Cümə axşamı günü, 05 noyabr 2026
     

Beynəlxalq münasibətlərdə ilk fakt - "müharibə yolu ilə sülh”…

Image


İbrahim Rüstəmli: "Azərbaycan dünyaya hərblə sülhə nail olma metodunu çox doğru, müdrikcəsinə göstərə bildi"

Prezident  İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib ki, ölkəmiz sülhü müharibə vasitəsilə təmin etdi: "Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir.

Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlət başçısı bildirib: "Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik".

Müharibə ilə sülhə nail olmağın  beynəlxalq hüquqi və siyasi əsasları necə izah oluna bilər? Azərbaycan hərblə sülhə nail olmanı dünyaya qəbul etdirə bildimi?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli "Bakı-Xəbər"ə bildirdi ki, "Azərbaycan hərblə sülhə nail olmağı dünyaya qəbul etdirə bildimi" sualı çox yerində verilir: "Biz ilk əvvəl hansı dünyadan danışdığımıza aydınlıq gətirək. Elə bir dünyadan danışırıq ki, o, Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini tanıyıb. Yəni işğal olunmuş əraziləri Azərbaycanın ərazisi kimi tanıyır və bunu rəsmi bəyanatla təsdiqləyir. Belə bir vəziyyətdə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət sona yetməli idi. Azərbaycan son 30 ildə öz ordusunu, siyasi mövqeyini möhkəmlətmək üçün çox ciddi addımlar atdı. Bilirsiz ki, hər şey informasiya təhlükəsizliyi ilə başlayır. Hadisələrin dinamikası onu göstərir ki, biz 44 günlük yox, 30 il 44 gün müharibə aparmışıq. Bu 30 ildə bizim ayağa qalxmağımız, dünyada informasiya təhlükəsizliyi baxımından öz mövqeyimizi anlatmağımız üçün uzun müddət keçdi. Bunun da bir zamana ehtiyacı varmış. Xatırlayırsızsa, 44 günlük müharibədən öncə Azərbaycan dövlətinin xarici siyasətində kifayət qədər kardinal dəyişiklikləri müşahidə etdik. İlk növbədə xarici işlər institutunun rəhbəri vəzifədən azad edildi. Ondan sonra isə informasiya təhlükəsizliyi baxımından çox ciddi addımlar atıldı. Azərbaycan Prezidenti xarici siyasət institutunun rəhbərliyi qarşısında konkret vəzifələr qoydu. Bu vəzifələr Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq, işğal olunmuş ərazilərin düşməndən təmizlənməsi üçün informasiya və siyasi baza yaratmaqdan ibarət idi. 44 günlük savaş öncəsi çox ciddi işlər görüldü. İnformasiya təhlükəsizliyi sahəsində çox mükəmməl, kardinal dəyişikliklər baş verdi. Bu vaxta kimi Avropa Şurasında oturan deputatlarımızın böyük əksəriyyəti burada ingilis dilində lətifə öyrənib, gedib orda danışırdılar. Yola verib, maaş alırdılar. Ancaq cənab Prezidentin kəskin müdaxiləsindən sonra vəziyyət çox dəyişdi. Bəzi adamların cəzalandırılması faktları da istisna olmadı. İnformasiya təhlükəsizliyi cəbhəsində əldə etdiyimiz uğur dünyaya sülhün hərbi yolla qəbul olunması məsələsində həlledici rol oynadı. Azərbaycan Prezidenti dəfələrlə rəsmi bəyanatında, çıxışlarında vurğulamışdı ki, biz sülh istəyirik, biz müharibə tərəfdarı deyilik. Amma torpaqlarımızın düşmən tərəfindən işğalını da qəbul edə bilmərik. Biz zaman-zaman bu sahədə apardığımız işlər, gördüyümüz tədbirlərlə dünya ictimaiyyətinə vəziyyəti çatdıra bildik. Dünya ictimaiyyəti də qardaş Türkiyənin siyasi dəstəyi ilə Azərbaycanın ciddi cəhdini görəndən sonra reallıqla barışmağa məcbur oldu. Bilirsiz ki, Minsk qrupu, o qrupda olan Amerika, Fransa, Rusiya vardı. Onlar Ermənistandan Azərbaycana, Azərbaycandan Ermənistana turist səfərlərinə çıxırdılar və ancaq yeyib-içib, istirahət edirdilər. Ona görə də cənab prezident Minsk qrupunun fəaliyyəti ilə bağlı çox kəskin çıxışlar etdi, Minsk qrupuna ehtiyac yoxdu dedi. Biz öz gücümüzə torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan dünyaya hərblə sülhə nail olma metodunu çox doğru, müdrikcəsinə göstərə bildi. Bu sahədə əldə etdiyimiz uğurun da dinamikasında, özəyində informasiya sahəsində əldə etdiyimiz uğurlar dayanır. 44 günlük vətən savaşı dövründə dünyanın ən böyük dövlətləri - Rusiya, Amerika, İngiltərə, Fransanın da səsi çıxmadı. Azərbaycanın tərəfini saxladı, Azərbaycan əleyhinə kəskin bəyanatlar, vetolar verilmədi. Azərbaycan Birləşmiş Millətlər təşkilatında, Avropa Şurasında bu məsələ ilə bağlı kəskin radikal mövqeyə rast gəlmədi. Bu da ondan xəbər verir ki, Azərbaycan bu sahədə öz ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə həyata keçirdiyi siyasəti dünya ictimaiyyətinə qəbul etdirə bilib. Bu gün də o siyasət davam edir. Azərbaycan bir tərəfdən ordusunu gücləndirir, digər tərəfdən də siyasi bazasını möhkəmləndirir. Azərbaycan Prezidentinin 44 günlük Vətən savaşı dövründə dünya ictimaiyyətinə səslənişləri, dünya mediasının tanınmış nümayəndələrinə verdiyi müsahibələr kifayət qədər mükəmməldir. İnformasiya təhlükəsizliyi sahəsində əldə etdiyimiz uğurlarda Azərbaycan Prezidentinin müsahibələrinin rolu müəyyənedici əhəmiyyət daşıyır".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ