Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib - FOTO/YENİLƏNDİ

Image


Mayın 3-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda forum keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyev bir qayda olaraq cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb. Medianın ictimai maraqlardan irəli gələn obyektiv və qərəzsiz məlumat hazırlamaq funksiyasını layiqincə yerinə yetirməsi üçün ölkəmizdə həm ictimai-siyasi, həm də hüquqi zəmində hər cür şərait yaradılıb.

İcraçı direktor qeyd edib ki, bu gün keçirilən forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımından yeni bir təcrübənin əsası qoyulur. Diqqətə çatdırılıb ki, bu forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təminetmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.

"Praktiki əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması, eyni zamanda, cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb. İctimai rəydə dezinformasiya vakuumunun yaranmaması, ölkəmizin informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması baxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında və davamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır", - deyə Ə.İsmayılov qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında deyib ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və s. ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, həssas qrupları təmsil edən şəxslərin fərdi müraciətlərinin araşdırılmasında obyektivliyin, media prinsiplərinin gözlənilməsi və məlumatların rəsmi mənbədən dəqiqləşdirilməsi də vacib məqamlardandır.

Nazir qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin əsası vətəndaşların rifahıdır. Onların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsəddir.

"Ölkəmizdə son 5 il ərzində inqilabi sosial islahat paketləri həyata keçirilib. Minimum əməkhaqqı 2,7 dəfə artırılıb. Eyni zamanda, əmək müqaviləsinin leqallaşdırılması üzrə işlər görülüb. Məhz bu səbəbdən leqal əmək müqaviləsinin sayı 40 faiz artıb. Özəl sektorlarda isə bu göstərici 90 faizdir", - deyən A.Babayev vurğulayıb ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və digərləri ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, ailə sirlərinin, çətin həyat şəraitində yaşayan uşaqların hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və etik prinsiplərin tələblərinin pozulmasına, bu da öz növbəsində yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimi təbliğinə yol açır.

Qeyd olunub ki, cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır. Media məhsulları elə bir məhsuldur ki, o sosial şüura, düşüncəyə, mədəniyyətə təsir göstərir.

Erkən nikahla bağlı maarifləndirmə işlərinin vacibliyinə diqqət çəkən komitə sədri əlavə edib ki, ailə münasibətləri, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində media ilə səmərəli iş mexanizmlərinin qurulması müvafiq proseslərə ictimai nəzarətin gücləndirilməsinə, daha səmərəli nəticələrin əldə olunmasına, nümunəvi davranış modellərinin formalaşdırılmasına əhəmiyyətli töhfə verə bilər.

Forum işini panel sessiyalarla davam etdirib.

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzun moderatorluğu ilə keçirilən "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı sessiyada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saheh Hacıyev, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev və Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Rövşən Kərimli çıxış ediblər. Bildirilib ki, narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir. Məhz media vasitəsilə kütlələr narkotik vasitələrin yaratdığı faciələr barədə məlumatlanır.

Qeyd edilib ki, narkomaniya ilə bağlı maarifləndirmə tədbirləri sadəcə əhalinin sağlam olan qisminə şamil olunmur. Bu tədbirlər narkomaniya bəlasından əziyyət çəkən şəxslər üçün ümid işığı rolu oynayır. Onlar sağalmaq üçün gec olmadığını dərk etməlidirlər.

"Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması" adlı panel sessiyaya isə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova moderatorluq edib. Sessiyada Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşaviri Rəşad Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, həmçinin TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Bildirib ki, sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir göstərir. Belə hallar yeniyetmələri təhsildən yayındırmaqla yanaşı, onları başqa zərərli sahələrə meyilli edir, bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur. Diqqətə çatdırılıb ki, media nümayəndələri uşaqlar arasında yayılması qadağan olunmuş informasiyaların dərc edilməsində məsuliyyətli olmalıdırlar.

Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimovanın moderatorluğu ilə keçirilən "Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kibermaarifləndirmə" adlı sessiyada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərov çıxış ediblər. Çıxışçılar bu istiqamətdə cəmiyyətə düzgün informasiyanın verilməsinin, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Bildirilib ki, valideynlər sosial media platformaları, onların imkanları haqqında maarifləndirilməlidir. Eyni zamanda, bildirilib ki, elektron ortamda fərdi məlumatların yerləşdirilməsi gələcəkdə vətəndaşın özünə qarşı istifadə oluna bilər, bu da müəyyən risk daşıyır.

"Yaşıl dünya naminə həmrəylik ilində media gündəmi" panel sessiyasına isə COP29 üzrə iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai moderatorluq edib.

Sessiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov, SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov çıxış edərək ölkəmizin kifayət qədər böyük bərpaolunan enerji potensiyalının olduğunu deyiblər. Bildirilib ki, bu enerji potensialının böyük bir qismi günəş enerjisidir. Bir sıra beynəlxalq şirkətlərlə bu sahədə əməkdaşlıq mövcuddur. Onların sayının artırılması planlaşdırılır.

Panel sessiyaları müzakirələrlə davam edib.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ