Cümə axşamı günü, 05 noyabr 2026
     

"Freedom House"un Ermənistanda gördüklərinə Avroittifaq və AŞPA göz yumur...

Image


Aqil Ələsgər: "Freedom House" və Sərhədsiz Reportyorlar Ermənistandakı vəziyyəti pislədiyi halda, AŞPA və Avroittifaq buna kor qalırsa məqsəd bəllidir" 

"Ermənistanda siyasi qüvvələrin qütbləşməsi medianın qütbləşməsinə gətirib çıxarıb və bunun nəticəsində də ölkədə jurnalistlər təqib olunur". Bunu Sərhədsiz Reportyorlar hüquq müdafiə təşkilatı bildirib.

Təşkilatın illik media azadlığı reytinqində yer alan məlumata görə, media sahəsinin qütbləşməsi siyasi səhnənin qütbləşməsini əks etdirir: "Bir çox KİV 2018-ci ildən sonra meydana çıxan siyasi liderlərə yaxındır, digərləri isə keçmiş oliqarxlara sadiq qalır. Bəzi siyasi qruplar dezinformasiya əməliyyatları aparır və jurnalistləri sıxışdırırlar".  

Təşkilat Ermənistanda mətbuat azadlığının kifayət qədər qorunmadığını və Avropa standartlarına cavab vermədiyini qeyd edib. "Məsələn, hökumət məlumatlarına çıxış hökumət tərəfindən məhdudlaşdırılır ki, bu da medianın sorğularından imtina və ya cavabın gecikdirilməsi ilə bağlı özünü göstərir". 

Təşkilat vurğulayıb ki, Qarabağdakı ərazi mübahisəsi və Azərbaycanla davam edən müharibə təhlükəsi ilə bağlı misli görünməmiş dezinformasiya və nifrət mediada yer alır. 

Hüquq müdafiəçiləri digər problem kimi Ermənistan mediasının siyasi və ictimai xadimlərdən maliyyə asılılığını göstəriblər. Təşkilat siyasətçilərin jurnalistlərə münasibətindən də narahat olub: "Onlar təhqir olunur, hücuma məruz qalır və böhtanda ittiham olunur ki, bu da media nümayəndələrinin özünüsenzurasını artırır. Ümumiyyətlə, jurnalistlərə qarşı zorakılıq cəzasız qalır". 

Məlumatda iddia olunur ki, buna baxmayaraq, Ermənistan mətbuat azadlığı baxımından regionda lider olaraq qalır. 

"Freedom House" da Ermənistandakı vəziyyətdən narazı qaldığını açıqlayıb. 

Göründüyü kimi, bəzi beynəlxalq hüquq müdafiə təşkilatları, məsələn, "Freedom House", Sərhədsiz Reportyorlar Ermənistanda xüsusilə media ilə bağlı vəziyyətin pisləşdiyini qeyd edirlər. "Freedom House" hətta Ermənistanda medianın ciddi problemlərindən danışır. Xarici təşkilatlar Ermənistanda media orqanlarının qütbləşdiyini, ayrı-ayrı oliqarxların əlində olduğunu deyir. 

Amma buna baxmayaraq, beynəlxalq reytinqlərdə Ermənistanın yerini belə müəyyən edirlər ki, Ermənistan 2022-ci ildə 53-cü yerdə olub,  2023-cü ildə vəziyyəti yaxşılaşıb 49-cu yerdə qərarlaşıb. Əlbəttə, bu reytinq cədvəlini o təşkilatlar özləri hazırlayır, sıralamanı öz maraqlarına uyğun aparırlar. Bu ölkədə media ilə bağlı vəziyyət pisləşdiyi halda, necə olur ki, onu beynəlxalq demokratik reytinqlərdə hələ də "yaxşı" yerə qoyurlar.? Üstəlik, Avropanın rəsmi strukturları-Avropa Şurası, Avropa Birliyi heç zaman bu fakta lazımı qədər diqqət verməyib, hələ də Ermənistanı müdafiə etməkdə davam edirlər. Halbuki, beynəlxaq hüquq müdafiə təşkilatları Ermənistanda demokratik normaların, xüsusən də media azadlığının günü-gündən pisləşdiyini deyirlər. 

"Freedom House"nin Ermənistanda gördüklərinə  Avoittifaq   və AŞPA göz yumur. Buna necə şərh vermək olar?  

"Ermənistanın bütün eyiblərini görməzdən gəlirlər, onların nöqsanlarını ört-basdır edirlər" 

"Yeni Çağ" media qrupunun rəhbəri Aqil Ələsgər "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Avroittifaq və AŞPA-nın Ermənistanda media sahəsində bu vəziyyəti görməzdən gəlməsi təsadüfi deyil. "Bilirsiz, bu həmin Avropa təşkilatlarının ikili standartlarının  növbəti təzahürüdür. Xüsusilə Vətən savaşındakı qələbəmizdən sonra Ermənistan Avropa üçün bir "gülməşəkər"ə çevrilib. Əvvəl də Ermənistana loyal münasibətdə olan bu Avropa təşkilatları bu gün artıq o ölkəyə sanki "əmziyi ağzından alınmış uşaq" münasibəti bəsləyir. Çox dərinə getmirlər. Çox təəssüflər olsun ki, Fransa başda olmaqla Avropa bu cür ermənipərəstliyini ortaya qoyub. Bu artıq erməni diasporundan çəkinmə deyil, bu ermənidən çox ermənilik etmək deməkdir. Ermənistandakı vəziyyət pislədiyi halda AŞPA və Avroittifaq buna kor qalırsa məqsəd bəllidir. Bu Avropa qurumları Ermənistanın könlünü almaq istəyir, onun başını sığallayır, ona qarşı ultraloyal bir münasibət sərgiləyir. Çünki burada bir məsələ var ki, Ermənistan sürətlə Rusiyadan uzaqlaşır və özünü Qərbə daha yaxın göstərmək istəyir. Bu baxımdan, Ermənistanın bütün eyiblərini görməzdən gəlirlər, onların nöqsanlarını ört-basdır edirlər"-deyə A.Ələsgər bildirdi.

O qeyd etdi ki, əslində bu gün AŞPA və Avroittifaq öz aktuallığını itirib. A.Ələsgərin sözlərinə görə,  15-20 il əvvəl Avropa İttifaqının və AŞPA-nın hansısa məsələlərə hardasa obyektiv rəy verəcəyinə ümid edilirdisə, artıq gördüyünüz kimi, bunlar bir xristian klublarıdır. "Bu xristian klubları da özlərinin maraqlarından çıxış  edirlər. Yəni orda dəxli yoxdur ki, hansı dövlət demokratik və antidemokratik idarə olunur, əsas odur ki, onlar özlərinə uyğun olanı seçib addım atırlar"-deyə A.Ələsgər bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ