir-dua verirsə, deməli bu, bu hərəkatın liderliyindən başqa bir şey deyil: "Katolikosun icazəsi və hətta göstərişi olmadan keşiş siyasi mətnləri tələffüz edə bilməz". Paşinyanın açıq ittihamlarına kilsənin cavabı gecikməyib. Kilsənin Ali Ruhani Şurası bu xüsusda bəyanat yayıb: "Siyasi hakimiyyətə heç bir iddiası olmayan kilsə Vətənin və dövlətçiliyin möhkəmləndirilməsi naminə tarixi məsuliyyəti dərk edərək səylərini davam etdirəcək". Bəyanatda qeyd olunur ki, hərtərəfli və zəmanətli həll yolları olmadan sərhəd Tavuş bölgəsində sərhədin demarkasiyası bəhanəsi ilə həyata keçirilən son dərəcə təhlükəli hərəkətlər erməni xalqı üçün yeni təhlükələr yaradır: "Ekzistensial çətinliklərlə üzləşən Tavuş yeparxiyasının ruhaniləri insanların qayğı və ehtiyaclarına biganə qala bilməzlər. Biz xalqımızın övladlarını haqlı qorxu və narahatlıqlarını müstəsna olaraq sülh yolu ilə ifadə etməyə, qanunsuz hərəkətlərdən çəkinərək sakitliyə və təmkinli olmağa çağırırıq. Biz, həmçinin, ictimai asayişin qorunmasına cavabdeh olan xidmətlərdən öz fəaliyyətlərini müstəsna olaraq qanunvericiliyə uyğun şəkildə həyata keçirmələrini gözləyirik.
 Biz həmçinin hakimiyyəti xalqın haqlı tələblərini dinləməyə və sülhə nail olmağa yönəlmiş proseslərdə cəmiyyətimizdə qeyri-müəyyənlik hissini gücləndirməklə təhlükəsizlik təhdidlərini artırmayan yanaşmaları rəhbər tutmağa çağırırıq. Milli ləyaqətimiz, doğma dövlətimizə, müqəddəs dəyərlərimizə qeyrət və sədaqətimiz yerini ümidsizliyə, dözümsüzlüyə, düşmənçiliyə, nifrətə buraxmamalıdır.
 Siyasi hakimiyyətə heç bir iddiası olmayan kilsə Vətənin və dövlətçiliyin möhkəmləndirilməsi, xalqımızın kimlik və hüquqlarının qorunması, milli həyatda birliyin və qardaşlıq sevgisinin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi naminə tarixi məsuliyyəti dərk edərək bundan sonra da səylərini davam etdirəcək". Ermənistanın "Joğovurd" qəzeti yazır ki, Paşinyan və kilsənin savaşı yeni deyil: "Nikol Paşinyan hakimiyyətinin ilk günlərindən kilsəyə və ruhanilərə əlcək atdı. İnqilabçıların hakimiyyəti dövründə Ermənistanda görünməmiş bir hadisə də baş verdi. "Yeni Ermənistan, Yeni Patriarx" şüarı ilə İrəvan küçələrində katolikos II Qaregin əleyhinə aksiyalar keçirərək onun istefasını tələb etdilər. Paşinyan hakimiyyətə gəldikdən bir il sonra kilsə adamlarını diz çökdürməklə hədələyib. Kilsə ilə hökumət arasında münasibətlər xüsusilə 44 günlük müharibədən sonra pisləşib. Kilsə rəsmi olaraq Nikol Paşinyanın istefası tələbinə qoşularaq, onu məsuliyyəti öz üzərinə götürməyə və baş nazirin səlahiyyətlərini təhvil verməyə çağırıb. Katolikos II Qaregin ilk dəfə açıq şəkildə etiraf etdi ki, kilsə ilə Paşinyan hökuməti arasında fikir ayrılıqları var. Kilsə-dövlət gərginliyi geridönməz həddə çatıb. Kilsə və hökumət nümayəndələri təkcə bir-birini açıq şəkildə ittiham və tənqid etmirlər, hətta hakimiyyət orqanları və kilsə dövlət tədbirlərində və dini bayramlarda iştirakdan yayınırlar".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ