Cümə axşamı günü, 05 noyabr 2026
     

İranın əli nüvə silahına çatdı, İsrail özündən çıxır...

Image


Beynəlxalq Atom Enerjisi Agentliyi yeni xəbərdarlıqla çıxış edərək bildirib ki, İranın nüvə bombası hazırlamasına yetərli sayılacaq qədər zənginləşdirilmiş uran əldə etməsi üçün bir neçə aya deyil, yalnız bir neçə həftəyə ehtiyacı var. 

Agentliyin rəhbəri Rafael Mariano Qrossi "Deutsche Welle"yə müsahibəsində deyib ki, İranın nüvə müəssisələrinə hücum etmək çıxış yolu deyil: "Düzdür, bu o demək deyil ki, bu zaman dilimində İran nüvə silahı əldə edəcək. Funksional nüvə başlığından ötrü, bölünə bilən material öz yerində, bir çox başqa şey də gərəkdir". 

O vurğulayıb ki, İranın nüvə hədəfləri spekulyasiya məsələsidir. Qrossi İranın uranı zənginləşdirmə fəaliyyətini, onun BMT müfəttişlərinə nüvə müəssisələrinə zəruri çıxış imkanı verməməsini də tənqid edib. Agentlik rəhbəri İranın nüvə proqramı ilə bağlı hələ də çözülməmiş məsələlərin qaldığını söyləyib. Bu məsələlərdən biri də heç gözlənilməyən yerlərdə uran izlərinin aşkar edilməsidir: "Bunların hamısını bir yerə toplayanda, təbii ki, çoxlu sualla üzləşirsən". Qrossi Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyətinin tezliklə İrana yollanacağını bildirib. Qrossinin bu açıqlaması İsraillə İran arasında münasibətlərin gərildiyi və hər iki ölkəni açıq savaş təhlükəsi ilə üz-üzə qoyduğu dövrə təsadüf edir. İsrail Suriyada İslam İnqilab Keşikçiləri Korpusunun generallarını öldürəndən sonra İran İsrail üzərinə raket və dron hücumu gerçəkləşdirmişdi. Baş verənlər fonunda dünya ictimaiyyəti İranın nüvə müəssisələrinə İsrailin hücum edə biləcəyindən rahatsızdır. Qrossi bu xüsusda bildirib: "Nüvə silahları, nüvə silahı atılması, nüvə silahlarının əldə edilməsi haqda söhbətlərin adiləşdirilməsi çox acınacaqlıdır". "The Times of Israel" qəzeti isə yazır ki, İranın Ali dini rəhbəri Ayətulla Əli Xamenei 2000-ci illərin əvvəllərində nüvə silahlarının hazırlanmasını yasaqlayan fətva verib və bu hərəkətin İslamın ruhuna zidd olduğunu söyləyib. Ancaq İran nüvə silahı əldə etməyə çalışdığını dansa da, İsrail və Qərb ölkənin 2003-cü ilədək aktiv nüvə silahı proqramının olduğuna inanır. Qrossi isə fevralda İranın 60 faiz təmizliyə çatanadək uranı zənginləşdirməyə davam etdirdiyini bildirib. Bu göstərici kommersiya ehtiyaclarını aşır və onu nüvə silahına gərəkli 90 faizlik təmizlikdən yalnız bir kiçik texniki addım ayırır. İran öz nüvə proqramının, sadəcə, mülki ehtiyaclar üçün nəzərdə tutulduğunu iddia edir və sözügedən fətvanı səbəb göstərir. Ancaq mütəxəssislər bu səviyyəyədək zənginləşdirilmiş uranın hər hansı mülki tətbiqinin olmadığını deyirlər. İran daha öncələr də Qərblə münasibətləri gərilərkən əzələ gücü göstərməkdən ötrü nüvə fəaliyyətini artırması ilə tanınır.

İsrail və digərləri İranı qadağalara məhəl qoymadan nüvə silahı əldə etməyə çalışmaqda suçlayır, ona qarşı sanksiya və lazım olarsa, hərbi güc tətbiqi üçün lobbiçilik edir. Bu yaxınlarda İslam İnqilab Keşikçiləri Korpusunun bir yüksək rütbəli zabiti İranın öz nüvə siyasətinə yenidən göz ata biləcəyi barədə xəbərdarlıq edib. Ancaq ötən həftə İranın Xarici İşlər Nazirliyi nüvə silahlarının ölkənin doktrinasında yeri olmadığını bildirib. Amma Almaniyanın "Bild" nəşri avropalı ekspertlərə istinadən yazır ki, İran yaxın həftələrdə nüvə silahının hazırlanmasını başa çatdıra bilər. Bonn Universitetinin Qabaqcıl Təhlükəsizlik, Strateji və İnteqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Ulrix Şlinin sözlərinə görə, Tehran bu tip silahların yaradılması ehtimalına yaxınlaşıb: "Biz burada bir neçə həftəlik müddətdən danışırıq". Eyni zamanda, Şlinin fikrincə, İrana hücum üçün nüvə silahı lazım deyil, o, daha çox öz təhlükəsizliyini təmin etmək istəyir. İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan iranlı ekspert Sima Şine hesab edir ki, tezliklə Tehran atom bombası istehsal etmək üçün kifayət qədər urana malik olacaq. O hesab edir ki, bu barədə xəbərlər regionda silahlanma yarışına səbəb ola bilər. Hələlik isə İran və İsrail  arasında aprelin ilk yarısında artan gərginlik hazırda nisbətən azalmış kimi görünür. Xatıraladaq ki, İsrail İranın aprelin 13-də gerçəkləşdirdiyi raket və dron hücumuna cavab olaraq aprelin 19-da İsfahan yaxınlığındakı hava bazasını vuraraq radar müdafiə sistemini zədələdiyini bildirib. İran İsraillə hər hansı əlaqənin tapılmadığını deyərək hücumun önəmini azaltmağa çalışıb. "The Times of Israel" bu radar sisteminin İranın gizli Natanz nüvə müəssisəsini qoruduğunu yazır. Bu gizli zavodun yerin altında və dərində yerləşdiyi düşünülür. Hücumun İsrailin İrana mesajı olduğu bildirilir. Mesaj ondan ibarətdir ki, İsrail hiss etdirmədən daha çox və daha dağıdıcı zərbələr endirə bilər. Qeyd edək ki, 2015-ci ildə İranla dünya gücləri arasında imzalanan nüvə sazişi ölkənin sanksiyalardan bir qədər nəfəs dərməsinə imkan vermişdi. Razılaşmanın şərtlərindən biri BMT müfəttişlərinin İranın nüvə müəssisələrini monitorinq etməsi idi. Tramp administrasiyasının ABŞ-ni bu razılaşmadan birtərəfli qaydada geri çəkməsindən sonra İran öz nüvə proqramını yenidən inkişaf etdirməyə, sazişdə nəzərdə tutulan səviyyədən artıq zənginləşmiş uran toplamağa və onu sazişin şərtlərində göstərilməyən həddə təmizləməyə başladı. Bayden administrasiyası dövründə danışıqlar ABŞ-nin yenidən sözügedən sazişə qaytarılmasına, İranınsa yenidən müqavilənin şərtlərinə əməl etməyə başlamasına yönəlib. Amma nəticə yoxdur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ