Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyana qarşı çıxan keşişlər müharibəyə göndərilsin - tələblər sərtləşir...

Image


Məlum olduğu kimi, aprelin 19-da İrəvan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər. Bu xüsusda səsləndirilən bəyanatda deyilir ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır. 

Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkir. 

Artıq sərhəd xətti üzərində 35 dirək vurulub. Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində qeyd edir ki, ölkəsi ilə Azərbaycan arasında sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və onlarla iş aparılır: "Bu sənədlərin müəyyən məxfilik dərəcəsi və onlarla işləmək üçün müəyyən prosedurlar var və hesab edirəm ki, bu prosedurlarla bağlı anlaşılmazlıqlar ola bilər". Paşinyan müxalifət deputatlarından birinin Kadastr Komitəsinə müraciət etməsi və bu sənədlərin onların ixtiyarında olmadığını bildirməsinə münasibət bildirərkən daha sonra deyib: "Hələ 2022-ci ildə "Hayastan" fraksiyasının rəhbəri bu sənədləri Kadastr Komitəsindən tələb etmişdi. Ona bu sənədlərin məxfiliyinin olduğunu və təqdim edə bilməyəcəklərini bildirmişdilər, buna baxmayaraq, onu Komitədə sənədlərlə tanış olmağa dəvət etmişdilər. Daha sonra delimitasiya prosesləri intensivləşəndə Ermənistan Müdafiə Nazirliyi bu sənədləri Kadastr Komitəsindən tələb edib və qəbul edib. Müxalifət ikinci dəfə Kadastr Komitəsi ilə əlaqə saxladıqda artıq bu sənədlərin əllərində olmadığını bildirdilər. Delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulun tətbiqi idi. Delimitasiya  uzun bir prosesdir. Delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər və əsas odur ki, Almatı Bəyannaməsi hər iki tərəfdən delimitasiya prosesinin əsas prinsipi kimi qəbul edilib. Azərbaycanın timsalında, hamımıza məlum olan şərtlər daxilində delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır. Niyə? Delimitasiya aparılmadığı üçün aydındır ki, bu, münaqişə səbəbi ola bilər. Buna görə də vəziyyəti mümkün qədər idarəolunan saxlamaq məqsədilə biz münaqişə üçün ən böyük potensiala malik yerlərdən başlayırıq". Paşinyan vurğulayıb ki, demarkasiya olunmuş ərazilərə gəlincə, Ermənistan Müdafiə Nazirliyi bu əraziləri mühafizə etməyəcək, bu vəzifəni Milli Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələri icra edəcək: "Sərhədin bu hissələrində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq. Mümkündür ki, biz suveren ərazilərimizdən çıxaq, çünki burada Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları xidmət edəcək". Beləliklə, sərhədlərin müəyyən olunması istiqamətində işlər davam edir. Amma erməni müxalifəti və Erməni Kilsəsi hələ də prosesi əngəlləməyə çalışır. Bu fonda Paşinyanın siyasi müttəfiqləri ölkənin sərhədindəki Tavuş rayonunda iki həftədir davam edən etirazlara başçılıq edən arxiyepiskopu sərt tənqid atəşinə tutublar. Söhbət arxiyepiskop Baqrat Qalstanyandan gedir.  

Baqrat Qalstanyan Erməni Kilsəsinin yerli ruhani rəhbəridir. O, aprelin 20-dən dörd kəndin Azərbaycana qaytarılmasına etiraz edən Tavuş rayon sakinlərinə başçılıq edir. Qalstanyan  və tərəfdarları kəndlərin qaytarılmasının və müvafiq delimitasiya işləri aparılmasının qarşısını almaq məqsədi ilə Azərbaycanla həmsərhəd kənddə çadır düşərgəsi yaradıblar. O da bütün Erməni Kilsəsi kimi Paşinyan hökumətinə müxalif mövqe tutur. Etirazçıları Ermənistan müxalifəti, xüsusilə də "Daşnaksutyun" partiyası dəstəkləyir. Bunlar fonunda parlamentin sessiyasında Paşinyanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputatlar Qalstanyanı ağır ifadələrlə tənqid ediblər. İqtidar deputatları keşişi Rusiya casusu olmaqda, Azərbaycanla daha bir müharibəni qızışdırmaqda ittiham ediblər. Onlardan bəziləri 52 yaşlı arxiyepiskopu zorla hərbi xidmətə çağırmağı təklif edib. Bəzi deputatlar bilərəkdən onun haqqında danışarkən kilsə titulları işlətmədən, sadəcə "Baqrat ağa" ifadəsindən istifadə ediblər. Hakim partiyadan deputat Emma Palyan deyib: "Bəzi siyasi qüvvələr, keşişlər başqa ölkələrin maraqlarına xidmət edirlər və Ermənistanı daha bir müharibəyə sürükləmək istəyirlər. Onlar bu təlimatları xaricdən alırlar". Paşinyanın başqa partiyadaşları və iqtidar mediası da Qalstanyanı və bütövlükdə müxalifəti və kilsəni xarici qüvvəyə, belə görünür, "Rusiyaya işləməkdə" ittiham ediblər. Ermənistan parlamenti müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan Ermənistanın dövlət sərhəd xidmətinə yeni hərbi birlik yaratmağı və hökumətə qarşı çıxan keşişləri həmin birliyə səfərbər etməyi təklif edib. Qalstanyan isə ona yönəlik ittihamları rədd edib və bildirib ki, "böhtançıları" məhkəməyə verəcək: "Əgər deyirlər ki, biz agentik və hələ də saxlanmamışıq, deməli, ölkədə Milli Təhlükəsizlik Xidməti, dövlət, hakimiyyət yoxdur. Artıq böhtanla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər edilib. Mən əminəm ki, onlar məhkəmə qarşısında cavab verməlidirlər". Müxalifət liderləri keşişə qarşı söz hücumunu pisləyiblər və Qalstanyanı müdafiə ediblər. Eçmiədzində mənzillənmiş Erməni Kilsəsi də arxiyepiskopu müdafiə edib və kəndlərin Azərbaycana verilməsi planını pisləyib. Xatırladaq ki, Paşinyan hökuməti ilə Katolikos II Qaregin arasında münasibətlər son dərəcə gərgindir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ