Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərbin ssenariləri Gürcüstanda daxili toqquşmanı qızışdırır...

Image


Bu günlərdə ABŞ-ın 14 senatoru hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının təşəbbüsü ilə parlamentə təqdim olunan "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədar Gürcüstan hökumətinə iradlarını bildirib.

Onlar Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə müraciət edərək bildiriblər ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi qəbul olunarsa, Vaşinqtonun Tiflisə qarşı siyasətində fərdi sanksiyalar, maliyyə yardımına yenidən baxılması və viza qadağasının uzadılmasını əhatə edə biləcək dəyişikliyi təşviq etməyə məcbur olacaqlar. Məsələyə gürcü tərəfi sərt reaksiya verib. 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ Senatının üzvlərini sərt tənqid edib. O bildirib ki, ABŞ Milli Demokratiya Fondu Gürcüstanda konkret olaraq nəyi maliyyələşdirdiyini açıqlamır. Amerika büdcəsindən Gürcüstana gələn pulların hara və hansı məqsədlər üçün xərcləndiyi ictimaiyyətə izah olunmalıdır: "Konqres və ya Senat müraciət etməkdənsə, Amerika büdcəsindən Gürcüstana gələn pulların nəyə xərcləndiyini ictimaiyyətə açıqlamalıdır. Pulların nəyə xərcləndiyi bugünə qədər gizlədilir və biz təsadüfən onu özümüz tapırıq. Amerika vətəndaşlarının pullarının partiyaları, radikal və dezinformasiya qruplarını maliyyələşdirmək üçün dairəvi şəkildə xərcləndiyini görürük. Nəticədə də bu, Amerikanın Gürcüstana dostluğuna kölgə saldığını göstərir". 

Qeyd edək ki, Avropa Parlamenti də "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə bağlı qətnamə qəbul edib. Burada qeyd olunur ki, "Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsi Avropa İttifaqının dəyərlərinə və demokratik prinsiplərinə ziddir. Eyni zamanda, Gürcüstanın quruma üzvlük ambisiyalarına zidd olan qanun layihəsi onun beynəlxalq reputasiyasına xələl gətirir və ölkənin Avro-Atlantik məkana inteqrasiya istəklərini təhdid edir.

Avropa Parlamentinin qəbul etdiyi qətnamədə bu və digər məsələlərlə yanaşı, Gürcüstanla vizasız səyahət rejiminə yenidən baxılması və Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi tələbi də yer alır. Gürcüstanın baş naziri İrakli Kobaxidze bu yanaşmaya sərt reaksiya verib: "Avropa Parlamentinin Gürcüstana qarşı irəli sürdüyü tələblərin və şantaj cəhdlərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Heç kim bu cür cəfəng sözlər və qətnamələrlə bizi yolumuzdan döndərə bilməz. Şantaj dilinin gürcü xalqı üçün keçərli olmadığı hələ 2022-ci ildə bəlli oldu. Konkret qüvvələr, o cümlədən avroparlamentarilər Gürcüstan cəmiyyətində mənfi zəmin yaratmaq üçün deyirdilər ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu almayacaq. Onlar Gürcüstana qarşı üç müxtəlif qətnamə də qəbul etdilər. Lakin belə olmadı və onların bütün təhdidlərinə baxmayaraq, ölkəmiz namizəd statusunu aldı".

Hazırda Gürcüstan daxilinə sözügedən qanun layihəsi ilə bağlı olaraq kəskin ziddiyyətlər müşahidə olnur. Hakimiyyət və müxalifət təmsilçiləri aksiyalar keçirərək, mövqelərinin haqlı olduğunu göstərməyə çalışırlar. Müxalifət birmənalı şəkildə qanunun qəbuluna qarşı çıxır. Hökumət bu qanunun qəbulunun ölkədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, demokratiyanın, söz azadlığının inkişafına xidmət etdiyini bəyan edib. Lakin müxalifət və onları dəstəkləyən QHT-lər, mətbuat orqanları bu qanunun qəbuluna qarşı çıxır. Gürcü hərbi-siyasi ekspert Amiran Salukvadze bildirir ki,  qanun layihəsi təşkilatların öz maliyyələri haqqında deklarasiyalarını nəzərdə tutur. Buraya maliyyəsinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar daxildir. Sənədə əsasən, həmin qurumlar ildə bir dəfə maliyyənin haradan və hansı məqsədlər üçün daxil olduğu barədə məlumat verməlidirlər. Yəni qanun layihəsinin əsas məğzi bundan ibarətdir. Onun sözlərinə görə, bu qanun fiziki şəxslərə, hətta sonradan qeyri-hökumət təşkilatlarını maliyyələşdirən şəxslərə şamil olunmur. Sadəcə olaraq, ildə bir dəfə müvafiq reyestr xidmətinə maliyyə hesabatı verilməlidir. Məqsəd vətəndaş cəmiyyəti institutlarının vəsaitləri haradan, hansı məqsədlər üçün aldıqlarını izləməyə imkan yaratmaqdır. Belə ki, bəzi partiyaların paralel olaraq həm də qeyri-hökumət təşkilatları var. Onlar QHT-nin adından kənardan maliyyə alırlar və həmin vəsaitləri siyasi məqsədlər üçün istifadə edirlər. Bu isə Gürcüstan qanunvericiliyinə ziddir. Ekspert hesab edir ki, ümumiyyətlə qeyri-hökumət təşkilatları şəffaflıq nümunəsi olmalıdır: "Lakin nə baş verir? Bir il əvvəl layihənin adı onlar üçün qəbuledilməz idi. Ötən il sənəd ilk dəfə parlamentə təqdim ediləndə adını "inagentlər" qoydular. Hakim partiya mənsublarının dediyi kimi, o zaman cəmiyyət sənəd barədə kifayət qədər məlumatlandırılmamışdı. Bu dəfə isə vəziyyət fərqlidir. Müvafiq iş aparılıb və cəmiyyət qanunun kimlərə aid olması, məqsədləri barədə məlumatlandırılıb". Qanun layihəsi ilə bağlı beynəlxalq arenadan gələn tənqidi fikirlərə münasibət bildirən ekspert deyib: "Bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze Almaniyada rəsmi səfərdə oldu. Səfər çərçivəsində baş nazir Almaniya rəsmiləri ilə məsələni müzakirə etdi və ortaya konkret mövqe qoydu. Düzdür, bir–birinə əks fikirlər var, amma bu, hələ son deyil, başlanğıcdır. Ona görə ki, sənədin qəbulu özlüyündə uzun sürən bir prosesdir". Hakim partiya digər dövlətləri misal gətirir. ABŞ, Böyük Britaniya, İsrail, Fransa bu yöndə qanunlar qəbul edib. Gürcü politoloq Gela Vasadze isə qeyd edir ki, qanun etirazların birbaşa hərəkətverici qüvvəsidir, Gürcüstanın xarici siyasət kursunu dəyişə biləcək aparıcıdır: "Niyə Gürcüstan xarici siyasət kursunu dəyişə bilər? Bidzina İvanişvili hakimiyyətin təşkil etdiyi mitinqdə bu barədə tamamilə açıq danışdı, çünki bu, onun hakimiyyətinə təhlükədir. Bu da seçkidə müxtəlif sürprizlərin ola biləcəyi təhlükəsini yaradır. O, QHT-ləri hakimiyyəti dəyişmək üçün alət adlandırıb". 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ