Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan ləğv etdiyi diaspor strukturlarını yenidən bərpa edir - məqsəd...

Image


Qasım Hacıyev: "Paşinyan istəyir ki, diaspor yenidən Ermənistan üçün pul kisəsi rolunu oynasın və imkan düşmüşkən özü onlara barışıq əli uzadır"

Saro Xodaverdi və Vahram Çuquryan xarici ölkələrdə diasporla iş üzrə müvəkkil təyin ediliblər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Paşinyanın bu qərarı xeyli suallar doğurub desək, yəqin yanılmarıq. Hakimiyyətə gəldiyi gündən indiyə kimi xaricdəki erməni diasporuna müharibə elan edən və onlardan da əks cavab alan Paşinyanın indiki məqamda belə bir qərar imzalaması müzakirə predmetinə çevrilib.

"Diaspor təşkilatlarını revanşistlərin yanından ayırıb öz yanına çəkmək və beləliklə, onların dəstəyi ilə öz hakimiyyətinin ömrünü uzatmaq istəyir" 

Ermənistanla, daha dəqiq desək, Paşinyanla erməni diasporu, lobbi təşkilatları arasında umu-küsü, qarşılıqlı anlaşılmazlıq mövcuddur. Belə bir vəziyyətdə Paşinyanın belə bir addım atmasının səbəblərini şərh edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şəbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə bildirdi ki, Paşinyanı Qərb hakimiyyətə gətirsə də, Qərbdəki, ABŞ-dakı erməni lobbi və diaspor təşkilatları bundan narazı olub. Q.Hacıyevin sözlərinə görə, vaxtilə   Ermənistan və Azərbaycan arasında nifaq yaradan, Ermənistanı torpaqlarımızın işğalına həvəsləndirən, hətta vadar edən xaricdəki erməni lobbisi və diaspor təşkilatları olub. Q.Hacıyev qeyd etdi ki, Paşinyanla erməni diaspor təşkilarlarının heç cür ulduzu barışmayıb, Paşinyan onlara, onlar da Baş nazirin qurduğu hökumətə qarşı olublar. "Xaricdəki erməni diaspor və lobbi təşkilatlarının Paşinyanın siyasəti ilə heç cür razılaşmadığı məlumdur. Paşinyanın da diaspora qarşı münasibətini bütün dünya bilir. İndiki məqamda Paşinyanın diaspor işi ilə bağlı belə bir qərar imzalaması onu göstərir ki, bu onu özbaşına etməyib. Burada bəzi ehtimallar var. Güman etmək olar ki, xaricdəki hansısa qüvvələrin təsiri ilə Baş nazir erməni lobbi və diaspor təşkilatları ilə münasibətləri düzəltmək istəyir. Bu əslində gözlənilməz deyildi. Çünki XX əsrin əvvəllərindən son zamanlara qədər erməni diaspor təşkilatları ilə Ermənistan arasında münasibətlər müxtəlif cür olub. Gərginləşdiyi, pozulduğu vaxtlar da olub, sonradan barışıblar. Ermənistan hökuməti ilə erməni diasporunun niyyəti birdir. Hər ikisinin məqsədi bir-birindən yararlanmaqdır. Ermənistan hər zaman diaspora pul kisəsi kimi baxıb. Araşdırmalar göstərir ki, Ermənistan dövləti hansısa ölkələrdən, beynəlxalq təşkilatlardan ianələr alırsa, təmin olunursa, həmin dövrdə diaspordan uzaqlaşır. Bu, erməni xislətindən irəli gəlir, harda xeyrləri varsa ora daha çox meyl edirlər. Ona görə də onların arasında münasibətlər çox zaman pozulur, müəyyən vaxtdan sonra düzəlir. 

Amma tarixə baxanda görürük ki, Ermənistanın, ermənilərin ən böyük dayağı, birincisi, Qriqoryan kilsəsi, ikincisi isə erməni diasporudur. Ermənilər üçün yaradılan dövlət heç zaman möhkəm, müstəqil olmayıb. XX əsrin əvvəllərində Azərbaycan ərazilərində onlara başqa dövlətlər dövlət yaradıb, o əhalini ora köçürüb gətirib, yerləşdirib, sərhədini qoruyub, iqtisadiyyatını təşkil edib. Bugünkü günə qədər Ermənistanın iqtisadiyyatı xarici dövlətlərin əlindədir, bu dövlətin taleyini də böyük imperiya həll edir. Ermənistan oyuncaq, marionet bir ölkədir, onun nə möhkəm dövlətçiliyi, nə də iradəli dövlət başçısı olub. Bütün rəhbərlərinin həmişə gözü bir tərəfdə, əli başqa bir tərəfin cibində olub. Onlar bu cür yaşayıblar. 

Dünyada 870-ə yaxın erməni diaspor təşkilatı var. Bu təşkilatlardan kənarda Ermənistan özünü sərbəst apara bilməz. Ermənistan həm istəyir müstəqil siyasət yürütsün, həm də başqa dövlətlərin imkanlarından istifadə etsin. Bir vaxtlar Rusiyanın, indi isə ABŞ-ın, Fransanın ətəyindən yapışıb. Bu dövlətlərdən istədiyini alanda Ermənistan diaspor təşkilatlarına pis sifət göstərir. Amma bu  mümkün deyil. Ona görə ki, erməni diaspor təşkilatları Ermənistan dövlətindən qat-qat güclüdür. Onlar başqa dövlətlərin içərisində özlərinə yer edib gücləniblər. Yəni erməni diaspor təşkilatları böyük dövlətlərin maraq və mənafelərinə xidmət etdikləri üçün onlara şərait yaradırlar, onlar da  o böyük dövlətlərdən ermənilərin xeyrinə Ermənistandan çox istifadə edirlər". 

Q.Hacıyev bildirdi ki, Paşinyanın belə bir addım atmasının arxasında mütləq mənada məkrli planlar dayanır, o, diaspor təşkilatlarından dəstək almağa çalışır. "Ermənistandakı mövcud vəziyyət artıq nəzarətdən çıxıb, eyni zamanda da ölkə daxilində revanşizim meylləri güclənib. Bu revanşizm meyllərinin güclənməsinin arxasında erməni kilsəsi və diaspor izlərinin olması şübhəsizdir. Paşinyan diaspor təşkilatlarını revanşistlərin yanından ayırıb öz yanına çəkmək və beləliklə, onların dəstəyi ilə öz hakimiyyətinin ömrünü uzatmaq istəyir. O, diaspordan dəstək almaq niyyətindədir. Bundan başqa, Ermənistan iqtisadi cəhətdən də çöküb və yeni pullar, yeni ianələr lazımdır. Paşinyan çalışır ki, diaspor yenə də Ermənistana maddi yardımlar göndərsin. Bilirsiz ki, diaspor Paşinyan hökumətini müxtəlif məqsədlər üçün ölkəyə göndərilən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edir ki, Baş nazir diasporun göndərdiyi pulları yeyir. Ermənistan müftəxorluq edərək həmişə diasporun verdiyi ianə, başqa dövlətlərin ayırdığı vəsait hesabına yaşayır. Bu mənada Paşinyan istəyir ki, diaspor yenidən Ermənistan üçün pul kisəsi rolunu oynasın və imkan düşmüşkən özü onlara barışıq əli uzadır. Paşinyanın daxili və xarici siyasəti riyakarlıqla "zəngindir". Yaşayaq, görək, Ermənistan bu riyakar siyasətlə hara qədər gedib çıxacaq"-deyə Q.Hacıyev fikrini tamamladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ