Cümə axşamı günü, 05 noyabr 2026
     

Keşişlər Ermənistanı məhvə sürükləyir...

Image


"Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesi ətrafında baş verən son hadisələr, bununla bağlı keçmiş hakimiyyət təmsilçiləri və din xadimlərinin birgə həyata keçirdikləri təxribatlar cəmiyyətimizdə artan narahatlığa səbəb olur. Artıq gərginlik o həddə çatıb ki, sanki bir az sonra əsl vətəndaş müharibəsi başlayacaq". Bu fikirlər Ermənistanın "armenianreport" portalında yer alıb. 

Portal diqqəti ona yönəldir ki, Ermənistanda Azərbaycanla sərhədin müəyyən edilməsinə qarşı çıxanlar müxtəlif yolları bağlayır. Bu, Tavuş vilayəti sakinlərinin 13 gündür davam edən aksiyasına dəstək nümayişidir. Onlar Ermənistanın nəzarəti olan dörd kəndin Azərbaycana qaytarılmasından narazıdırlar. Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, kəndlərin qaytarılması Ermənistanın ərazi bütovlüyünün təmini üçündür: "Sərhədlərin müəyyənləşdirilməsi prosesi heç vaxt heç bir yerdə ağrısız olmayıb. Məsələn, son 100 ildə müharibə etmədiyimiz Gürcüstanla hələ də sərhəd tam müəyyən edilməyib. 35 ildən artıqdır bir-birini düşmən hesab edən ölkələrə nə deyə bilərik? Və burada aydın olur ki, hər bir tərəf imkan daxilində daha çox şey əldə etmək istəyir. Amma eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsi ən mühüm addımdır, bu addım olmadan biz nə sülh sazişi əldə edə, nə də müvafiq olaraq Ermənistanın təhlükəsizliyinə nail ola bilərik. Buna görə də burada səbr, incəlik və diplomatiya lazımdır. Ermənistanda insanların çoxu müharibələrdən və sıxıntılardan, düşmənlər tərəfindən mühasirəyə alınmış qalada yaşamaqdan yorulub. Əhalinin həssas təbəqələri ərazi bütövlüyünün tanınması əsasında davamlı sülhün bərqərar olmasının real imkanının olduğuna inanmaq istəyirlər. Sərhədləri müəyyən etmədən buna necə nail olmaq olar? Ölkə daxilində təxribatlara, süni gərginlik yaratmağa yer yoxdur. Amma Köçəryanın, Sarkisyanın, Ermənistandan kənar müəyyən qüvvələrin, eləcə də erməni kilsəsinin bəzi nümayəndələrinin əlindən qidalanan barışmaz müxalifətin son vaxtlar etdiyi də məhz budur. İndiki hakimiyyət nə qədər pisdirsə, keçmiş hakimiyyət təmsilçiləri üçün Paşinyanı devirmək və kim bilir, dövləti idarə etməyə qayıtmaq şansları bir o qədər çox olur. Onlar Tavuşda və bütün Ermənistanda etiraz aksiyalarına sponsorluq edir, delimitasiya və demarkasiya prosesini "erməni ərazilərinin növbəti təslim olması" kimi təqdim edirlər. Baş verənlərin mahiyyətini dərk etməyən insanları küçələrə çıxarmağa, yolları bağlamağa, vətəndaşları qarşıdurma salmağa, qarşıdurma yaratmaq cəhdlərinə dəvət edirlər. Bütün bunlar isə "Tavuşun xilası" kimi təqdim olunur. Üstəlik, Azərbaycan əsgərlərinin guya Əskipara ərazisində irəliləməsi onları qorxudur. Aydın olsa da ki, indiki vəziyyətdə Azərbaycanın Ermənistanla yeni hərbi toqquşmalara ehtiyacı yoxdur.

Birinci dəfədir, iki müharibə edən dövlət ortaq dil tapmaqğa və öz aralarında razılığa gəlməyə çalışır. Bu isə "Qarabağ klanı"nın və onun arxasında duran qüvvələrin maraqlarına ziddir. Amma anlaşılmaz olan "Qarabağ klanı" tərəfində kilsənin müdaxiləsidir. Aydındır ki, Ermənistan daxilində iğtişaşlar törətməyi qarşısına məqsəd qoyan qüvvələr təkcə Eçmiədzinə deyil, həm də bu klanın ayrı-ayrı nümayəndələrinə arxalanırdılar. Və Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan sülhə qarşı mübarizənin önündə yerləşdirilib. Son günlər Tavuşdakı etiraz aksiyalarını məhz o idarə edir. İnsanları polisə qarşı çıxaran, sonra isə "dinc nümayişçilərə" qarşı güc tətbiq edilməsi barədə qışqıran odur. Və şübhəsiz, onun dağıdıcı fəaliyyəti indiki hökumətlə çoxdan düşmən münasibəti olan katolikosun özü tərəfindən həvəsləndirilir. Katolikos kütləvi aksiyalar keçirməsi üçün Baqrat Qalstanyana da maliyyə dəstəyi verir. Bu düşərgədə onlar hesab edirlər ki, Tavuşdakı vəziyyət baş nazir Nikol Paşinyanı devirmək və əvvəlki qayğısız həyatlarını yaşamaq üçün onların son şansıdır. Və bu məsələdə kilsə xadimləri, təəssüf ki, zorakılığa əl atıb, məsələni qanla həll edirlər. Ancaq tərifinə görə, kilsə bu proseslərdə rol ala bilməz. Sülh və əmin-amanlığa çağırışlar əvəzinə, Erməni Apostol Kilsəsi hakimiyyətə qarşı mübarizədə kənar qüvvələrin alətinə çevrildi. Və buna görə də Qareginin rəhbərlik etdiyi Erməni Apostol Kilsəsi dövlətin təhlükəsizliyinə təhdid oldu, cəmiyyətdə parçalanmanın tətikçisi oldu. Və son vaxtlar onun 5-ci kolona çevrilməsi ilə bağlı ünvanına səsləndirilən bütün ittihamlar əsassız deyil. Erməni Apostol Kilsəsi ilkin missiyasından geri çəkildi və bu təəssüf doğurmaya bilməz. Bu gün kənardan gələn sifarişlə ölkədə suyu bulandıran bütün bu qüvvələrə elə gəlir ki, onlar Paşinyanı hədəfləyirlər, onunla vuruşurlar, əslində isə bütün hərəkətləri Ermənistanın özünə qarşı olur. Nə yaxşı ki, Ermənistan əhalisinin əksəriyyəti bu oyunu çoxdan dərk edib və ona görə də bu qədər cüzi sayda insan Robik, Serjik, daşnaklar və Erməni Apostol Kilsəsinin aksiyalarına qoşulub". Parlamentdə hakim "Vətəndaş müqaviləsi" fraksiyasından Artur Hovannisyan qeyd edir ki, kilsə və müxalifətin təklif etdikləri Ermənistan dövlətçiliyi üçün təhlükədir: "Bu qəti şəkildə qeyri-məqbuldur və özündə Ermənistan Respublikası üçün hüquqi, siyasi, diplomatik və hərbi risqlər ehtiva edir".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ