Cümə axşamı günü, 05 noyabr 2026
     

Dini liderlərin Şuşa görüşündə Bəyannamə qəbul olundu... - YENİLƏNDİ

Image


VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilib.

Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

Sonda Şuşa Bəyannaməsi qəbul olunub. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünya dini liderlərinin Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib. İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesini alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

Bəyannamədə deyilir:

"2024-cü ilin 1-3 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayədarlığı ilə təşkil olunan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda, müxtəlif ölkələrin dini liderlərinin "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzusunda plenar sessiyası (Bakı görüşü) və Şuşa görüşü keçirilmişdir.

Dini liderlərin Bakı və Şuşa görüşlərinin iştirakçıları – dünya və ənənəvi dinlərin liderləri, ictimaiyyət, elm xadimləri, beynəlxalq və dini təşkilatların nümayəndələri:

- Azərbaycan Respublikasının beynəlxalq müstəvidə sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafı, milli-mədəni və mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin təbliğində önəmli rolunu qeyd edərək,

- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirakını və dərin məzmunlu çıxışını yüksək dəyərləndirərək;

- Azərbaycan Hökuməti tərəfindən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Görüşünə göstərilən diqqət və dəstəyi yüksək qiymətləndirərək,

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı prosesi", "Dünya dini liderlərinin I və II Bakı sammitləri, habelə digər ölkələrdə keçirilən mühüm forumlar – "Dünya və ənənəvi dinlərin liderlərinin Astana qurultayları", "Bəhreyn Dialoq Forumu", "G20", "İqlim dəyişikliyi üzrə COP", "Səudiyyə Media Forumu" və s. bu kimi platformalarda dinlərarası dialoq məsələlərinə həsr olunmuş və qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə verən tədbirlərin əhəmiyyətini vurğulayaraq,

- Zati-Müqəddəsləri Roma Papası Fransisk və Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 4 fevral 2019-cu il tarixində Abu-Dabidə imzalanmış "İnsani Qardaşlıq və Dünyada Sülh" Birgə Sənədinin sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinə, sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğunu vurğulayaraq,

- beynəlxalq səviyyədə terrorizmin geniş miqyasda yayılması, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün və zorakılığın artması faktları ilə bağlı dərin narahatlıq ifadə edərək,

- davamlı tərəqqiyə, sabitlik və təhlükəsizliyə maneə olan aqressiv təbliğatlara, müxtəlif dinlərin ardıcılları arasında qarşılıqlı inamı pozan əməllərə, nifrət çağırışlarına və dinlərarası ixtilafların qızışdırılması hallarına qarşı beynəlxalq birlik tərəfindən birgə səylərin gücləndirilməsinin zəruriliyini bildirərək;

-insan hüquqlarının, beynəlxalq humanitar hüquq normalarının sistemli və kütləvi şəkildə pozulması hallarını pisləyərək, xüsusilə qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyini vurğulayaraq;

-terrorçu və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinə qarşı birgə və yekdil mövqedən çıxış edilməsinin zəruriliyini vurğulayaraq;

-dünya xalqlarının dini və mədəni müxtəlifliyinin bəşər sivilizasiyasının ən böyük irsi kimi qorunmasının vacibliyini təsdiq edərək;

-silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasından, o cümlədən Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı dövründə Azərbaycanın mədəni və mənəvi irsinə aid olan abidələrin dağıdılmasından, məqsədyönlü şəkildə həyata keçirilən yandırılmış və minalanmış torpaq, ekosid və urbisid siyasətinin ağır nəticələrindən dərin narahatlıq ifadə edərək;

-Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini, xüsusilə də, mədəni və dini abidələrin bərpası və yenilərinin inşası proseslərini təqdirəlayiq hesab edərək,

-Cənubi Qafqaz regionunda sülhə, barışığa, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və birgəyaşayışa xidmət edən siyasi prosesləri dəstəkləyərək,

- bəzi dövlət, beynəlxalq və dini təşkilatların bu bölgədə sabitliyə xidmət etməyən bəyanatları, xüsusilə də erməni kilsəsi tərəfindən təbliğ olunan işğalçılıq, aqressiv separatizm və revanşizm ideyalarını zərərli tendensiya kimi qiymətləndirərək,

-dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqedən çıxış etməsi üçün bu kimi dinlərarası tədbirlərin mütəmadi keçirilməsi və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində davamlı əsaslarda "Dini Liderlərin Görüşü"nün təşkil olunması niyyətlərini ifadə edərək,

-2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək İqlim dəyişikliyi üzrə COP29 Sammitinə, habelə bu mühüm platforma çərçivəsində beynəlxalq "Dini pavilyonu"na və "Dini Liderlərin Zirvə Görüşü"nə ev sahibliyi edəcək Azərbaycan Respublikasına uğur diləyərək,

Dövlətləri, beynəlxalq, regional, dini, ictimai təşkilatları və dini liderləri

- dünyanın müxtəlif regionlarında hazırda baş verən müharibələrin və hərbi münaqişələrin tezliklə dayandırılması, günahsız insanların və mülki əhalinin qanının tökülməsinin qarşısını almağa yönəlmiş təxirəsalınmaz səyləri dəstəkləməyə;

- dialoq və ümumbəşəri humanizm ideyalarının təbliği yolu ilə dünya və ənənəvi dinlərin liderlərinin sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşma və dinc birgəyaşayış mühitinin təşviqi sahəsində dövlət və ictimai qurumlarla, beynəlxalq təşkilatlarla birgə əməkdaşlığına dəstək verməyə;

-terrorizmin və insanlıq əleyhinə cinayətlərin din adı ilə əlaqələndirilməsi, ayrıseçkiliyə əsaslanan rasizmin, irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların qarşısının alınması üçün təsirli tədbirlər görməyə;

-dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləməyə, demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə bəraət qazandırmağa yol verməməyə;

-gənclərin ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizədə daha fəal iştirakı məqsədilə bərabər vətəndaşlıq mövzusunda maarifləndirilməsini və bu proseslərdə kütləvi informasiya vasitələrinin rolunu təşviq etməyə;

-dini, mədəni və etnik müxtəlifliyin himayə olunması və buna hörmətlə yanaşılmasını dəstəkləməyə;

-silahlı münaqişə, təqib və zorakılıq səbəbindən qaçqınların, məcburi köçkünlərin və miqrantların kütləvi axını nəticəsində dünyada humanitar böhranın fəlakət həddinə çatması ilə bağlı öz dərin narahatlıqlarını ifadə etməyə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə də bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran faktorların aradan qaldırılmasına səy göstərməyə;

-media və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılmasına;

-dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olması, habelə iqlim dəyişikliyi ilə əlaqədar yaranmış problemlərin həllində dinlərin potensialından daha səmərəli şəkildə faydalanmağa;

-İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə riayət olunaraq, insan hüquqularının, qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırırlar.

Şuşa şəhəri, 2 may 2024-cü il".

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ