Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda kilsə liderliyi uğrunda ölüm-dirim savaşı başladı...

Image


Ermənistanda ictimai-siyasi vəziyyət yenə gərgin həddə  qalmaqda davam edir. Bunlar fonunda Nikl Paşinyan iqtidarının devrilməsi məqsədilə bu dəfə kilsə aktiv fəaliyyətə keçib. Radikal müxalifət və bəzi kənar qüvvələr də onlara yardım edir.

Məsələni şərh edən Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Arsen Torosyan qeyd edir ki, bəzi qüvvələr 2026-cı ildə şəffaf şəkildə keçiriləcək seçkilərdə qalib gəlməyəcəklərini bildikləri üçün hakimiyyəti seçkilərsiz ələ keçirmək istəyirlər. Deputat bu fonda Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindən İrəvana doğru başladılan yürüşdən danışıb: "Təbii ki, ölkəmizdə söz və sərbəst toplaşmaq hüququ var. 2018-ci il çevrilişi də bunun olmasına təminat verdi. Bu hüquqlar hakimiyyətə qarşı da həyata keçirilə bilər. Heç bir fəaliyyət mükəmməl deyil. Amma həmin yürüşün kimlər tərəfindən həyata keçirildiyinə baxmaq lazımdır. O qüvvələr anlayırlar ki, şəffaf seçkilərdə qalib gələ bilməyəcklər. Beləliklə iqtidarı seçkilər olmadan ələ keçirmək istəyirlər. Tavuşdan başlayan demarkasiya prosesinə gəlincə, biz onun sərhədlərimizin və dövlətimizin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətini dəfələrlə vətəndaşlarımıza izah etmişik və bundan sonra da izah edəcəyik". Qeyd edək ki, Qazaxın kəndlərinin təhvil verilməsi və sülh prosesinin əleyhinə olduğunu bildirən "Vətən üçün Tavuş" hərəkatı Kirants kəndidən İrəvana doğru yürüşə başlayıb. Buna rəğmən, artıq Ermənistan Milli Təklükəsizlik Xidməti və polis əməkdaşları Kirants kəndinə gəlib. Bildirilir ki, kənddə demarkasiya çərçivəsində artıq ölçmə işlərinə başlayıblar. Sakinlərə əraziyə yaxınlaşmaq qadağan edilib. Kirants icmasının rəhbəri Kamo Şahinyan bildirib ki, neytral zonada işləri hələ də davam etdirirlər və ona yaşayış sahələrini daha sonra ölçəcəklərini bildirdilər. Erməni polkovnik Volodya Hovhannisyan baş verənlərlə bağlı bildirib ki, Tavuş istiqamətində 8 mövqe təhvil verilib, növbəti mərhələdə Geqarkunikin 12 kəndi və Qafanın 5 kəndinin sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılacaq: "Qardaşım oğlunun xidmət etdiyi Noyemberyan mövqeyində artıq Azərbaycan bayrağı dalğalanır. Ermənilər geri çəkilib. Söhbət 7-9 kilometrlik hissədən gedir, kilsənin sağında və solunda minalar təmizlənir ki, azərbaycanlılar maneəsiz irəliləsin. Azərbaycan bir güllə belə atmadan Ermənistanın ən güclü müdafiə xətlərindən birini qırdı". Hovhannisyan qeyd edib ki, erməni qoşunlar Geqarkunikdəki mövqelərdən də geri çəklilib: "Hazırda 2020-ci ildən sonra qurulan minalar sürətlə təmizlənir, elə edirlər ki, səs-küy olmasın. Bir də görəcəyik ki, orada Azərbaycan kəndləri salınır. Azərbaycanlılar təkcə Geqarkunikə yox, Masisə də gələcəklər". Bunlar fonunda Erməni Qriqorian Kilsəsinin dini xadimləri sülh əleyhinə fəaliyyətə keçiblər. Sözügedən din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının nümayəndəsi, arxiyepiskop Baqrat Qalstanyan bu xüsusda daha çox fərqlənir. Paşinyan hakimiyyətinin qatı müxaliflərindən olan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Kirants kəndindən İrəvana yürüşə başlanıb. Tavuş yeparxiyasının nümayəndəsi qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar. Baş verənlərlə bağlı "armenianreport" portalı yazır ki, keşişlərə Rusiya və radikal müxalifət dəstək verir: "Rusiya Ermənistanda o qədər primitiv şəkildə əks-inqilab həyata keçirməyə çalışır, öz əlaltılarını yeni hakimiyyət kimi bizim üzərimizə sırıyır ki, siz bu aksiyanın təşkilatçılarının yaradıcı acizliyinə sadəcə heyrətlənirsiniz. Kremlin cəmiyyətdə heç bir dəstəyi olmayan açıq-aydın uduzanlara "stavka" edərək nəyə ümid etdiyi açıq sualdır. Ancaq görünür, Rusiyanın sadəcə olaraq başqa himayədarları yoxdur. Yalnız bunlar var. 

Rusiyapərəst bloger Mika Badalyan qeyd edir: "Mayın 10-da vəziyyəti kökündən dəyişdirəcək və xəyanətkar hökuməti xilas etmək üçün praktiki olaraq heç bir şans qoymayacaq bir hadisə baş verə bilər. Bu, Nikolov hakimiyyətinə ağır zərbə olacaq!". Onu təxribat üçün rupor seçənlər, doğrudanmı, Ermənistanda kiminsə "rus dünyası"nın bu tərəfdarının çıxışlarına uyacağına inanırlar?! Yaxud bu ilin yanvarında Ermənilərin Milli Birlik Partiyasının təsis qurultayında partiyanın sədri seçilən Mihran Poqosyanın indiki Ermənistan hakimiyyəti ilə hesablaşmaq üçün öz səbəbləri var. 2019-cu ildə, yəni "məxməri inqilab"ın qələbəsindən bir il sonra Xüsusi İstintaq Xidməti (hazırda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi) Mihran Poqosyanın ictimai təhlükəli əməllər törətməkdə ittiham olunduğunu bildirib.  Xüsusilə, Poqosyan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mənimsəmə yolu ilə xüsusilə külli miqdarda əmlakı talayıb və bu, ağır nəticələrə səbəb olub. O, bir çox başqa işlər də görüb. Və ölkədə hamı bunu bilir. Deməli, onun etirazlara dəstək verməsi vətən uğrunda döyüşmək ideyasını gözdən salır. Poqosyanı  Kreml aktivləşdirib. Eduard Şarmazanov və Artur Vanetsyan kimi damğalanmış personajlar da döyüşə çıxıblar. Armen Aşotyan əsirlikdən etirazçılara dəstək sözləri göndərir. Bütün bu təxribatın pərdəarxası rolu özünü prosesdə iştirakdan sözlə təcrid etməyə çalışan Robert Köçəryandır. Qalan Serj Sarkisyanın beysbol papağı, köynək və əlində səsucaldanla "Rədd ol Nikol!" dediyini görməkdir.
 Ancaq "rus ətrini" aktiv şəkildə çaşdıran olayların bu təfərrüatı olmasa belə, arxiyepiskop Baqrat Qalstanyan özünün açıq məqsədinə - taxt-tacın başçısı olmağa can ataraq tamamilə gülünc görünür. O, çoxdan bütün ermənilərin yeni katolikosu, Erməni Apostol Kilsəsinin başçısı olmaq arzusunda idi. Robert Köçəryan isə hakimiyyətə gələcəyi təqdirdə bu işdə ona kömək edəcəyinə söz verib. Deməli, II Qaregin bu şəraitdə nədənsə daha fəal hərəkət etməlidir. Lakin qanuni, demokratik yolla seçilmiş hakimiyyəti aradan qaldırmağa xalqı təhrik etməyə hazır olanların hamısı bizim hamımıza nə təklif edir? Biz Rusiyanın Ermənistana necə biabırçı şəkildə xəyanət etdiyini gördük. Doğrudanmı Kreml bizim xalqın belə qısa yaddaşa sahib olduğunu düşünür? Vladimir Putin Qərbdə legitim prezident hesab edilmir. AŞPA və Avropa Parlamenti bunu açıq şəkildə bəyan edir. Demokratik ölkələrin liderlərindən heç biri Putinin andiçmə mərasiminə gəlməyəcək. Putin özü isə heç bir Qərb ölkəsinə gedə bilməz. O, başa düşür ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarının qüvvəyə minməsi riski sadəcə olaraq çox böyükdür. Gəlin davam edək. Rusiyanın iştirakına qadağa qoyulan 68-ci Avroviziya Mahnı Müsabiqəsi mayın 7-də açılır. Bundan əlavə, mayın 10-da 87-ci dünya xokkey çempionatı açılır və Rusiyaya da iştirak etməmək üçün qapı göstərilib. İyunun 14-də futbol üzrə Avropa çempionatı açılır, orada Rusiya da olmayacaq. İyulun 26-da isə XXXIII Yay Olimpiya Oyunları açılır, bu oyunda Rusiyadan da idmançı olmayacaq. Bəli, Rusiya yaramaz ölkəyə çevrilib. İndi Kremlin gündəmini təbliğ edənlər isə Nikol Paşinyana qarşı deyil, Ermənistanın demokratik, hüquqi, sivil, avropalı gələcəyinə qarşıdırlar. Təxribatçıların çağırışlarını eşidəndə bu haqda düşünün".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ