Cümə günü, 28 avqust 2026
     

İsa Qəmbər Müsavata yenidən qayıtdı, Strateji Düşüncə Mərkəzi necə olacaq... - MÜSAHİBƏ

Image


Səxavət Soltanlı: "Müsavatın parlament partiyası olacağına  ümidlərim çoxdur"

İsa Qəmbər yenidən başqan postuna seçilib. Bu hadisə Müsavat Partiyasının 11-ci qurultayında baş verib. Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib.

Seçkidə 278 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 275 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.

Qeyd edək ki, İsa Qəmbər 10 il sonra yenidən namizədliyini irəli sürüb. Müsavat Partiyasının nizamnaməsinə əsasən, başqan ardıcıl 2 müddətdən artıq eyni vəzifəyə seçilə bilməz və buna görə də sonuncu başqan Arif Hacılı namizədliyini irəli sürməyib.

Daha əvvəl partiya başqanının müavini, Divan üzvü Osman Kazımov və partiyanın Səbail təşkilatının üzvü Natiq Mehdi də Müsavat başqanlığına namizədliklərini irəli sürsələr də, sonradan hər ikisi İsa Qəmbərin xeyrinə namizədliyini geri götürüb.

Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildə Müsavat Partiyasının bərpa qurultayını keçirərək partiyanın başqanı seçilib. O, 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib. 2014-cü ildə isə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb. 

Baş verən bu yeniliklə bağlı  partiya funksionerlərindən olan, tanınmış musavatçı Səxavət Soltanla əlaqə saxladıq və məsələyə onun münasibətini öyrəndik:

- Səxavət bəy, son qurultaydan sonra partiyada hansı vəzifəni tutursunuz?

- Partiyanın rəhbər strukturları buraxılıb. Qurultayın ikinci günündə Məclis üzvləri seçildi. Məclisin növbəti toplantısında partiyanın Divanı formalaşdırılacaq. Bundan sonra Divan üzvləri kollegial olaraq Müsavatın idarəçiliyində öz işlərinə başlayacaq.

- Bəs başqan müavinləri necə, təsdiqlənməyib?

- Prosedur belədir ki, partiyanın başqanı özünə müavinləri təyin edir. Hələ ki, müavinlər təyin edilməyib. Ənənə belədir ki, bu, Divan seçkilərindən sonra baş verir.

- Sizin rəhbər posta təyinatınız gözlənilirmi?

- Bu haqda heç nə deyə bilmərəm. Mən Məclis üzvü seçilmişəm. Digər seçkilər və təyinatlar reallaşmasığı üçün bu barədə nəsə demək  tezdir.

- İsa Qəmbərin yenidən başqan seçilməsi hansı zərürətdən doğub və bununla bağlı gözləntilər nədir?

- Partiyanın gələcəyi ilə bağlı ümidlərimiz böyükdür. Həm də o baxımdan ki, partiyanın başına təcrübəli və kifayət qədər siyasi nüfuzi olan şəxs gəlib. Ən doğru seçimdir. Bu seçimi etməklə müsavatçılar partiyanın siyasi həyatdakı aktivliyini daha da artırmış oldular. Ölkədəki ictimai-siyasi vəziyyət  imkan verəcəksə, qarşıdan gələn parlament seçkilərində partiyanın aktiv iştirakı olacaq. Müsavatın parlament partiyası olacağına  ümidlərim çoxdur. Bunun üçün bizim potensialımız var.

- Belə çıxır ki, partiyanın ən böyük hədəfi parlamentdə təmsil olunmaqdır?

- Xeyr, bizim hədəfimiz yalnız o deyil. Biz sıradan bir partiya deyilik. Müsavat tarixi ənənəsi olan partiyadır. Bizim hədəfimiz yalnız hakimiyyət deyil. Biz Azərbaycan xalqının maraqlarının təmsilçisiyik. Azərbaycan dövlətinin qorunması və inkişafında maraqlıyıq. Biz ideoloji olaraq Azərbaycanın Avropaya inteqrasiyasında  maraqlıyıq.  Bizim hakimiyyətdə olub-olmamağımızdan asılı olmayaraq, hədəfimiz Azərbaycan xalqının ləyaqətli yaşamasını təmin etməkdir. Bu yöndə fəaliyyətimizi davam etdirəcəyik.

- İsa Qəmbər uzun müddət bu partiyaya rəhbərlik etsə də, Müsavat onun başqanlığı dönəmində heç ciddi uğura imza atmadısa, bundan sonra ciddi uğur gözləməyə dəyərmi?

- İsa Qəmbərin nüfuzu imkan verir ki, biz Azərbaycan xalqının maraqlarına doğru əzmkar fəaliyyətimizi davam etdirək. Müsavat Partiyası İsa Qəmbərin rəhbəri olduğu dönəmdə xeyli uğurlar qazanıb. 2000-ci ilin parlament, 2003-cü ilin Prezident seçkilərində və bunun ardınca olan 2005-ci il parlament seçkilərində böyük uğurlara imza atıb. Əldə edilən siyasi uğurları reallaşdıra bilməmişiksə, bunu İsa Qəmbərin zəifliyi kimi yozmaq olmaz. Biz yalnız seçki yolu ilə hakimiyyətə gəlmək istəyirik. Bizim başqa niyyətimiz yoxdur. Nə də elə resursumuz var ki, qeyri-qanuni yolla hakimiyyətə gələk.

- İsa Qəmbər  başqan olmadığı dönəmdə Strateji Düşüncə Mərkəzi adında bir təşkilata rəhbərlik edirdi. Bu illər ərzində həmin Mərkəz ortaya hansı nəticəni qoydu və İsa Qəmbərin başqan olmasından sonra həmin Mərkəzin gələcək fəaliyyəti necə olacaq?

- Mənə elə gəlir ki, başqanlıqla hansısa Mərkəzə rəhbərlik bir-birinə maneçilik törədən fəaliyyət deyil. Ancaq sözügedən Mərkəzin hansı işlər gördüyü ilə bağlı sualları İsa Qəmbərin özünə versəniz yaxşı  olar.

- İsa Qəmbərin aktiv siyasətə qayıdışı  müxalif düşərgədə konsolidasiyanı təmin edəcəkmi?

- Bunu sonrakı dönəm göstərəcək. Hər bir halda, biriliyin olması tək İsa Qəmbərdən asılı olan məsələ deyil. 

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ