Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanı devirmək istəyən keşişlər xarici agentlər imiş…

Image


Ermənistanın Azərbaycanla sərhəd Kirants kəndinin sakinləri Yerevana yürüşə başlayıblar. Etirazçılar hökuməti Azərbaycanla sərhədlərin müəyyənləşməsində birtərəfli güzəştə getməkdə ittiham edirlər. Yürüşə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan başçılıq edir. Elə bunlar fonunda Baqrat Qalstanyanla bağlı maraqlı faktlar üzə çıxır. 

Hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Qaqik Melkonyan qeyd edir ki, Baqrat Qalstanyan Rusiyanın ən yaxşı agentlərindən biridir. O, son hadisələr fonunda hökumətin sanki sarsıldığı barədə iradlara cavab verərkən deyib: "Siyasi hakimiyyətin sarsıldığını necə görmək olar? Tavuş yeparxiyasının primatı gəlir, birdən-birə siyasi hakimiyyət sarsıldı? Heç nə olmayacaq, çünki bu hərəkətlər 2018-ci ildən bəri mövcuddur". O qeyd edib ki, müxalifət xalqı toplaya bilməyib:   "Baqramyan prospektini aylarla bağlı saxladılar. İnsanları toplamaq üçün hər şeyi etdilər, amma bacarmadılar. İndi isə arxiyepiskopla 40 nəfər gəzir. Nikol Paşinyan 12 nəfərlə Gümrüdən gəlib. Baqrat Qalstanyan bel çantasını unudub, götürməli idi. Belə çantası yoxdursa, uğur qazana bilməyəcək". Bununla Qaqik Melkonyan  kilsənin hakimiyyətə qarşı fəaliyyətinə istehza ilə yanaşdığını göstərib. O, müxalifət və kilsəni qeyri-ciddilikdə ittiham edib: "Əgər bir şey ciddi deyilsə, onu necə ciddi qəbul etmək olar? Əgər insanlar ölkəni dağıtmaq istəyirlərsə, hansı ciddilikdən danışmaq olar? Əvvəlcə onlar Tavuşda toplaşıblar və nə ediblər? Bəli, ciddiləşməliyik, ölkəni itirmək təhlükəsi var, bundan qorxmaq lazımdır.  
 Onlardan üçüncü ölkə kimi, Rusiya tərəfindən Ermənistanı müharibəyə sürükləmək üçün "beşinci kolon" kimi istifadə olunur". Melkonyan əlavə edib ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru Baqrat Qalstanyan bir çoxları kimi Rusiyanın ən yaxşı agentlərindən biridir: "Rusiyanın Ermənistanda həmişə agentləri olub, onlar hələ də fəaldırlar. Kilsə KQB ilə əlaqəli idi. Xaricdəki keşişlərimizin yarıdan çoxu KQB agentləri idi. Bu barədə özləri danışırlar. Əgər Baqrat Qalstanyan Tavuş yeparxiyasının primatıdırsa, onda niyə İrəvana üz tutur?". Qaqik Melkonyan radikal müxalifəti də sərt tənqid edib: "Robert Köçəryanın, Serj Sarkisyanın rəhbərliyi altında onların bütün əlaltıları yürüşü müşayiət edir. Orada səlahiyyətli şəxslər var, ona izah etdilər ki, sərhədin demarkasiyası olmalıdır, bizim dövlət sərhədimiz olmalıdır. Amma Baqrat Qalstanyan deyir ki, əsgərimizin ayağı hardadır, sərhədimiz də ordadır. Biz Azərbaycanla razılaşdıq ki, 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiya aparaq. Bizim ərazilərimiz olan o sərhədlərin sahibi bizik". Demarkasiya prosesinin hansı xəritələr əsasında aparıldığını soruşduqda deputat belə cavab verdi: "1991-ci ilin xəritələri əsasında, 1976-cı ilin xəritələri əsasında. Azərbaycan razılaşdı ki, biz Alma-Ata bəyannaməsində nəzərdə tutulan xəritələrə əsasən demarkasiyaya doğru gedirik. Müharibə başlasa, biz əziyyət çəkərdik. Yenə ora rus sərhədçiləri gələrdi, biz Rusiyanın quberniyasına çevrilərdik, Ermənistan mövcud olmağı dayandırardı, müstəqilliyini itirərdi. İndi etirazçılar İrəvana gedir, onları kim qarşılayır? Vanetsyan və Arşak Karapetyan qoşulur. Onların yanında "Hayastan" fraksiyası dayanır. Robert Köçəryanın rəhbərliyi altında, Serj Sarkisyanın rəhbərliyi ilə onların bütün əlaltəları yürüşü müşayiət edir. Qalstanyanın Tavuş bölgəsində əla reputasiyası var idi, xalq onu Tavuş yeparxiyasının rəhbəri kimi qəbul edir və sevirdi. İndi gör onun haqqında nə deyirlər? Onlar artıq qışqırırlar: Baqrat baş nazirdir. Amma o, sadəcə olaraq oyuncaq kimi istifadə olunur". Robert Köçəryanın dövründə müdafiə nazirinin müavini işləmiş Qaqik Melkonyan aksiyanın iflasa uğrayacağını bildirib. 

Ermənistan parlamentinin spikeri Alen Simonyan da Azərbaycanla sərhədin delimitasiyası üsullarından ölkədə kütləvi narazılıq olmadığını, lakin etirazlarda keçmiş hakimiyyətin və xarici qüvvələrin maxinasiyasını gördüyünü bildirib. "Meydanda 100-200 min adam toplaşsa, hakimiyyət gedəcəkmi" sualına Alen Simonyan sualla cavab verib: "Bəs yenə 15-20 min adam toplaşsa? Onda müxalifət siyasətdən gedəcək? Ermənistanda hakimiyyət xalqındır, xalq hansısa tələb irəli sürəndə görəcəyik ki, xalqdan gəlir. Məsələ kəmiyyətlə həll olunmur. Müxalifətçilərin öz ətraflarında yaratdıqları reallıq budur ki, onlar öz dediklərinə inanırlar, media vasitəsilə yayırlar. Amma bunlar həqiqətdən uzaq olur. Əminəm ki, Ermənistan xalqı hər şeyi çox gözəl başa düşür. Əminəm ki, Ermənistan xalqı sərhədlərin delimitasiyası prosesinə inanır, bilir ki, Ermənistan sülh şəraitində yaşamalıdır, müharibə istəmir, kilsənin bəzi üzvlərini siyasi fiqurlar kimi qəbul etməyəcəklər, bu qəbuledilməzdir". Bu prosesdə hansısa xarici iz görüb-görmədiyini soruşduqda, o belə cavab verib: "Mən müxtəlif yerlərdən, fərqli diqqət və maliyyəyə malik, əsasən də eyni ölkədə yerləşən bloggerlərin bu hərəkata qoşulduqlarını bəyan etdiklərini görürəm. Əlbəttə, mən bunu görürəm, aydındır. Bəs bunu kim başa düşmür?".  Baş verənləri şərh edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov bir sıra maraqlı nüanslara diqqət çəkərək bildirir: "Artıq biz bir neçə ildir ki, yaz aylarında Ermənistanda müxalifətin fəallaşdığının şahidi oluruq. İndiki etirazları isə Paşinyana qarşı olan müxalifət və kilsə təşkil edir. Məqsədləri fürsətdən istifadə edərək mövqelərini gücləndirmək, sıralarını genişləndirməkdir. Siyasi şərhçi "axar.az"a açıqlamasında Rusiyanın Ermənistanda etirazlar dalğasının genişlənməsində maraqlı olduğunu vurğulayıb: "Burada həm də xarici faktorların təsiri var. Belə ki, Rusiya da Ermənistan ərazisində sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak etməyə çalışır. Lakin rəsmi İrəvan buna imkan vermir. Nəzərə almaq lazımdır ki, Rusiya və Erməni Apostol Kilsəsinin yeparxiyasının başçısı Mkrtiç Qriqoryeviç Nersisyan ilə ermənilərin katolikosu II Qaregin qardaşdır. Etiraz aksiyalarında əsasən Rusiyada yaşayan ermənilər və Ermənistanda yaşayan rusmeyilli qüvvələr fəallıq göstərir. Onlar hansısa formada prosesin dayandırılmasını istəyirlər. 9 mayda yürüş İrəvana çatmalı və orada yekun mitinq keçirilməlidir. Yalnız oradakı aksiyanın yekununu gördükdən sonra etirazların davamlılığı və erməni cəmiyyətində Paşinyana qarşı güclü müqavimətin olub-olmadığı haqqında müəyyən fikir söyləmək mümkündür. Əgər bu baş verməsə, Paşinyan indiyədək göstərdiyi siyasi iradəni davam etdirəcək".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ