Cümə günü, 28 avqust 2026
     

Yeni müttəfiqlər axtarışı Ermənistana gözlədiyindən də baha başa gələcək...

Image


Sərfəli müttəfiqlər axtarmaq Ermənistan tarixinin ayrılmaz hissəsidir. Bu fikir XVII əsrdə yaşamış erməni diplomatı İsrael Orinin Cermux yaxınlığındakı abidəsinin üzərində də yazılıb. Ori Ermənistana hami olacaq  ölkələr axtarışında Avropanı gəzib. 

O, son nəticədə Birinci Pyotrun sarayına gələrək belə deyib: "Bizim başqa ümid yerimiz yoxdur, ümidimiz bir Allaha, bir də sizin ölkənizədir".

Bunlar fonunda "The Guardian" qəzeti yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan da buna bənzər durumda qalıb. O, ölkəsi üçün müttəfiqlər axtarışındadır. Amma bu dəfə başı Ukraynada qarışmış Rusiyaya yox, Qərbə üz tutub. "The Guardian" yazır ki, bu, silahlarının 98 faizini Rusiyadan alan və SSRİ dağılarkən keçmiş sovet respublikaları arasında ən Moskvayönlü respublika kimi tanınan ölkədən ötrü nəhəng dəyişiklikdir. Qəzet xatırladır ki, Paşinyan 2018-ci ildə "məxməri inqilab" nəticəsində hakimiyyətə gəlib: "O, əvvəlcə Rusiya ilə təhlükəsizlik tərəfdaşlığına son qoymaq haqda düşünmürdü. Dənizə çıxışı olmayan, dörd sərhədindən ikisi - Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan, Moskvanın öz arxa bağçası kimi gördüyü Ermənistan Rusiyadan uzaqlaşmağı ağlından da keçirə bilməzdi. Ancaq 2020 və 2022-ci illərdə daha yaxşı təlim görmüş və daha güclü silah və ordusu olan Azərbaycan Ermənistanı ard-arda ağır məğlubiyyətlərə uğratdı. Ötən ilin sentyabrında isə Azərbaycanın Qarabağ ərazisinin erməni əhalisi buranı tərk etdi". Qeyd edilir ki, başı Ukraynada başlatdığı savaşa qarışan Rusiya proseslərə müdaxilə etmədi. O da vurğulanır ki, indi ermənilər arasında Rusiya sülhməramlılarının xəyanətkar olması fikri yayğındır: "Paytaxt İrəvanda, dövlətin verdiyi mənzildə yaşayan keçmiş polis zabiti Ruslan Hayrapetyan dəfələrlə Rusiya sülhməramlılarının yanına gedərək onlardan prosesə hərbi müdaxilə etmələrini istəyib, əvəzində isə ruslardan bu cavabı eşitdiyini deyir: "Siz elə bilirsiniz, biz bura sizə görə ölməyə gəlmişik?". Onun arvadı Nina deyir ki, Azərbaycan Qarabağa daxil olanda rusların edə bildiyi tək şey onların yaşadığı Xocavənddən Xankəndiyə gedən yolu açıb, oradan Laçın dəhlizi ilə Ermənistana keçmələrinə imkan yaratmaq olub. Onun sözlərinə görə, şəhər rəhbəri onlara belə deyib: "10 saata azərbaycanlılar şəhərə girəcək. Qala da bilərsiniz, ancaq məsləhət deyil". Qəzet yazır ki, Qarabağı tərk edənlər Ermənistana üz tutublar: "Paşinyan bir qrup britaniyalı jurnalistə müsahibəsində hazırda Ermənistanın hər yerinə səpələnmiş qaçqınların artıq heç vaxt geri dönə bilməyəcəyini düşündüyünü deyib. Bu epizod Ermənistan-Rusiya münasibətlərində kəskin soyuma və onsuz da parçalanmış Ermənistan cəmiyyətində daha dərin qütbləşmə doğurub. Rusiya sülhməramlıları aprel ayında Qarabağı planlaşdırıldığından daha tez tərk etdilər. Ötən həftə Ermənistan parlamentinin spikeri Rusiyanın Ukrayna siyasətini tənqid edib. Nəticədə Moskvada rusofob ittihamlar səslənməyə başlayıb". 

Bunlar fonunda erməni ekspert Vladimir Vardanyan imperializmin yeni dövrünün başlandığını və Ermənistan kimi ölkələrin əziləcəyini söyləyib: "Hər bir imperiya öz torpağını böyütməkdə maraqlı olub. Biz də hazırda Potsdam və Yaltada qurulan ənənəvi birliklərin artıq işlək olmadığı durumdayıq deyə, suverenliyimiz get-gedə daha da zəifləyir. Bu regionun gələcəyi ilə bağlı konsensusa gəlməyimiz vacibdir, axı konsensus olmasa, XIX əsrdəkindən daha imperialist dünya ilə üz-üzə qalacağıq". QHT rəhbəri Tiqran Qriqoryan Qarabağdakı "fiasko"nun səbəbini Ukrayna müharibəsinin Rusiyanın başını qarışdırıb onu zəiflətməsində görür: "Azərbaycanla münasibətlər Rusiya üçün Ermənistan qarşısındakı öhdəliklərindən daha vacib olmağa başladı. Azərbaycan prezidenti İlham Əliyev də bu güc vakuumundan uğurla faydalandı". "The Guardian" xatırladır ki, ötən ay Paşinyan Tavuş əyalətindəki dörd kəndi 30 ildən sonra yenidən Azərbaycanın nəzarətinə qaytarıb. Bu, iki ölkə arasında sərhədlərin SSRİ-nin dağıldığı dövrdə mövcud olduğu şəkildə demarkasiyasının ilk addımı sayılır. Müxalifətin sonu görünməyən təslimçilikdə ittiham etdiyi Paşinyan deyir ki, bunun alternativi müharibədir. Bu razılaşma kəndlilərin günlərlə etiraz etməsinə səbəb olub. Nəticədə paytaxtda 80 nəfər həbs edilib: "Ermənistanın siyasi xəttindəki kəskin dönüşə ən bariz misal ötən ilin fevralında 200 nəfərlik silahsız Avropa İttifaqı monitorinq missiyasının Ermənistana gəlməsidir. Onlar öz mavi bayraqları, cipləri və binoklları ilə Azərbaycan qoşunlarının hərəkətini izləyir və hesabatlarını Brüsselə göndərirlər. Missiya üzvləri gərginlik və dezinformasiya artan zaman durumu sakitləşdirdiklərini düşünürlər. Missiyanın direktoru Markus Ritter qrupun məhdud məqsədləri barədə bunları deyib: "Biz vəziyyəti sakitləşdirə bilərik. Biz sabitləşdirici amilə çevrilmişik. Missiyanın yerləşdirilməsindən əvvəlki və sonrakı vəziyyəti müqayisə etsəniz, fərq var". Ancaq Ermənistanın cənubunda Rusiya müşahidəçilərin işinə imkan vermir. "Bu, çarəsizlik içində özünə dost və müttəfiqlər axtaran ölkədir", - Ritter belə deyir. İndi Ermənistan Hindistan və Fransadan silah alır. Aprelin 5-də isə Aİ və ABŞ Ermənistana, müvafiq olaraq, 270 milyon avro və 65 milyon dollar məbləğində yardım söz verib. Bu yeni tərəfdaşlıq Ermənistanın Rusiya bazarları və enerji mənbələrindən kəskin asılılığının azaldılmasına yönəlib. Ancaq bu yardımın çox az olduğunu deyən bir erməni diplomatı gileylənib ki, "bizi qoyun kimi qəssabxanaya sürəcəklərindən qorxuram".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ