Cümə axşamı günü, 05 noyabr 2026
     

Macarıstan Avropa İttifaqında Azərbaycanın ən etibarlı müttəfiqinə çevrilir...

Image


Son günlərin ən çox diqqətçəkən mövzularından biri, heç şübhəsiz, Macarıstanın Avropa İttifaqı (Aİ) Sülh Fondundan Ermənistana dəstək layihəsini bloklamasıdır. Bu barədə danışmazdan öncə xatırladaq ki, Ermənistanı anti-Rusiya platsdarmına çevirmək istəyən Qərbdə müəyyən dairələr regionda yeni gərginlik ocağı yaratmağa can atır. 

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, ABŞ dövlət katibi Entoni Blinken, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş də yuxarıda qeyd olunan məqsədə xidmət edir. Sonradan bəlli oldu ki, görüş zamanı Ermənistana hərbi dəstəyin göstərilməsi məsələsi də müzakirə olunub. O da məlum oldu ki, üçtərəfli görüşdə İrəvanın Avroatlantik məkana inteqrasiyası məqsədilə bağlı qapılar arxasında imzalanan çoxsaylı siyasi, iqtisadi və humanitar sahələrə dair sənədlər arasında hərbi əməkdaşlığı nəzərdə tutan saziş də yer alıb. Bu çərçivədə ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. Həmin məqam Ermənistanla ABŞ arasında hərbi əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsindən xəbər verir. Strateji Müdafiə İcmalının və yeni hərbi doktrinanın hazırlanması təkcə cari müdafiə strategiyalarının deyil, həm də Ermənistanın milli təhlükəsizlik məsələlərinə yanaşmasının tamamilə yenidən nəzərdən keçirilməsini özündə ehtiva edir. Onu da qeyd edək ki, bir neçə gün öncə ABŞ-nin İrəvandakı səfiri Kristina Kvin səfirlikdə Ermənistan müdafiə nazirliyi ilə fəal əməkdaşlıq edəcək hərbi müşavirin də çalışacağını bəyan edib. Diplomat, həmçinin bəyan edib ki, Ermənistan Birləşmiş Ştatlardan zirehli təcili yardım maşınları istəyib və böyük ehtimalla tezliklə onları alacaq. Hərçənd, Brüssel görüşü ərəfəsində ABŞ və Avropa İttifaqı müxtəlif səviyyələrdə rəsmi Bakını əmin etməyə çalışırdılar ki, əməkdaşlıqda hərbi komponent yoxdur. Amma bundan az sonra Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketini qəbul etdiyi məlum olub. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. Artıq Brüssel razılaşmasına uyğun olaraq Avropa İttifaqı 2,5 il ərzində Ermənistanda bir batalyonun modul səhra düşərgəsi üçün 10 milyon avro ayrılması barədə qərar qəbul edib. Vəsait Avropa Sülh Fondu tərəfindən verilməli idi. Modul tipli düşərgəyə, həmçinin, klinika, müvafiq xidmətlər və obyektlər daxil olacaq. Qeyd edilir ki, bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinin dayanıqlılığını və sabitliyi bərqərar etmək qabiliyyətini artırmaqdır. Amma Avropa Sülh Fondunun bu addımlarına məhz Macarıstan əngəl olur. Diplomatik mənbələr "Azadlıq" radiosuna bildiriblər ki, Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb edir. Mənbələrə görə, bu da vəziyyətdən çıxış yolu kimi qiymətləndirilir. 

Görünən odur ki, Avropa İttifaqı qatı ermənipərəst mövqe ortaya qoyan Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımların göstərilməsi imkanlarını genişləndirməyə çalışır. Fond Ermənistan üçün fəlakətli ssenarilər hazırlayır. İkinci Qarabağ müharibəsindən sonra bu proses daha da gücləndirilib. Ancaq Macarıstan buna əngəl olur, Avropa İttifaqını birtərəfli mövqe sərgiləmkdən çəkindirməyə çalışır. Qeyd edək ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu günlərdə  Azərbaycana rəsmi səfərdə olub. Burada o bildirib ki, Macarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Onun sözlərinə görə, Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir. Siyarto Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı Avropa İttifaqının müxtəlif məsələlər üzrə ölkəsinə təzyiqindən də danışıb: "Macarıstan hökuməti Avropa İttifaqı rəhbərliyinin təzyiqlərinə baxmayaraq, bir sıra beynəlxalq məsələlərdə, o cümlədən Ukrayna münaqişəsi və Rusiya ilə münasibətlərdə müstəqil mövqeyini qoruyacaq". O qeyd edib ki, son 14 il ərzində baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti Qərb ölkələrində hakimiyyətdə olan "əsas liberal cərəyan" tərəfindən davamlı hücuma məruz qalıb. Buna baxmayaraq, o, öz fikirlərindən əl çəkmək niyyətində deyil: "Biz təslim olmamışıq və son iki il ərzində sülhün tərəfdarı Ukraynada da  olmaqda davam etmişik. Biz öz mövqeyimizdən əl çəkməmişik, sülh həyatları xilas edə və gələcək dağıntıların qarşısını ala bilər. Silah tədarükü yalnız müharibəni uzadır və yeni qurbanlara gətirib çıxarır. Biz sanksiyaların mənasız olması mövqeyimizdən əl çəkməmişik, çünki onlar Avropa xalqlarına daha böyük ziyan vurur".  Burada bir məqamı da qeyd edək ki, Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin mövqeyinə xidmət etməklə yanaşı Avrasiya qitəsi üçün çox böyük önəm kəsb edir. İki ölkə arasında imzalanmış olan strateji tərəfdaşlığa dair sənədlər münasibətlərin bariz nümunəsi hesab edilir. Ölkəmizin xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tutur. Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Bu ölkə Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Eyni zamanda, Macarıstan türk dünyasının Avropaya açılan qapısıdır. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv olması bu baxımdan önəmlidir. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ