Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərb Gürcüstanı tam itirə bilər - daxili işlərə müdaxilə artır...

Image


Qonşu Gürcüstan parlamenti tərəfindən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsi fonunda ölkədaxili ziddiyyətlər kəskinləşməkdə, Tiflisin Qərblə münasibətlərində yeni gərginlik müşahidə olunmaqdadır. İndi bu qanuna görə Qərbdən Gürcüstana daha çox hədələr gəlir. 

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edir ki, bu qanun və Gürcüstanın antirqərb ritorikası ölkənin Avropa İttifaqına və NATO-ya üzvlük perspektivlərini təhlükəyə atır: "Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri Aİ və NATO-ya üzvlük üçün tələb olunan demokratik dəyərlərə uyğun gəlmir və ölkənin Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına qoyur". 

Miller qeyd edib ki, ABŞ 32 ildir Gürcüstan iqtisadiyyatına yardım edir, lakin Tiflis bu dəstəyi yanlış şərh edib və bu onun effektivliyini zəiflədir. O, ABŞ-ın Gürcüstanda nümayişçilərə qarşı güc tətbiqini pislədiyini vurğulayıb. Miller hesab edir ki, Tiflisdə müzakirələrə səbəb olan qanun layihəsi Moskvadan ilhamlanıb. Belə bir vaxtda Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib. ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan məsələ ilə bağlı bildirib: "Bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ-ın yardımı ilə bağlı istənilən məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etdi". O, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib. O da bəlli olub ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Buna səbəb məhz rəsmi Vaşinqtonun gürcü parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə baxılmasını dayandırmağı tələb etməsidir. Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bu xüsusda deyilir: "Gürcüstanın baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında"  qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib". Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də qanunla bağlı durumdan narazılıq ifadə edir: "Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tiflisdə küçələrdə baş verən zorakılığı pisləyirəm, gürcü xalqı Avropa kursu ilə getməlidir".

Amma Gürcüstan hakimiyyəti Qərbin onun daxili işlərinə qarışmasını yolverilməz hesab edir. Gürcü politoloq Badri Naçkebiya bunu belə şərh edir: "Gürcüstanın qəbul etmək istədiyi qanun bir sıra ölkələrdə, eləcə də ABŞ-da var. Bu qanunların adları müxtəlif olsa da məğzi eynidir. Lakin təəssüflər olsun ki, həmin dövlətlər özlərində də olan qanun layihəsini Gürcüstanın qəbul etməsindən narazıdırlar. Onlar bu düşüncə ilə yaşayırlar ki, bizə verilən icazə başqalarına olmamalıdır. Burada məntiq haradadır?! Niyə onlar bizə diktə etməlidilər, biz də susub onların dediyini etməliyik?! Olmaz bu cür. Bu heç doğru addım deyil. Qərb, o cümlədən ABŞ bunu düşünməlidir". Politoloq vurğulayıb ki, Gürcüstan dövləti nə etdiyini, hansı addımı atdığını bilir: "Biz öz maraqlarımızı qoruyuruq. Avropa bizi yalnız vizasız gediş-gəliş və Aİ üzvlüyünə namizədliklə saxlaya bilir. Gürcüstanın da bundan ehtiyat etdiyini bilən Qərb, ABŞ yaranan vəziyyətdən maksimum istifadə edir. Amma düşünürəm ki, ortaq yol tapılmalıdır. Bu cür sərt çıxışlarla ortaq yol tapıla bilməz, yalnız əlaqələr korlanar". Digər politoloq Levan Mamaladze da məsələyə eyni prizmadan yanaşır: "Gürcüstan üçün çətin zamandır. Çünki Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir". Onun sözlərinə görə, məlum qanun layihəsinin oxşarı artıq onilliklərdir ki, ABŞ-da var: "Eləcə də Avropada, Macarıstan, Slovakiya, Polşa, İsrail, Rusiya və sair kimi ölkələrdə müvafiq qanun mövcuddur. Fransa da bu qanunu qəbul edəcək. Yəni həmin ölkələr xaricdən maliyyələşən QHT və media qurumlarının fəaliyyətini məhdudlaşdırırlar. Ancaq söhbət Gürcüstana gələndə heç kim buna icazə vermək istəmir. Biz də öz hüququmuzu qoruyacayıq. Buna isə heç bir arqument gətirmədən Qərb və ABŞ icazə vermək istəmir". "Xarici təsirin şəffaflığı haqqında"  qanun layihəsi yalnız şəffaflığın təmin edilməsi üçündür deyən Mamaladze bildirib ki, dövlət bilməlidir kim haradan və nə üçün maliyyələşir: "Bildirilib ki, parlamentdə üçüncü oxunuşdan sonra bu qanun layihəsi qəbul ediləcək. İndi isə Qərb başlayıb deməyə ki, Gürcüstan Avropadan uzaqlaşmaq istəyir. Hətta ABŞ və Avropa ölkələrinin rəsmiləri Gürcüstanı hədələyirlər. Ona görə də Gürcüstan üçün çətin zamandır. Media qurumları hökumətin Avropa İttifaqından uzaqlaşdığı barədə təbliğat aparır. Gənclər də heç bir dərin biliyə sahib olmadıqları üçün etiraz aksiyalarında iştirak edirlər. Hətta dinc aksiya artıq vandalizmlə əvəzlənir, daşlar atılır, zorakılıq halları olur". Onun sözlərinə görə, Gürcüstan 1991- 2023-cü illərdə iki dəfə dövlət çevrilişi yaşayıb. Hətta bu cür çevrilişə 2021-2022-ci illərdə də cəhd göstərilib: "Ona görə də bu dəfə biz xalqımızın taleyi ilə oynamağa icazə verməyəcəyik. Hökumətin qətiyyəti və mövqeyi çox sərtdir. Bu məsələdə sona qədər gedəcəklərini deyirlər. Biz bilirik ki, Şərqlə Qərbi birləşdirən ölkəyik. Ona görə də böyük dövlətlərin burada öz maraqları var. Amma maraqlı məqam da ondan ibarətdir ki, bölgədə Rusiya faktoru da mövcuddur. Rusiya Qərbin Gürcüstanda çevriliş səhnəsini görsə onları heç kim və heç nə saxlaya bilməz. Onlar tanklarını birbaşa Tiflisə sürəcəklər. Yəni burada Gürcüstanın müstəqillik məsələsi var. Ona görə də hökumət xalqın taleyini risqə ata bilməz". Politoloq bildirib ki, hazırda baş tutan mitinqlərin heç bir sonu yoxdur: "Qərb, Aİ və ABŞ çox gözəl başa düşür ki, hansısa bir səhv addımlarında Gürcüstanın müstəqilliyinə son qoya bilərlər. Bunu hökumət də çox gözəl başa düşür. Ona görə düşünürəm ki, geri addım atılmayacaq". Bunlar fonunda Kremlin siyasi strateqi Aleksandr Dugin Gürcüstanda sözügedən qanuna qarşı minlərlə insanın etirazını rüsvayçı görünüş adlandırıb: "Gürcüstan. Xarici agentlər suverenlik güclərini itirməklə bağlı təhlükə ilə üzləşdikdə necə təpik atırlar. Tamamilə utancverici görünür. Gürcülər qürurlu və inanclı xalqdır. Müqəddəs həftədə parlament daxilində tüğyan edən xarici agentlərin davranışı gürcülərə xas davranış deyil".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ