Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistandan İsmayıl Axundova cavab verdilər - 777 itkin erməni hardan çıxdı?..

Image


Akif Nağı: "Birinci Qarabağ müharibəsindən sonra guya 777 erməninin taleyinin məlum olmadığını iddia etməklə yenə də saxtakarlığa yol verirlər"

"Dövlət Komissiyası mətbuata açıqlamalarında dəfələrlə qeyd edib ki, xüsusilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər barədə əsas məlumatlar Ermənistan tərəfindədir. Çünki ərazi Ermənistan ordusu tərəfindən işğal olunub və 30 il onların nəzarəti altında olub". Bunu aprelin 29-da mətbuata müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov deyib.

Müsahibədə İ.Axundov çox ciddi faktlara toxunaraq bildirib ki, həmin dövrdə döyüş zamanı həlak olmuş əsgərlərin, Azərbaycanın yaşayış məntəqələri işğal olunarkən həlak olmuş mülki şəxslərin, eyni zamanda, əsir, girov götürüldükdən sonra beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq işgəncələrlə qətlə yetirilmiş vətəndaşların dəfn yerləri barədə məlumatlar Ermənistan tərəfindədir: "Çünki qeyd etdiyim bu qeyri-insani aktlar Ermənistan hərbçiləri tərəfindən həyata keçirilib. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, hazırkı parlamentin deputatı və hakim partiyanın üzvlərindən biri olan general Qaqik Melkonyan 2021-ci ildə Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş yüzlərlə azərbaycanlının dəfn yeri barədə onda məlumatların olduğunu ifadə etmişdi. Yalnız Qaqik Melkonyanda deyil, onun kimi səhra komandirlərində, həm də həmin dövrdə itkin və əsir-girovların məsələləri ilə məşğul olan rəsmi şəxslərdə bu məlumatlar var. Azərbaycanın yüksək vəzifəli rəsmi şəxsləri, Dövlət Komissiyası və digər aidiyyəti qurumlar dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə, eyni zamanda, keçirilən beynəlxalq tədbirlərdə və görüşlərdə bu məsələni Ermənistan tərəfinin qarşısında qaldırsa da, təəssüf ki, onlar bugünə qədər bu məlumatları verməkdən imtina edir. Onu da qeyd edim ki, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş hər iki tərəfə aid şəxslər barəsində əsas məlumatlar məhz Ermənistan tərəfindədir. Ermənistan tərəfi bu gün münaqişə nəticəsində itkin düşmüş ermənilərin də taleyinin müəyyən olunmasında maraqlı olmalıdır.

Dövlət Komissiyası hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir. Hesab edirəm ki, əsas məlumatların Ermənistan tərəfində olduğunu nəzərə alsaq, bu əməkdaşlıq hər iki tərəfə aid itkinlərin taleyinin aydınlaşdırılmasına müsbət töhfə verə bilər".

İsmayıl Axundov qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaradıb və nəticədə 44 günlük müharibədən sonra 2043 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib: "Onlardan 1713 nəfərin meyiti Vətən müharibəsindən sonra, 157 nəfərin meyiti 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra, 173 nəfərin meyiti isə 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra təhvil verilib".

İşçi qrupun rəhbəri vurğulayıb ki, Azərbaycan hər zaman humanizm prinsiplərinə sadiqdir: "Ona görə yox ki, beynəlxalq konvensiyalara qoşulmuşuq. Ona görə ki, humanizm bizim xalqın xarakterinə xas olan xüsusiyyətdir. Üçtərəfli bəyanat imzalanandan bugünə qədər 226 nəfər erməni əsilli şəxs azad edilərək qarşı tərəfə qaytarılıb. Onlardan 172 nəfəri hərbçi, 54 nəfəri mülki şəxs olub. Azərbaycan tərəfi mülki şəxsləri tez bir zamanda azad edərək qarşı tərəfə qaytarıb. Bu hər zaman belə olub. Antiterror əməliyyatı zamanı əsgərlərimizdən kömək istəyən qadınlar elə ərazidə azad edilərək qarşı tərəfə təhvil verilib. 5 qadın Vətən müharibəsindən sonrakı dövrdə, 6 qadın isə antiterror tədbirləri zamanı qarşı tərəfə təhvil verilib".

İ.Axundovun faktlara və ciddi arqumentlərə əsaslanan müsahibəsi Ermənistan tərəfdə ciddi nararahçılıq yaradıb. Onu da vurğulayaq ki, Azərbaycan rəsmən dəfələrlə bəyan edib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın azərbaycanlının  taleyi hələ də məlum deyil və Ermənistan bu fakta aydınlıq gətirməlidir, amma bildiyimiz kimi, Ermənistn bugünə qədər bu bardə heç bir məlumat verməyib, əksinə, özləri ilə bağlı qondarma məlumatlar yayıblar.   

Ermənistanın  Əsir, girov və itkin düşmüş şəxslərin  məsələləri üzrə idarələrarası komissiyanın katibi, işçi qrupun rəhbəri Qayane Qasparyan "Armenpress"ə müsahibəsində əsassız iddialar irəli sürərək iddia edib ki, guya Azərbaycan 1990-cı illərdən indiyədək harada olduğu bilinməyən 777 nəfəri, 2020-ci ildən sonra isə 211 nəfəri, habelə 23 nəfər girov və əsir saxlayıb.

Guya müharibə zamanı erməni hərbçilərinə qarşı Azərbaycan əsgərlərinin "pis rəftar" etməsi, dinc əhalinin "edam edilməsi", onların "işgəncələr"ə mərzu qalması, meyitlərin "təhqir edilməsi" ilə bağlı azərbaycanlılar tərəfindən internetdə çoxsaylı video və fotoşəkillər yerləşdirilib.

Öz aləmində Azərbaycan tərəfi haqsız göstərməyə çalışan Q. Qasparyan 4 minə yaxın azərbaycanlının taleyi barədə bir kəlmə deməyib, ortaya yalançı rəqəmlər ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib. 

"...Bu ittihamlar əsassızdır" 

Azad Vətən Partiyasının sədri, tarix üzrə fəsləfə doktoru, dosent Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, əsirlər, girovlar məsələsi həmişə gündəmdədir: "Ermənilər bütün məsələlərdə olduğu kimi burda da saxtkarlığa yol verirlər. Müxtəlif saxta rəqəmlər səsləndirirlər, 777 nəfərdən danışırlar, iddia edirlər ki, İkinci Qarabağ müharibəsindən sonra guya 211 nəfərin taleyi nəməlumdur. Azərbaycan bu məsələdə tam olaraq şəffafdır. Biz heç vaxt girov götürməmişik. Azərbaycanda əsir varsa onlar hərbi əsirlərdir, onların da ətrafında manipulyasiya etməyə ehtiyac yoxdur. Onlar Azərbaycana qarşı cinayət törədiblər və əsir düşüblər, bu gün onlarla hüquq-mühafizə orqanları məşğul olur, bəzilərinin istintaq işi yekunlaşıb, bəzilərinin istintaqı gedir. Birinci Qarabağ müharibəsindən sonra guya 777 ermənin taleyinin məlum olmadığını iddia etməklə yenə də saxtakarlığa yol verirlər. 1915-ci illə bağlı necə saxtakarlıq edirlər, digər məsələlərlə bağlı da o cür hərəkət edirlər. Birinci dəfədir ki, Ermənistan tərəfindən 777 rəqəminin səsləndirildiyini  eşidirəm. Onlar indiyə qədər Birinci Qarabağ müharibəsi ilə bağlı  müxtlif rəqəmlər deyirdilər, gah 100, gah 90, gah 200 nəfərdən danışırdılar.   Dediklərinin heç biri bir-birinə uyğun gəlmir. Bunlar havaya, tavana baxıb ağıllarına gələn rəqəmləri deyirlər. Ortaya siyahı qoysunlar, görək itkin düşən o 777 nəfər kimlərdir  ki, indiyə qədər o siyahını Azərbaycana təqdim etməyiblər. Azərbaycanın uyğun komssiyasının rəsmiləri dəfələrlə bəyan ediblər ki, onların bir iddiası varsa o siyahını ortaya qoysunlar, biz də o siyahıya uyğun onlara cavab verək"-deyə A.Nağı bildirdi. 

A.Nağının sözlərinə görə, Birinci Qarabağ müharibəsində kimlərsə əsir düşüblərsə, yaxud hərbi əməliyyatların gedişində kimlərsə kəndi vaxtında tərk edə bilməyib Azərbaycan tərəfin nəzarətində qalıblarsa biz də müəyyən yoxlamalardan sonra onları dərhal geri qaytarmışıq.  A.Nağı qeyd etdi ki, ermənilər onları  "girov" sayırlar, amma biz isə onları girov saymırıq, Azərbaycana qarşı heç bir şəkildə   heç bir şəkildə ittiham səsləndirilə bilməz. "Onlar ortaya saxta rəqəmlər çıxarıblar, bu ittihamlar əsassızdır. Əksinə, Birinci Qarabağ müharibəsində Azərbayanın 4 minə yaxın itkini olub, İkinci Qarbağ müharibəsində isə 7 nəfər itkin düşmüş hesab olunur.  Amma bu faktla bağlı indiyə qədər Ermənistanın heç bir reaksiyası yoxdur. Azərbaycanın rəsmi siyahısında 4 minə yaxın şəxsin hamısı adbaad qeyd olunub. Bu siyahı dəfələrlə Ermənistana təqdim olunub. Onlar bu gün özlərini karlığa və korluğa vurmaq istəyirlər ki, guya heç nədən xəbərləri yoxdur, guya biz onlara məlumat verməmişik. Ermənistanın bütün tezisləri yalan üzərində qurulub"-deyə A.Nağı bildirdi.

A.Nağı qeyd etdi ki, Ermənistan tərəfi Azərbaycanın haqlı iradlarını "əsassız" adlandırır, guya Azərbaycan "populist" hərəkət edir. Azərbaycanın uyğun komissiyasının rəsmilərinin hər zaman ortaya faktlar, tutarlı dəlillər qoyduğunu deyən A.Nağının sözlərinə görə, Ermənistan həmişə faktlardan qaçır. A.Nağı vurğuladı ki, Azərbaycanın 4 minə yaxın vətəndaşının hamısının adları məlumdur, onların yaxınlarının, ailələrinin müraciətləri var, bu işlə sanballı dövlət komisyyası məşğul olur, amma Ermənistanın hər gün açıqladığı rəqəmlər isə əsassızdır.     

A.Nağının sözlərinə görə, illər əvvəl tanınmış pedaqoq Məlahət Mürşüdlü və QAT-ın Ali Məclisinin üzvü Səyyarə İsmayılova bir yerdə çox böyük əraziləri gəzib itkinlərin ailələri ilə görüşüb,  itkin və girov götürülmüş vətəndaşlarımızla  bağlı çox mükəmməl bir kitab çap ediblər. Azərbaycanda bu məsələ ilə bağlı dövlət qurumları ilə yanaşı ictimai tşkilatların da böyük işlər gördüyünü deyən A.Nağı əlavə etdi ki, bizim əlimizdəki siyahı dəqiqdir, Ermənistan tərəfi istəyərsə, Azərbaycan yenidən o siyahını təqdim edə bilər. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ